Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “APA Holdinq”in prezidenti İranda keçirilən konfransda çıxış edib

“APA Holdinq”in prezidenti İranda keçirilən konfransda çıxış edib

01.11.2017 [10:14]

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı İran Dövlət Televiziya İnstitutunda KİV rəhbərlərinin iştirakı ilə keçirilən konfransda çıxış edib.
V.Mahirqızı konfransda çıxış etmək üçün İranın İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən dəvət olunub.
İnternet mediası, sosial media, bunların yaratdığı yeni imkanlar, eyni zamanda təhlükələr barədə çıxış edən “APA Holdinq”in rəhbəri bildirib ki, internet mediası və ya başqa adı ilə yeni media çox geniş anlayışdır: “İnteraktiv və rəqəmsal metodla yayılan istənilən media məhsulu yeni mediaya aid edilir. Bura həm xəbər saytları, həm də ondan sonrakı mərhələdə meydana çıxan və sürətlə insanların gündəlik həyatına daxil olan sosial media daxildir. İnternet mediası, interaktivlik elə bir fenomendir ki, informasiyanın məzmununu istehsal edənlər bu informasiyaların istehlakçıları ilə əlaqədə olurlar. Burada hər oxucunun və ya sosial media istifadəçisinin özünün müxbirə, reportyora, şərhçiyə, fotojurnalistə, bir sözlə, müəllifə çevrilməsinə şərait yaranır. Yəni cəmiyyətdə kommunikasiya modelinin radikal şəkildə dəyişməsindən, informasiya cəmiyyətinin formalaşmasından söhbət gedir”.
V.Mahirqızı hazırda dünyada çox sürətli rəqəmsallaşma, informativ-kommunikativ qloballaşma prosesinin getdiyini söyləyib. Lakin onu da əlavə edib ki, informasiyalara qeyri-məhdud çıxış və əlçatanlıq, sərbəst şəkildə məlumat və fikir mübadiləsi aparmaq imkanları son dövrlər dünyada baş verən bir sıra kataklizmlərdə də mühüm rol oynayıb: “Buna ən başlıca nümunə kimi “Ərəb baharı” hadisələrini göstərmək olar. Türkiyədəki “Gəzi parkı” hadisələrində də sosial medianın səfərbəredici rolu ciddi rol oynamışdı. Yeni medianın, sosial şəbəkələrin ən neqativ tərəfi kimi isə terror təbliğatının xeyli asanlaşmasını qeyd etmək lazımdır. İnternet və sosial media terror təşkilatlarının öz ideyalarını dünya miqyasında yayması, öz reklamını aparması, tərəfdar toplaması, eləcə də insanları qorxutması üçün effektiv vasitəyə çevrilib. Sosial şəbəkələrin idarəçiləri terror təbliğatını əngəlləmək üçün çox gec mübarizəyə başladılar, bu mübarizənin nə qədər effektiv olması suallar doğurur. Bu neqativ hallara dövlətlərin ayrı-ayrılıqda reaksiya verməyə çalışdığını da görürük. Bu reaksiyalarda və yanaşmalarda vahid standart yoxdur və ölkədən ölkəyə fərqliliklər var. Bəzi dövlətlər zərərli təbliğatın qarşısını almağın yolunu sosial şəbəkələrin öz ərazisində fəaliyyətini məhdudlaşdırmaqda, onları müvəqqəti və ya daimi blok etməkdə görür. Bəzi dövlətlər isə transmilli sosial medianı tam və ya qismən məhdudlaşdıraraq öz alternativ sosial mediasını yaradır və vətəndaşlarını həmin sosial şəbəkələrə yönləndirir. Bu baxımdan Çin diqqətəlayiq model kimi nəzərdən keçirilə bilər. Lakin dövlətlərin sosial mediaya hər hansı müdaxiləsi internet azadlığının və ümumilikdə söz azadlığının pozulması ilə bağlı iddiaları da gündəmə gətirir. Bu, son illər dünyada mübahisəli mövzulardan birinə çevrilib, çünki nəyin söz azadlığının pozulması olub-olmadığını müəyyənləşdirmək, internetdə bu azadlığın sərhədlərini dəqiq cızmaq asan deyil”.
Azərbaycanda sosial media ilə bağlı vəziyyətə gəldiksə isə, V.Mahirqızı ölkədə bu sahədə azadlığın mövcud olduğunu nəzərə çatdırıb.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31