Ana səhifə »  Sosial »  Dövlət Proqramının icrasının uğurlu nəticələri Lerik rayonunda da öz əksini tapıb
A+   Yenilə  A-
Dövlət Proqramının icrasının uğurlu nəticələri Lerik rayonunda da öz əksini tapıb
Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət bütün regionlarda olduğu kimi, Lerik rayonunda da yüksək iqtisadi nailiyyətlərin əldə olunmasına şərait yaradıb
ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son illər dövlət quruculuğunun möhkəmləndirilməsində, sosial-iqtisadi həyatın əsas istiqamətlərinin, o cümlədən, qeyri-neft sektorunun dirçəlməsində, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında özünü göstərir. Görülən məqsədyönlü tədbirlər nəticəsində, həmçinin, əmək resursları və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində də yüksək nəticələr qeydə alınıb. Böyük öndər Heydər Əliyev strategiyasının layiqli davamçısı İlham Əliyevin Azərbaycan tarixinə yazdığı yeni tərəqqi mərhələsi respublikanın həyatının bütün sahələrində əsl intibaha səbəb olub.
Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması, dünya maliyyə qurumları ilə uğurlu əməkdaşlıq, biznes fəaliyyətinə maneə yaradan inzibati çətinliklərin aradan qaldırılması ölkə iqtisadiyyatına xarici investorlar və yerli iş adamları tərəfindən sərmayə qoyuluşunun artmasına səbəb olub ki, bu amillər də regionların inkişafına ciddi təsir göstərir.
ölkə Prezidenti İlham Əliyevin Respublikamızda apardığı ardıcıl siyasət hər yerdə olduğu kimi, Lerik rayonunda da işgüzar mühitin yaranmasına şərait yaradıb. Rayonun sosial-iqtisadi inkişafının, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması üçün ardıcıl iş aparılır.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haqqında ölkə başçısının Fərmanı və “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı bütün Respublikada olduğu kimi, burada da uğurla icra edilib.
Aparılmış işlərin nəticəsi kimi Dövlət Proqramına uyğun olaraq, Lerik rayonunda 2004-2008-ci illər ərzində 4557 yeni iş yeri açılıb ki, bunlardan 2029-u daimi iş yerləri olub. Təkcə 2009-cu ilin altı ayı ərzində rayonda 295 yeni iş yeri açılıb.
Rayonda tikinti - quruculuq işləri geniş vüsət alıb
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildikdən sonra sıradan çıxmış şəhərdaxili su xətlərinin yeniləşdirilməsi ilə bağlı Lerik rayonunda bir sıra işlər görülüb, uzaq dağ kəndlərinin əksəriyyəti içməli su ilə təmin edilib. Tikinti-abadlıq işləri 2009-cu ilin keçən 6 ayı ərzində də nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq davam etdirilib.
Rayon mədəniyyət evi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib. çayrud və Hovil kəndlərində məktəblərin tikintisi başa çatmaq üzrədir.
Lənkəran-Lerik yolu boyunca turizm, istirahət-əyləncə mərkəzlərində yeni koteclər və istirahət meydançaları salınıb. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”, “Ağgöl”, “Paradiz”, “Altun” və digər istirahət-əyləncə mərkəzlərində, eyni zamanda, 600-ə yaxın turist istirahət etmək imkanına malikdir. Bilnə kəndi yaxınlığında yeni “Səfa” turizm-istirahət mərkəzində tikinti işlərinə start verilib. Lənkəran-Lerik yolunun 50-ci km-də, yolun Piran kəndindən keçən hissəsində yeni ticarət obyektləri inşa edilib, kəndin daxili küçələrində işıqlanma sistemi yaradılıb. Rayondaxili yolların bərpası və təmiri ilə əlaqadar daxili imkanlar hesabına 12 km-lik Lerik-Nuravud yolunda əsaslı təmir işləri başa çatıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evinin tikintisində işlər davam etdirilməklə yanaşı, Anbu kəndində Qarabağ müharibəsi əlili Rufullayev Cavad Hüseynağa oğlu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər bir şəraiti olan, müasir standartlara cavab verən fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmirində son tamamlanma işləri aparılır. Dövlət vəsaiti hesabına tikilən Piran və Blaband kəndlərindəki tibb məntəqələri əhalinin istifadəsinə verilib.
Heydər Əliyev meydanında milli ornamentlərə uyğun tikilmiş Ulu öndər Heydər Əliyev muzeyi tamamlanmaq üzrədir. Ulu öndərin adını daşıyan mərkəzi meydan yenidən qurulmaqla yanaşı, meydanda Ulu öndərin möhtəşəm abidə kompleksi yaradılır, fəvvarələr tikilir, yaşıllıq zolaqları salınır. Rayonun “Uzunömürlülər” muzeyi üçün yeni binanın tikintisinə başlanılıb.
Təhsilin inkişafı daim diqqət mərkəzindədir
Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq rayonlarda öz müsbət nəticələrini göstərməkdədir. Bu istiqamətdə əldə olunan yüksək nailiyyətləri Lerik rayonunda da görmək olar. Belə ki, son dövrlər rayonda təhsil sahəsində bir sıra uğurlara imza atılıb. Əgər 2003-2008-ci illər ərzində rayonda cəmi 9 məktəb binası, 2 uşaq bağçası inşa edilmiş, 4 məktəb isə əsaslı təmir edilmişdisə, təkcə 2008-ci ildə rayonda müasir standartlara cavab verən 12 məktəb binası tikilməklə yanaşı, 2 məktəb əsaslı təmir edilərək istifadəyə verilib.
Rayonda 110 ümumtəhsil məktəbi, o cümlədən, 37 orta, 49 əsas, 24 ibtidai məktəb, 16 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir ki, bunların 12-si son bir ildə inşa edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkərinin vəsaiti hesabına Piran, Rəzgov, Gürdəsər, Tikəband, Buruq və Büzeyir kəndlərində tikilən məktəblərin siyahısına daxili imkanlar hesabına inşa edilmiş Bilnə, Hıramo, çeşman, Sipyəreğon kənd ibtidai və Əliabad, Peştətük, Qılqılov orta məktəbləri əlavə edilib.
70 məktəbə 326 ədəd kompüter dəsti verilib, 10 məktəbdə informatika kabineti quraşdırılıb, 4 məktəb isə internet şəbəkəsinə qoşulub. Nəzərə alınsa ki, keçən əsrin 80-ci illərindən 2003-cü ilə kimi rayonda cəmi 3 məktəb tikilib və məktəblərə ötən vaxt ərzində heç bir avadanlıq verilməyib, onda, son illər təhsilə göstərilən dövlət qayğısının miqyası tam aydın olur.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Boykəndil kənd orta məktəbinin direktoru Surxay Əsədova “Əməkdar müəllim” fəxri adı verilib.
Ali məktəblərə sənəd verən abituriyentlərdən 6 nəfər 500, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
74,3 min nəfərə tibbi xidmət göstərən Lerik Rayon Mərkəzi Xəstəxanasında Dövlət Neft Şirkətinin vəsaiti hesabına əsaslı təmir işləri başa çatmaqdadır. Bu sıraya Piran və Balaband kəndlərində tikilən həkim və Cəngəmiran, Birkandul, Barzavu və Cəngənəvud kəndlərində inşa edilən feldşer-mama məntəqələrini də əlavə etmək lazımdır.
Rayon uşaq və Şayrud kənd xəstəxanalarında təmir işləri də artıq başa çatdırılıb.
Lerik rayonunda 22 mədəniyyət evi, 44 klub, 74 kitabxana, 1 tarix-diyarşünaslıq muzeyi və filialı, 1 rəsm qalereyası, 2 ibtidai musiqi məktəbi fəaliyyət göstərir.
Rayon üzrə qeydə alınan 202, o cümlədən, 42 ölkə əhəmiyyətli tarixi abidələrin bəzisində, məsələn, XIX əsrin tarixi abidəsi olan Lüləkəran məscidində təmir-bərpa işləri aparılıb. XIII-XIV əsrlərə aid olan “Qız qalası”, “Oğlan qalası”, XIV əsrə aid olan “Xoca Seyid”, “Kəla”, XVI əsrə aid olan “Cabir” türbəsində əsaslı təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Dövlətin diqqət və qayğısı kənd təsərrüfatının inkişafını təmin edir
Lerik rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Elə buna görə də, heyvandarlıq rayon əhalisinin əsas gəlir mənbəyi hesab olunur. Yeni cins mal-qaranın yetişdirilməsi və fermer təsərrüfatlarına cins mal-qaranın verilməsi üçün iş davam etdirilir. Kənd sakinlərinə cins mal-qaranın satılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə verilən sifarişlərin sayı artıb.
Son illər Respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün dövlət tərəfindən fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum və kreditlər verilir. Xüsusilə də, buğda əkən fermerlərə verilən vəsait Lerik rayonunda taxıl əkininə ciddi təsir göstərib. Əgər keçən il fermerlər tərəfindən cəmi 1,9 min hektarda buğda əkini aparılmışdısa, bu il əkin sahələri genişləndirilərək 2,8 min hektara çatdırılıb. Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olub.
 Rayona tələb olunan kənd təsərrüfatı texnikasının əldə edilməsi üçün “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” xidməti fəaliyyətə başlayıb və alınan texnika fermerlərə icarəyə verilir.
2009-cu ilin yazlıq əkin dövründə rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən 29 min müxtəlif növ ağaclar əkilib, yeni meşə zolaqlarında əkin işləri aparılıb.
Tələb olunan kənd təsərrüfatı texnikasının əldə edilməsi üçün “Aqrolizinq” ASC-nin “Aqroservis” rayon filiallarının fəaliyyəti təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamının icrası ilə bağlı rayon icra hakimiyyəti tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 1047 nəfər hüquqi və fiziki şəxsə 2007-ci ildə 42,1 min manat, 2008-ci ildə payızlıq buğda əkininə görə 1369 nəfərə 76 min manat, yazlıq dənlilərin əkini və payızlıq buğdanın biçininə görə isə 1751 nəfərə 93 min manat vəsait bankomat vasitəsi ilə ödənilib, 2008-ci ilin payızlıq buğda əkininə görə 1930 nəfərə 112,6 min manat vəsait hesablanaraq ödəniş aparılması üçün sifariş verilib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” devizinə qoşulan rayon sakinləri Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 1907 ədəd müxtəlif növ ağac və kollar, o cümlədən vələs, ağcaqayın, akasiya, qovaq, çinar, söyüd, palıd, şam və gül kolları əkilməsində iştirak ediblər.
Bundan başqa, rayon meşə təsərrüfatı və bərpası müəssisəsi tərəfindən də payız mövsümündə 50 min ağacın əkilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Dövlət Proqramının növbəti mərhələdə icrası yüksək nəticələr vəd edir
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanan 2009-2013-cü illər üçün Dövlət Proqramı bölgələrin, o cümlədən, hər bir kəndin problemlərinin həll olunmasına, ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasına səbəb olacaq. Lerik sakinləri bu proqramın həyata keçirilməsində yaxından iştirak etmək və ölkədə yaradılmış işgüzar mühitə öz töhfələrini vermək üçün səylə çalışırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda apardığı ardıcıl siyasət hər yerdə olduğu kimi, Lerik rayonunda da işgüzar mühitin formalaşmasına şərait yaradıb. Daim Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsinə səy göstərən, Heydər Əliyev məktəbindən öyrənməyə çalışan rayon fəalları rayonun sosial-iqtisadi inkişafını, əhalinin maddi-məişət şəraitini daha da yaxşılaşdırmaq üçün ardıcıl iş aparır, verilən Fərman və Sərəncamların idarəetmənin bütün sahələrində həyata keçirilməsindən ötrü əzmlə çalışır.
Artıq Lerik şəhərində qazlaşma işləri tam başa çatdırılıb və yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı işlər davam etdirilir.
Şəhər və kəndlərdə 30 ədəd müxtəlif güclü transformatorlar yenisi ilə əvəz edilib. Hava xətlərində 500 ədəddən çox çürümüş dayaq, 80 ədəddən çox dəmir-beton dirək və naqil yenisi ilə əvəz edilib. 2007-ci ilin aprelindən başlayaraq, rayona 24 saat fasiləsiz elektrik enerjisinin verilməsi bərpa edilib.
Bilnə, Hıramo, Əliabad, Şeşman kəndlərində məktəblər, Barzavu, Cəngəmiran, Bırkandul kəndlərində feldşer-mama məntəqələri inşa edilib sakinlərin ixtiyarına verilib. Kəndarası yolların bərpası və təmiri ilə bağlı Piran-Veri yolunun 16 km-i, Lerik-Şingədulan yolunun 3 km-i, Lerik-Mastayıl yolunun 4 km-i əsaslı təmir edilib. Telefonlaşdırılmamış 11 kənddə peyk antenaları quraşdırılaraq vətəndaşların telefona olan tələbatı qismən ödənilib. Əhalinin mobil telefonlardan istifadəsini yaxşılaşdırmaq üçün Pirasora, Sors, Piran, Qosmalian, Gürdəsər, Nücü, Günəşli ərazilərində “Azercell”, “Bakcell”, “NarMobile” mobil telefon stansiyaları tərəfindən yeni antenalar quraşdırılıb. Elektrik, rabitə və digər xidmətlərin yaxşılaşdırılması üçün tədbirlər görülüb, bütün abonentlər üçün elektrik və qaz sayğacları quraşdırılıb, şəhər və kəndlərdə tikinti-abadlıq işləri davam etdirilib.
Əhalinin daha çox istifadə etdikləri Lerik-Kəlvəz, 50-ci km-Xanagah, Piran-Veri, Lerik-Nuravud yollarının bərpası üçün ilkin smeta sənədləri tərtib olunub.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində kəndarası yolların, 10 və 04 kv-luq elektrik hava xətlərinin əsaslı təmiri, ərazilərdə yeni məktəblərin, tibb müəssisələrinin, rabitə şöbələrinin, mədəniyyət obyektlərinin tikintisi, içməli su probleminin həlli, köhnə tipli ATS-lərin yeni tipli elektron ATS-lərlə əvəzlənməsi, yaşayış məntəqələrinə qaz çəkilişi və digər məsələlərin həllinin həyata keçirilməsi nəzərdə tutulub. Daha da ehtiyacı olan Pirasora, Cəngəmiran, Vizəzəmin, Molalan, Züvüç, Xanagah, Veri, Kiravud, Daster, Boykəndil kəndlərində məktəblərin, Şingədulan, Soru, Peştətük, Boykəndil kəndlərində tibb müəssisələrinin, Cəngəmiran, Molalan, Siyov, Züvüç, Orand, Mondigah kəndlərində rabitə şöbələrinin, Lerik şəhərində idman sağlamlıq mərkəzinin, bazarın, avtovağzalın tikintisi, Livədirqə, Conu, Veri, Orand ərazilərində “Azercell” antenasının quraşdırılması da qarşıdakı illər ərzində həyata keçiriləcək.
Lerikdə əlverişli investisiya mühiti var
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Lerikdə investorların işləməsi üçün hər cür şərait yaradılıb. İnşa edilən istirahət, turist-əyləncə mərkəzləri, kərpic və çınqıl zavodu, süfrə sularının istehsalı sexləri məhz investorların fəaliyyətinin nəticəsidir.
Piran kəndi ərazisində fəaliyyət göstərən kərpic zavodunda yeni beton sexi də istifadəyə verilib. Artıq gündəlik istehsal norması 15 min ədəd kərpic olan zavodda çınqıl, beton, tamet və beton tavalar da hazırlanır.
“Xansu”, “Zərinqala”, “Zuvand”, “Monidiqo” və digər adda olan süfrə suları tək Lerikdə deyil, Respublikamızın digər şəhərlərində də böyük alıcılıq qabiliyyətinə malikdir. Müalicəvi əhəmiyyətə malik “Bülüdül” suyunun qablaşdırılması üçün sahibkarlar tərəfindən iş aparılır.
Aparılan quruculuq-abadlıq işləri Lerikin simasını tam dəyişərək, dağlar diyarını böyük tikinti meydançasına çevirib. Əhalinin mənzil probleminin aradan qaldırılması üçün Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 4 mərtəbəli, 16 mənzilli yaşayış evi inşa edilib. Bundan başqa, Dövlət Neft Şirkətinin dəstəyi ilə 18 mənzilli yaşayış evinin tikintisi başa çatdırılıb, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli yeni binanın tikintisində işlər davam etdirilir.
Lerik sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır
ölkəmizdə həyata keçirilən və ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində aparılan ardıcıl siyasətə cavab olaraq, leriklilər 2008-ci ilin oktyabr ayının 15-də Prezident seçkilərində fəal iştirak edərək, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini dəstəkləyiblər.
Bununla yanaşı, 2009-cu il martın 18-də “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi”ndə iştirak edərək, yekdilliklə müsbət rəylərini bildiriblər.
ölkəmizdə aparılan sosial-iqtisadi inkişafın dinamikliyini təmin etmək və sosial-iqtisadi, ictimai-siyasi vəzifələrin yerinə yetirilməsində operativliyə nail olunmaq üçün Lerik sakinləri aparılan quruculuq, abadlıq işlərini uğurla davam etdirirlər. Hər bir vətəndaşın yaxşı yaşaması və işləməsi üçün qarşıya qoyulan məsələlərin uğurla həyata keçirilməsi üçün dövlət tərəfindən qarşıya qoyulan bütün məsələlərin həlli istiqamətində çalışan Lerik sakinləri bir məqsəd-dövlətimizin möhkəmləndirilməsi və daha da çiçəklənməsi ideyası ətrafında sıx birləşiblər. Məhz bunun səbəbidir ki, Lerik sakinlərinin də yeganə seçimi olan Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sıraları ildən-ilə genişlənir. 54 ilk partiya təşkilatını özündə birləşdirən YAP Lerik rayon təşkilatı ilk təşkilatlarla sıx əlaqəli işləyir, mütəmadi onlara metodiki göstərişlər verir. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının üzvlərinin 380 nəfərini qadınlar təşkil edir. Əksəriyyətini gənclər təşkil edən partiya fəalları rayonun ictimai-siyasi işlərində yaxından iştirak edirlər. 2009-cu ildə keçirilməsi nəzərdə tutulmuş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar artıq təşkilatda tədbirlər planı təşkil olunub. Təşkilat seçkilərə ciddi hazırlaşır.
Eyni zamanda, onu da qeyd etməliyik ki, yaradılmış bu möhkəm hüquqi bazanın verdiyi imkanlar nəticəsində ictimai təşkilatlar, gənclər, ağsaqqallar və din xadimləri ilə, siyasi partiyalarla iş sağlam prinsiplər əsasında qurulub, onların diqqəti dövlət siyasəti və vəzifələri, qarşıda duran problemlərin yerinə yetirilməsinə yönəldilib. Siyasi partiya, ictimai təşkilat və birliklərin fəaliyyətinin qanunlar çərçivəsində tənzimlənməsi nəticəsində təşkilatlar arasında işgüzar əlaqələr yaradılıb.
KƏBUTƏR

 
  • Oxunub:  23640  |  
  • Tarix:  23-07-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18