Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC-in gənc müəllimləri Türkiyənin nüfuzlu universitetlərinə ezam ediliblər

UNEC-in gənc müəllimləri Türkiyənin nüfuzlu universitetlərinə ezam ediliblər

08.02.2018 [10:02]

UNEC-in gənc müəllimləri Türkiyənin nüfuzlu universitetlərinə ezam ediliblər. Bu təhsil ocağından verilən məlumata görə, səfərin məqsədi müəllimlərin elmi və pedaqoji potensialının yüksəldilməsi, müasir tələblərə cavab verən yeni təhsil standartları ilə tədrisin keyfiyyətinin artırılmasıdır.
Səfərdən öncə rektor, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. “UNEC-də həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətlərindən biri də dünyanın aparıcı universitetlərinin təcrübəsinin öyrənilməsi və tətbiqidir”, - deyən rektor Türkiyənin Boğaziçi, İstanbul, Uludağ, Süleyman Dəmirəl, Sakarya və İstanbul Sabahattin Zaim universitetləri ilə təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisələri üçün faydalı olacağını qeyd edib.
Bir həftə davam edəcək səfərdə Türkiyə universitetlərinin tədris planları, sillabuslar, ixtisaslaşma təcrübəsi öyrəniləcək, UNEC-in müəllimlərinin türkiyəli həmkarları ilə birgə elmi məqalələr hazırlaması istiqamətində görüşlər keçiriləcək. Səfər çərçivəsində gənc müəllimlər ezam olunduqları universitetin və UNEC-in akademik heyətinin iştirakı ilə video konfranslar təşkil edəcək, Azərbaycan günləri keçirəcəklər.
Məlumatda deyilir ki, UNEC-in “Gənc professorlar”ı elmlər doktoru proqramı üzrə dissertantlar dosent Elşən Bağırzadə, dosent Anar Rzayev, dosent Fariz Əhmədov, dosent Raqif Qasımov və dosent Gəray Musayev 15 gün ərzində öz elmi tədqiqatlarını İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində aparacaqlar. Tədqiqatlarını Türkiyənin nüfuzlu professorlarının rəhbərliyi altında həyata keçirən UNEC-in alimləri Dokuz Eylül Universitetinin “Thomson Reuters Web of Sciences”, “Scopus”, “Elsevier”, “Springerlink”, “EBSCO” kimi dünyanın bir çox nüfuzlu akademik bazalarına çıxış imkanı təqdim edən zəngin kitabxanasından da faydalanacaqlar. Səfər çərçivəsində həmçinin Türkiyə universitetlərinin elmi tədqiqat sahəsindəki təcrübələri öyrəniləcək, Dokuz Eylül Universitetinin alimləri ilə yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrin nəşr edilməsi, yerli və beynəlxalq elmi müsabiqə və konfranslarda iştirak məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, UNEC-in “Gənc professorlar” layihəsinin iştirakçıları elmi tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və beyin mərkəzlərinə ezam edilirlər.
Yeri gəlmişkən, UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə də start verilib. Akademik heyətin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər il təşkil edilən qış məktəbi bu dəfə “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunub. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan Qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri - ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirlər.
UNEC-in yüzdən çox müəlliminə dərs vəsaitləri və mühazirə standartlarının hazırlanması, sillabusların təkmilləşdirilməsi, tədris və iş etikası, dərs prosesində simulyasiya (case study) və nümunəvi təhlil metodlarından istifadə qaydaları barədə ətraflı məlumat veriləcək, bu istiqamətdə Avropa təcrübəsi paylaşılacaq. Alimlərin keyfiyyətli tədqiqat apara bilmələri üçün onlara keyfiyyət, kəmiyyət və kompleks metodlar arasındakı fərqlər göstəriləcək, tədqiqat zamanı hədəf auditoriyaların nəzərə alınması, nüfuzlu beynəlxalq elmi mətbuatda məqalələrin dərc edilməsi prosesi, onlayn məlumat bazaları və vizual təqdimat imkanlarından istifadə qaydaları açıqlanacaq. Beş gün davam edəcək qış məktəbini uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30