Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şərur rayonunun Ərəbyengicə kəndində bir sıra sosial obyektlər istifadəyə verilib

Şərur rayonunun Ərəbyengicə kəndində bir sıra sosial obyektlər istifadəyə verilib

02.02.2018 [10:07]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-də Şərur rayonunun Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədrinə məktəbdə yaradılan şəraitlə bağlı məlumat verilib.
Ali Məclisin Sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idman zalında və şahmat sinfində olub, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləyib.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edib, məktəbin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Gənc müəllim Sahabcan Səfərova deyib ki, müasir tədris avadanlıqları ilə təchiz olunmuş məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərin böyük sevincinə səbəb olub.
Ali Məclisin Sədri Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsində aktiv iştirak edən bütün muxtar respublika gənclərinə təşəkkürünü bildirib və onları təbrik edib.
* * *
Həmin gün Ərəbyengicə kənd mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanıb.
Ali Məclisin Sədri həmçinin kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, statistik qeydiyyatların dəqiq aparılması, bütün növ ödənişlərin poçt vasitəsilə həyata keçirilməsi barədə tapşırıqlar verib.
* * *
Sonra Ərəbyengicə kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.
Ali Məclisin Sədri səhiyyə maarifi mərkəzində qəbul həkiminin fəaliyyəti üçün lazımi şəraitin yaradılması və tibbi avadanlıqların qoyulması barədə tapşırıqlar verib.
* * *
Həmin gün Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilib.
Ali Məclisin Sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanıb.
Sonra sakinlərlə görüş olub.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31