Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabın təqdimatı olub

“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabın təqdimatı olub

28.10.2017 [00:18]

Dünən Xətai rayonu 249 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyi Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabının təqdimatı olub. Qeyd edək ki, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Təqdimat mərasimində Xətai rayonu 249 nömrəli tam orta məktəbin direktoru Nizami Bayramov çıxış edərək deyib ki, tarix boyu dinc, silahsız mülki şəxsləri qətlə yetirmək, hədəfə almaq ermənilərin, daha sonra da Azərbaycan torpaqları üzərində qurulan Ermənistan adlanan dövlətin başlıca siyasəti olub və bu çirkin siyasət davam edir: “Füzulinin Alxanlı kəndində azyaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsi dünya mediasının ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Dünya mediasının faciə ilə bağlı obyektiv xəbərləri sözsüz ki, təqdirəlayiqdir və alqışa layiqdir. Öz peşə vəzifəsini vicdanla yerinə yetirən bu nəşrlər nəhayət ki, işğala məruz qalanla işğalçını seçməyə müvəffəq olurlar və bu fakt da Azərbaycanın haqq işinin ədalətli olmasından xəbər verir”.
Kitabın müəllifi Aydın Mirzəzadə çıxışında bildirib ki, bu ilin iyul ayının 4-də Ermənistan hərbçiləri axşam saatlarında Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutaraq yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsini qətlə yetirdilər: “Bu hadisə insanlığa qarşı bir cinayətdir. Azərbaycan hərbçiləri də bunun qisasını aldılar. Amma Zəhra Quliyeva ağrısı hələ də qəlbimizdədir. Bu hadisədən sonra rəsmi materiallar əsasında bir kitab hazırlamaq qərarına gəldim. Azərbaycan dövlət hakimiyyətinin, xarici rəsmi dairələrin, parlamentarilərin, beynəlxalq təşkilatların bu məsələyə dair münasibətləri kitaba toplandı”.
Millət vəkili əlavə edib ki, belə bir kitabın nəşr edilməsi bu faciəni arxivləşdirmək və gələcək nəsillərə artıq rəsmi materiallar əsasında çatdırmağa kömək edəcək: “Bu bir faktoloji materialdır. İndi və gələcəkdə biz Ermənistan tərəfini bu vəhşiliklərə görə rəsmi materiallar əsasında ittiham edə bilərik. Hesab edirəm ki, Azərbaycanın tarixi ilə bağlı bütün məsələlər yazılmalı, gələcək nəsillərə çatdırılmalı və öz tariximizi olduğu kimi göstərməyi bacarmalıyıq. Mən kitabda Xətai rayonu 249 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Nəsibə Seyidovanın Zəhra Quliyevanın öldürülməsi ilə bağlı özünün təşəbbüsü ilə çəkdiyi bir şəkli yerləşdirdim. Nəsibə Seyidova heç bilmirdi ki, onun çəkdiyi rəsm kitabda yerləşdiriləcək. Ona görə də, kitabın ilk təqdimatını bu məktəbdə keçirməyə qərar verdim və məktəbin uğurları ilə tanış oldum. Çox sevindirici haldır ki, bugünkü gənc nəsil yüksək biliklər qazanmaqla yanaşı vətənvərvərlik ruhunda formalaşırlar. Bu o deməkdir ki, ölkəmizin gələcəyi çox parlaqdır”.
Daha sonra kitab məktəbin 5-ci sinif şagirdi Nəsibə Seyidovaya təqdim olunub.

Paylaş:
Baxılıb: 350 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31