Ana səhifə »  Sosial »  Əvvəlki illərlə müqayisədə ötən il vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib
A+   Yenilə  A-
Əvvəlki illərlə müqayisədə ötən il vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib

Ali Məhkəmənin növbəti Plenumunda kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları geniş təhlil olunub
Fevralın 9-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Ali Məhkəmənin sədri Ramiz Rzayev 2017-ci ilin Azərbaycan Respublikasının bütün məhkəmə sistemi, o cümlədən Ali Məhkəmənin fəaliyyətində mühüm il olduğunu bildirib.
R.Rzayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Humanizmin təntənəsi olan bu sənəd Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.
Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “...Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən Mülki, Cinayət, Mülki-Prosessual, Cinayət-Prosessual və sair məcəllələrinə edilən dəyişikliklər dövlətimizin başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi mərhələlərindən biridir.
Diqqətə çatdırılıb ki, ötən il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı digər sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər davam etdirilib. Dövlətimizin başçısının “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsi, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər texniki vasitələrdən istifadə edilməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin elektron arxivinə inteqrasiya edilir. Həmçinin “Elektron hökumət” portalı vasitəsilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.
R.Rzayev bildirib ki, əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəmənin icraatında 2016-cı ildə 13 min 292 iş olmuşdusa, 2017-ci ildə onların sayı 2709 iş (20,4 faiz) artaraq 16 minə çatıb. 2016-cı ildə 10 min 530, 2017-ci ildə isə 13 min 550 işə baxılıb, yəni baxılan işlərin sayı 28,7 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayında 1,8 faiz azalma müşahidə olunur.
Baxılan işlərdə mülki kollegiyada 44,8 faiz, inzibati-iqtisadi kollegiyada 21,4 faiz artım, cinayət kollegiyasında işlərin sayında 1,6 faiz, məhkum olunmuş şəxslərin sayında 3,8 faiz azalma, hərbi kollegiyada isə baxılan işlərin sayında 8,2 faiz azalma olub.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.
Məruzə edən kollegiya sədrləri 2017-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu qeyd ediblər. Bildirilib ki, mülki kollegiyada 2016-cı ildə 6246 işə, 2017-ci ildə isə 9047 işə baxılıb. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 44,8 faiz artmasını göstərir. Bununla yanaşı, ləğv edilmiş məhkəmə qərarlarının sayı 3,2 faiz azalıb ki, bu da ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə dəlalət edir. 2017-ci ildə bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil, bank-kredit mübahisələri) sayı artıb. Belə ki, ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində 2 dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində 93,6 faiz artım olub. Hesabat ilində mülki işlərin sayının artması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə əlaqədar olmaqla, eyni zamanda, vətəndaşların məhkəmələrə inamının artmasının təsdiqidir.
Diqqətə çatdırılıb ki, 2017-ci il ərzində inzibati-iqtisadi kollegiyada baxılmış 2637 işdən 504 iş iqtisadi, 2133 iş isə inzibati mübahisələrə dair işlərə aiddir. İnzibati məhkəmələrin fəaliyyətə başladığı 2011-ci ilin yanvarın 1-dən indiyədək inzibati orqanlara qarşı qaldırılan iddiaların 82-84 faizi təmin edilib. Plenumda, həmçinin inzibati mübahisələrə dair işlərin baxılmasında müxtəlif inzibati orqanlar və onların struktur qurumlarının tərəf qismində iştirak etdiyi, əsasən inzibati orqanların və bələdiyyələrin fəaliyyəti zamanı qəbul olunmuş qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə mübahisələrin yarandığı bildirilib. Bəzi inzibati orqanlara qarşı olan iddiaların sayı artıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur qurumlarına qarşı 99,1 faiz, Vergilər Nazirliyi və onun struktur qurumlarına qarşı iddiaların sayında 27,5 faiz artım qeydə alınıb.
Bildirilib ki, 2017-ci ildə cinayət kollegiyasının icraatında olan 2495 nəfər haqqında 2460 işdən 2234 nəfər haqqında 1954 işə baxılıb. 2016-cı ildə isə 2271 nəfər haqqında 2031 işə baxılmış, bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 3,8 faiz və 1,6 faiz azalma olmuşdu.
Apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarların stabilliyi ilə bağlı təhlil göstərir ki, 2016-cı ildə baxılmış 288 nəfər (12,6 faiz) haqqında 247 iş üzrə (12,1 faiz) qərar ləğv edilmişdisə, hesabat dövründə cəmi 258 nəfər (11,5 faiz) haqqında 202 iş üzrə (10,3 faiz) qərarlar ləğv olunub. Göründüyü kimi, bu göstəricilərdə də azalma müşahidə edilir.
Cinayət kollegiyasında kassasiya qaydasında baxılmış işlər üzrə şəxslər əsasən mülkiyyət əleyhinə, həyat və sağlamlıq əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan, ictimai təhlükəsizlik əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət əməllərini törətdiklərinə görə məhkum olunmuş və kassasiya şikayətləri və kassasiya protestləri də ən çox məhz bu cinayətlərə görə məhkum olunmuş şəxslər haqqında qəbul edilmiş hökm və qərarlardan verilib. Ləğv olunmuş və ya dəyişdirilmiş qərarlar sırasında isə mülkiyyət əleyhinə cinayət törətmiş şəxslər haqqında qəbul edilmiş qərarlar və ya çıxarılmış hökmlər daha çox olub. Kassasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa (Cinayət Məcəlləsinin 178-ci maddəsi) görə məhkum edilmiş şəxslər çoxluq təşkil edib.
Hərbi kollegiyanın icraatına 2017-ci ildə daxil olmuş 182 nəfər haqqında 142 işdən 134 nəfər haqqında 112 işə baxılıb. 2016-cı ildə 146 nəfər haqqında 122 işə baxılmışdı. Bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 8,2 faiz azalma olub. Ötən il hərbi kollegiyada kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən mülkiyyət əleyhinə (47 nəfər), hərbi xidmət əleyhinə (30 nəfər), həyat və sağlamlıq əleyhinə (13 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunublar.
Məlumat verilib ki, Ali Məhkəmənin Plenumunun 2017-ci ildə 6 iclası keçirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Plenumun 2017-ci il aprelin 7-də keçirilmiş iclasında Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə və ev dustaqlığında saxlanılma müddətinin uzadılması ilə bağlı təqdimatlara və həbsin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətlərə baxılması təcrübəsinin ümumiləşdirilməsi digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə edilib.
Bundan əlavə, Plenumda qeyd edilib ki, hesabat ilində Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılıb, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilib.
Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 
  • Oxunub:  5340  |  
  • Tarix:  10-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6