Ana səhifə »  Sosial »  Xətai rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
A+   Yenilə  A-
Xətai rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

Xətai rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycanın siyasi və iqtisadi inkişaf strategiyasını son 14 ildə uğurla və qətiyyətlə davam etdirərək, respublikanın sosial-iqtisadi və siyasi dayaqlarını əsaslı şəkildə möhkəmləndirərək onu dünyanın sabit inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevirib. R.Məmmədov bildirib ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının bildirdiyi kimi, 2017-ci ildə də ölkəmiz dünyanın uğurla inkişaf edən sabit dövlətlərindən biri olmuşdur.
Xətai rayonunda ötən ilin sosial-iqtisadi göstəriciləri haqqında danışan R.Məmmədov bildirib ki, 2017-ci ilin yekunlarına əsasən, rayonun sənaye müəssisələrində 1 milyard 336,4 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib: “Bu göstəricidə dövlət sektorunun payı 1 milyard 253,8 milyon manat və ya ümumi istehsalın 93,8 faizi qədər, qeyri-dövlət sektorunda isə 82 milyon 609 min manat və ya ümumi istehsalın 6,2 faizi qədər olmuşdur. İstehlakçılara 1 milyard 340,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,3 faizi qədər məhsul göndərilmişdir. 2017-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 522, 9 milyon manata yaxın və ya əvvəlki illə müqayisədə 18,4 faiz çox istehsal malları satılmışdır. Özəl müəssisələrdə 2 milyard 522, 8 milyon manatlıq və ya 2016-cı illə müqayisədə 18,4 faiz çox istehlak malları satılmışdır. Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1 milyard 479, 6 milyon manatı ötmüş, qeyri-ərzaq mallarının həcmi isə 1,045 milyard manat təşkil etmişdir.
Bütün maliyyə mənbələri hesabına 38 milyon 986 min manat əsas fondlar istifadəyə verilmiş, iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 709,703 milyon manat investisiya yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 49,6 faiz çoxdur. 681,5 milyon manatlıqdan çox tikinti-quraşdırma işləri görülmüşdür. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi isə 1 milyard 93,14 milyon manatdan çox olmuşdur”.
Xüsusi vurğulanıb ki, 2017-ci ildə qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 716 milyon manat, dövlət mülkiyyətində olanların işlərinin həcmi isə 376,3 milyon manat olub. 10 min nəfərdən artıq insanın çalışdığı tikinti sektorunda orta aylıq əməkhaqqı 1567,3 manat təşkil edib. Nəqliyyat sektorunda xidmətlər ötən ildəkindən 18 faiz artaraq 839,2 milyon manata çatıb, rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 43 milyon manata yaxın xidmətlər göstərilib ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Nəqliyyatda çalışanların orta aylıq əmək haqqı 15,5 faiz artaraq 1 min manatı keçib, rabitə işçilərinin orta aylıq əmək haqqı isə 2,8 artaraq 666 manat təşkil edib. Əhalinin orta aylıq əmək haqlarının artımı pullu xidmətlərin həcminin də artmasına və 693,2 milyon manata çatmasına səbəb olub.
Hesabat məruzəsi ətrafında çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov və başqaları 2017-ci ildə görülən işləri yüksək qiymətləndiriblər.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm məqamları və 2018-ci il üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələrinin əsas mahiyyətini açıqlayıb.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edilib.

 
  • Oxunub:  3930  |  
  • Tarix:  08-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +25
gecə+15 +17