Ana səhifə »  Sosial »  “Türkoloq”un gülünc arqumentləri
A+   Yenilə  A-
“Türkoloq”un gülünc arqumentləri

Yaxud Xədicə İsmayıl gənc jurnalisti niyə təhqir etdi?
“Azadlıq” radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılın girmədiyi qılıf, bürünmədiyi don qalmayıb. O gah konkret mərkəzlərin sifariş və tezisləri əsasında fəaliyyət göstərən intriqan, gah mahir donosçu, gah da xarici kəşfiyyat orqanlarının agenti kimi qarşımıza çıxır. Öz əqidədaşları belə bu peşəkar şantajçının “qəzəbindən” qorxurlar. Xədicənin “hüquq müdafiəçiliyi”, “siyasi məhbus” alverçiliyi etdiyi günlər də heç uzaq keçmişdə qalmayıb. Amma vaxtını nə ilə keçirməsindən, hansı cilddə zühur etməsindən asılı olmayaraq, milli maraqlara qarşı çıxış etmək, ölkəmizin əleyhinə aparılan qərəzli kampaniyaların fəal iştirakçısı olmaq və şəxsi mənafelərini təmin etmək üçün şeytanla belə əməkdaşlığa hazır olmaq onun fəaliyyətindən qırmızı xətlə keçir.
Yenə “trol”, yenə “bloklama”...
Ağzını hər açanda özünü Azərbaycanın “ən tanınmış jurnalisti”, “titullu beynəlxalq media eksperti” kimi qələmə verən, yorulmadan peşəkarlıqdan dəm vuran Xədicə İsmayıl bir az bərkə düşən kimi əsil mahiyyətini aşkara çıxarır. Ümumiyyətlə, Xədicənin də təmsil olunduğu “5-ci kolon” təmsilçilərinə xas xüsusiyyətlərdən biri polemika mədəniyyətindən tamamilə uzaq olmalarıdır. Gecə-gündüz demokratiyadan, plüralizm və söz azadlığından danışan bu despot dəstəsi xırda tənqidə belə dözümsüz yanaşır, fərqli fikri süngü ilə qarşılayır. Xədicə İsmayılın bir neçə gün öncə gənc jurnalist Fidan Afərlə yaşadığı polemika da bu mənada istisna deyil. Belə ki, Fidan Afərin Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatına start verildiyi gündən Xədicə İsmayılın “tvitter” səhifəsində antitürk əhval-ruhiyyəli “paylaşımları”nı tənqid etməsi qrantyeyən mirzəni əməlli-başlı özündən çıxarıb. Xədicə bu tənqidlərə cavab olaraq “tvitter”də qarşı tərəfin ünvanına yazdığı qeyri-etik ifadələrlə kifayətlənməyib, özünün “facebook” səhifəsində də gənc jurnalisti təhqir edib. Bir çox həmkarlarımız və sosial şəbəkə istifadəçiləri, o cümlədən Niyaz Niftiyev, Rufik İsmayılov, Zahid Cəfərov, Ceyhun Piriyev, Əsmər Nəsirova, Ceyran Əsgərqızı, Mircavad Kazımov, Eldar Baxşəliyev və digərləri Xədicənin Fidan Afərlə bağlı təhqirlərə yol verməsinin doğru olmadığını, buna görə gənc jurnalistdən üzr istəməli olduğunu izah etməyə çalışsa da, müsbət nəticə əldə etmək mümkün olmadı. Əlavə olaraq, X.İsmayıl bu şərhlərin müəlliflərini “troll” adlandırıb, onların profillərini öz səhifəsində bloklamaqla işin içindən çıxmağa çalışıb. Elə mən də bir jurnalist kimi, gənc həmkarımızla bağlı bu xoşagəlməz hala etirazımı bildirərək bu paylaşımın altına eyni mətndə şərh yazdıqdan sonra profilim X.İsmayıl tərəfindən “qara siyahı”ya əlavə olundu.
Beləliklə, təkcə bu faktın özü kifayətdir ki, X.İsmayılın “demokratiya maskası” altında gizlətməyə çalışdığı üzünü aydın görə bilək.
Xədicə öz dövlətinə arxasını çevirmiş xəyanətkar Can Dündarla bir səfdə...
Son dövrlər müşahidə etdiklərimiz əsasında belə bir qənaət formalaşır ki, Türkiyə dövlətinin qazandığı nailiyyətlər, ölkənin ciddi regional amilə və bölgənin əsas söz sahiblərindən birinə çevrilməsi nədənsə Xədicə İsmayılı çox narahat edir. Bu günə qədər istər bəzi yazılarında, istərsə də sosial media səhifələrindəki paylaşımlarında X.İsmayıl bunu açıq şəkildə büruzə verib. “Zeytun budağı” əməliyyatının başladığı gündən isə Xədicə dünyadakı antitürk, antiislam dairələri tərəfindən bu əməliyyatlara qarşı aparılan yalan və böhtan kampaniyasının ən fəal iştirakçılarından birinə çevirib.
Təbii ki, X.İsmayılın Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları həyata keçirməsinə qarşı piar aparması, sadəcə, qardaş ölkənin mənafe və maraqlarına qarşı çıxış etməsi demək deyil. Bu, həm də Azərbaycan xalqının və dövlətinin Afrində baş verənlərə ədalətli mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan dövləti terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir, sülh və təhlükəsizliyin təmin edilməsinə yönələn beynəlxalq antiterror əməliyyatlarını açıq şəkildə dəstəkləyir. Eyni məqsədlə həyata keçirilən “Zeytun budağı” əməliyyatına da rəsmi Bakı tərəfindən dəstək ifadə olunub. Deməli, Xədicə İsmayıl yenə də milli maraqları bir kənara qoyaraq özünün cılız şəxsi mənafeyi naminə hərəkət edir.
O, “facebook” və “tvitter” səhifələrində əvvəllər Türkiyə Cümhuriyyətində ölkə düşmənlərinə “siyasi casusluq etmək”də şübhəli bilinərək haqqında cinayət işi başlanmış, sonradan xaricə qaçaraq orada sığınacaq almış solçu Can Dündarın “Zeytun budağı” əməliyyatına qarşı müsahibəsini yayımlayır, bir sıra beynəlxalq media orqanlarının bu əməliyyatı gözdən salmaq üçün hazırladıqları xəbərlərin şərhlər bölməsində eyni motivli şərhlər yazır. Polad İbrahim, Anar Miriyev, Rəsul Hümbətov, Mahir Nəsirov, Novruz Məhəmmədoğlu, Nurlan Qələndərli, Orxan İsrafilov, Eldar Baxşəliyev, Nərgiz İsmayılova, Rəşad Cəfərli, Səidə Ağaşirinova, Nardar Bayramlı, Emil Qasımov və digər sosial şəbəkə istifadəçiləri isə X.İsmayılın bununla bağlı “paylaşımları”nın altına şərhlər yazaraq Can Dündar və öz ölkəsinə xəyanət etmiş digərlərinin mövqeyini dəstəkləməklə Xədicənin açıq şəkildə Türkiyənin antiterror əməliyyatına qarşı çıxış etdiyini, terrorçularla bir səfdə dayanan vətən xainlərinin fikirlərini təbliğ etdiyini bildirib, onun bu davranışını xəyanət, satqınlıq kimi xarakterizə ediblər. Xədicə İsmayıl isə əvvəlcə bu “profil” sahiblərini təhqir etmək, “bloklamaq” yolunu tutub, daha sonra özünün “facebook” səhifəsində etdiyi başqa bir paylaşımda ciddi cəhdlə xəyanətkar olmadığını, ermənilərlə və anti-azərbaycançı dairələrlə qurduğu işbirliyinin, əslində, “milli təəssübkeşlikdən” irəli gəldiyini əsaslandırmağa çalışıb. Bunun üçün uzun-uzadı cümlələr quraraq hər kəsin bildiyi faktları inkar edib, hətta özünü az qala dissident elan edib.
Xədicə İsmayılın bu mövzuda “özünəbəraət post”unda yer alan bir fakt diqqətimizi çəkdi. Guya türk düşmənçiliyi etmədiyini, xidmətinin türk dünyası üçün “böyük” əhəmiyyət kəsb etdiyini iddia edən Xədicə bu absurd iddiasını əsaslandırmaq üçün özünün ixtisasca “türkoloq” olmasını əsas gətirir, hansısa məqalələrində türk tarixini araşdırmasından bəhs edir.
Ola bilər ki, X.İsmayıl ixtisasca türkoloqdur, “ya zəlzələdən, ya da vəlvələdən” bu ixtisas üzrə təhsil almaq məcburiyyətində qalıb. Amma görünür, aldığı ali təhsil onun həyat və fəaliyyətinin, dünyagörüşünün formalaşmasına əks təsir edib ki, X.İsmayıl bu gün qarşımıza faktiki olaraq türk düşmənçiliyi edən biri kimi çıxır. Yoxsa özünə “türkoloq” deyib Türkiyəyə və türkçülüyə qarşı çıxmağın səbəbləri başqa necə izah oluna bilər ki?
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  7740  |  
  • Tarix:  01-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA