Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

“2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

17.01.2018 [10:12]

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.
Sənəddə bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il ərzində görüləcək tədbirlər əksini tapır. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına köməkliyin, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, bu təbəqələrdən olan insanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması kimi tədbirlər yer alır.
Sənəddə qeyd olunan insanların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin (o cümlədən eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulub. Proqramda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsi, onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması ilə bağlı tədbirlər də əksini tapır.
Eyni zamanda, həmin insanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika səviyyəli tədbirin təşkil edilməsi planlaşdırılır. Proqrama uyğun olaraq bu il Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də keçiriləcək.
PƏRVİZ

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31