Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Veysəloğlu”dan daha bir təqdirəlayiq addım

“Veysəloğlu”dan daha bir təqdirəlayiq addım

31.10.2017 [09:51]

Şirkət əməkdaşlarının yüksək balla tələbə adını qazanmış övladlarına aylıq təqaüd ayırıb
Dünən “Veysəloğlu” Qrup Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqli vətəndaş olmağı arzulayıb.
Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şəraitdən razı qaldıqlarını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, “Veysəloğlu” şirkətinin 16 nəfər əməkdaşının övladı 2017-2018 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nın (VTTP) iştirakçısı olmağa haqq qazanıblar. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən ümumilikdə 50-yə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.
PƏRVİZ

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31