Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qrup rəhbəri: Tur-aksiya məktəblilərin hərtərəfli inkişafında mühüm rol oynayacaq

Qrup rəhbəri: Tur-aksiya məktəblilərin hərtərəfli inkişafında mühüm rol oynayacaq

18.11.2017 [00:13]

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya məktəblilərin hərtərəfli inkişafında mühüm rol oynayacaq. Ekskursiya zamanı şagirdlərimiz maariflənir, dünyagörüşlərini artırır, eyni zamanda, Azərbaycanın dilbər guşələri ilə daha yaxından tanış olurlar. Qəbələ və Qusar Böyük Qafqaz dağlarının ətəyində yerləşir, həm də qonşu rayonlardı. Amma ekskursiya zamanı şahid olduq ki, hər bir rayonun özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var. Bununla yanaşı, ayrı-ayrı rayonlarımızı, şəhərlərimizi gəzməklə Azərbaycanda gedən dinamik inkişafın nəticələrini seyr etmək mümkündür. Əminəm ki, dörd gün davam edəcək maraqlı səyahət məktəblilərin yaddaşında silinməz izlər buraxacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya Qəbələdən qoşulan qrupa rəhbərlik edən Zahir Kərimov deyib.
O bildirib ki, şagirdlər “Şahdağ” Turizm Mərkəzinə də səfər ediblər. Kompleks növbəti qış mövsümünün açılışına hazırlaşır. Bu mərkəzə, eləcə də, Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə qış aylarında üz tutan turistlərin sayında hər il artım müşahidə olunur. Azərbaycan artıq bütün dünyada geniş turizm imkanları ilə tanınır.
“Bu gün tur-aksiyada iştirak edən məktəblilər gələcəkdə ölkəmizin inkişafı üçün əlindən gələni əsirgəməyən savadlı kadrlar olacaqlar”, - deyə qrup rəhbəri qeyd edib.

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31