Ana səhifə »  Sosial »  Bərdə gündən-günə müasirləşir və inkişaf edir
A+   Yenilə  A-
Bərdə gündən-günə müasirləşir və inkişaf edir
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)” çərçivəsində Bərdə rayonunda həyata keçirilən tədbirlər və atılan addımlar rayonun inkişafının sürətləndirilməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına şərait yaradıb
Bərdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir
Azərbaycanın ən qədim rayonlarından biri olan Bərdə rayonu öz keçmişi və qədimiliyi ilə böyük bir tarixi eraya şahidlik edib. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən, Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqustun dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirib. Movsev Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınıb. Bu dövrdə Bərdənin adı “Firuzabad” olub. “Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olub. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilib. Bərdə 628-ci ildə Xəzərilər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunub. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilib. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutub. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşayıb. XIII əsrdə Bərdədə pul kəsilib.
Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olub. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilib. Məşhur “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi.
IX əsrin 90-cı illərinə qədər Sasanilər dövlətinin tərkibində olan Bərdə, həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi. Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş ediblər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulub. Səddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil edib. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi.
Monqolların hücumu zamanı Bərdə yenidən dağılıb, Elxanilər dövründə bərpa olunub. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalıb. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olub.
Dövlət Proqramı Bərdədə də uğurla icra olunur
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son beş ildə ölkədə 766 min yeni iş yerləri açılıb, yoxsulluq 13 faizə qədər endirilib, dövlət büdcəsi 10 dəfə, əhalinin pul gəlirləri 4 dəfə, pensiya və sosial müavinətlər 4 dəfə artıb. Bununla yanaşı, sahələrinin inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərir və hazırda Azərbaycanın regionları inkişaf səviyyəsinə görə şəhərlərdəki inkişaf tempinə yaxınlaşmaqdadır. Bu nailiyyətlərin əldə olunmasında isə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın uğurla icra olunmasının rolu danılmazdır. Bu Proqramın icrasının nəticələri Bərdə rayonunda da açıq-aşkar özünü göstərməkdir. 2004-2008-ci illərdə Bərdə rayonunda həyata keçirilən tədbirlər və atılan addımlar yekun olaraq rayonun sosial - iqtisadi inkişafının sürətləndirilməsində, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında özünü açıq-aşkar büruzə verir. Bu dövrlər ərzində rayonda 9437 yeni iş yeri yaradılıb.
Sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərilir
Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunun artırılmasına ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu sahənin inkişafı üçün güzəştli vergi siyasətinin tətbiqi, hüquqi normativlərin və prosedurların asanlaşdırılması sahibkarlığın inkişafını stimullaşdırır. Bərdə rayonunda da sahibkarlığa xüsusi qayğı göstərilir və bu sahənin inkişafı üçün rayonda əlverişli şərait yaradılıb. Rayonda 2008-ci ilin sonuna vergi orqanlarından qeydiyyatdan keçən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin sayı 5114 nəfərə çatıb. Onların sayı 2008-ci ildə 491 nəfər və ya 9,6 faiz artıb.
Bundan başqa, torpaq islahatı ilə əlaqədar olaraq 24,9 min ailə dövlət aktı alaraq öz torpaqlarında fiziki şəxs kimi fəaliyyət göstərirlər.
Bərdə kənd təsərrüfatı rayonu olsa da, burada sənayenin, ilk növbədə emal sahələrinin kifayət qədər perspektivi var. Bu istiqamətdə sahibkarlar, iş adamları öz imkanlarını və mövcud şəraiti qarşılıqlı şəkildə nəzərdən keçirməklə daha çox iş görə bilərlər. Aqrar bölmə üzrə xırda sənaye məhsulları istehsal edən sexlər, mini-emal müəssisələrinin yaradılması və tədricən genişləndirilməsi güman edirəm ki, yaxın gələcəkdə böyük səmərə verə bilər.
Aqrar sahədə aparılan uğurlu islahatların müsbət nəticələri Bərdə rayonunda da özünü göstərir
Sirr deyil ki, bu gün neft sənayesi Azərbaycanın iqtisadi inkişafında təkzibolunmaz rol oynayır. Bu istiqamətdə əldə olunan gəlirlərin digər sahələrə yönəldilməsi ölkədə müşahidə olunan inqilabi dəyişikliklərin başlıca şərtidir. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin prioritetləri sırasındadır. Bu baxımdan aqrar sahənin yüksəldilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti aqrar sahənin inkişafına dəstək verilməsi və artım tendensiyasının qorunması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Bunlara misal olaraq, yanacaq və motor yağlarına, buğda istehsalçılarına toxum istehsalına görə büdcədən ayrılan yardımları, fermerlərə güzəştli şərtlərlə 50 faiz dəyərində kübrə satılması, yeni texnikaların gətirilməsi və aşağı faizlə uzunmüddətli kreditlə fermerlərə satılması, yeni subartezian quyularının qazılıb istifadəyə verilməsi, aparılan meliorasiya tədbirləri, süni mayalanma və özəl damazlıq təsərrüfatlarının yaradılması, yeni emal sexlərinin tikilib istifadəyə verilməsi kimi tədbirləri göstərə bilərik. Azərbaycanın digər aqrar rayonlarında olduğu kimi, bu tədbirlər Bərdə rayonunda da yüksək səviyyədə icra olunub. Məhz bunun nəticəsində hesabat dövründə rayonun 50 kəndində hər biri 30-50 başlıq mal tövləsi tikilib, süd zavodu təmir edilərək müasir standartlara uyğun yenidən quraşdırılıb, 20-dən artıq kənddə qrunt suları aşağı salınıb. Bundan başqa, bitkiçilik və heyvandarlıq sahəsində yüksək nəticələr əldə edilib. Son dövrlərdə 1500 başdan artıq iri malda süni mayalanma aparılaraq 900 başdan artıq yüksək məhsuldar balalar alınıb. 9 özəl damazlıq təsərrüfatı, 30 toxumçuluq təsərrüfatı yaradılıb, fermerlərə Rusiyadan gətirilmiş 220 ton yüksək reproduksiyalı buğda toxumu ayrılıb. Bütün bunların nəticəsində ət istehsalı 3917 tondan 5730 tona, süd istehsalı 33,8 min tondan 44,1 min tona çatıb. Yem bitkiləri tələbata uyğun artaraq 27500 hektara çatıb ki, bu da mal-qaranın yemə olan tələbatını tam təmin edir.
Artıq məlum olduğu kimi, bu il Azərbaycanda rekord həddə taxıl əkilib. Bu uğura imza atılmasında respublikanın aqrar rayonlarında görülən effektiv tədbirlər başlıca rol oynayır. Bərdə də belə rayonlarımızdan biridir. Bu fakt əldə olunan statistik rəqəmlərdə də özünü göstərir. Belə ki, hesabat dövründə Bərdə rayonunda taxıl istehsalı rekord həddə 70312 tona çatıb, məhsuldarlıq 33,2 sentner olub. Artıq gələn ilin taxılı üçün 27400 hektar sahədə taxıl səpini aparılıb. Mal-qaranın baş sayı ildən-ilə artaraq 78638 başa çatıb.
2004-2008-ci illərdə rayon ərazisində 5 Aqrotexservis xidməti mərkəzi yaradılıb. Onların 4-ü özəl, 1-i isə “Aqrolizinq” ASC tərəfindən təşkil edilib. Bunlar rayonun Şirvanlı, Mustafaağalı, Xanərəb, Cəyirli və Muğanlı kəndlərində fəaliyyət göstərir. Hazırda onların istifadəsində 78 müxtəlif markalı yeni texnika var. Onların vasitəsilə fermerlərə əkin sahələrinin əkilib-becərilməsində hər cür köməklik edilir. ötən dövr ərzində torpaq payçılarına güzəştli şərtlərlə 1500 tondan çox azot və superfosfat gübrələri satılıb.
Abadlıq və quruculuq işləri geniş vüsət alıb
Son bir neçə ildir ki, Azərbaycanda geniş tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Bu gün respublikamızın hər bir yerində böyük tikinti meydançaları quraşdırılıb, geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Bərdə rayonunda da son illər ərzində görülən işlər rayonun görüntüsünü xeyli dəyişdirib, rayon müasirləşib. Hesabat dövründə rayonda Qarabağ əlilləri və şəhid ailələri üçün 36 və 24 mənzilli yaşayış binaları, 9 mərtəbəli 72 mənzilli yaşayış evi, üzgüçülük hovuzu, DSMF və Qaz istismar idarələri üçün inzibati bina, Heydər Əliyev adına muzey, Tarix-diyarşünaslıq muzeyi, Yeni Azərbaycan Partiyası üçün inzibati bina, Muğam mərkəzi, Rəsm qalereyası binası, “Mətin” şadlıq sarayı, “Xan çinar” və “Kral” istirahət mərkəzləri, müasir standartlara cavab verən yeni ticarət mərkəzi və Avtovağzal kompleksi tikilib istifadəyə verilib. Bərdə şəhər stadionunun əsaslı təmiri başa çatmış və rekonstruksiya işləri aparılıb.
2004-2008-ci illərdə şəhərdə və rayonun kəndlərində abadlıq və quruculuq işləri müvəffəqiyyətlə davam edib. Belə ki, şəhərin Nizami, H.Aslanov, Nüşabə, Sabir, ü.Hacıbəyov və S.Vurğun küçələrində səkilərə 42650 m2-dən artıq tamet plitələr döşənib, Bakı və Koroğlu küçələrində 4,0 km-ə yaxın dekorativ hasar çəkilib, Şorəlli kəndində dairəvi yol tikilib, yol kənarlarına 15000 ədəddən artıq ağac əkilib.
Ekoloji durumun yaxşılaşdırılması, sağlam və təmiz ekoloji mühitin yaradılması hökumətin əsas fəaliyyət prioritetlərindən biridir. Bu məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yerli icra orqanları ilə birgə bir sıra layihələr icra etməkdədir. Məhz bu istiqamətdə Bərdə rayon İcra Hakimiyyəti Ekologiya və təbii sərvətlər idarəsi ilə birlikdə 2006-2010-cu illər üzrə kompleks tədbirlər planı hazırlayıb və icrasına sərəncam verilib. Tədbirlər planında yeni meşə zolaqlarının salınması, çirklənmiş torpaqların ekoloji xəritəsinin hazırlanması, qanunsuz zibilliklərin təmizlənməsi, Tər-tər çayı hövzəsində bərpa işlərinin və mühafızə zolağının salınması, ekoloji təmizlik aylığının keçirilməsi və digər vacib olan məsələlər öz həllini tapıb. Hesabat dövründə 280 hektar ərazidə meşə zolaqları bərpa edilib, Tər-tər çayı sahilində, şəhərin Sabir və Koroğlu küçələrində parklar salınıb.
Rayon əhalisinin enerji ilə təminatı yaxşılaşdırılır
Elektrik enerjisi: Rayon əhalisinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə də xeyli işlər görülüb. Belə ki, hesabat dövründə 482 ədəd transformator təmir olunub, 19 ədəd müxtəlif güclü yeni transformatorlar quraşdırılıb.
Yeni salınmış yaşayış məntəqələrində 13 km uzunluğunda 0,4 kv-luq elektrik xətti çəkilib və 450 ədəd dayaq basdırılıb. Elektrik enerjisi təchizatını yaxşılaşdırmaq, enerji verilişində fasilələri minimuma endirmək və ötürülən enerjinin keyfıyyətini yüksəltmək məqsədilə 180 km köhnəlmiş açıq naqilli 0,4 kv-luq elektrik xətləri ən müasir SİP tipli kabellə əvəz edilib. Şəhər yarımstansiyasında 40 MVA-lıq transformator 63 MVA-lıq transformatorla, Yeni Daşkənd yarımstansiyasında 4,0 MVA-lıq transformator 6,3 MVA-lıq transformatorla, Şirvanlı yarımstansiyasında isə 6,3 MVA-lıq transformator 10 MVA-lıq transformatorla əvəz olunub. Rayonun bütün ərazisində fərdi evlərdə, ticarət və xidmət obyektlərində, özəl sənaye sektorunda, büdcə təşkilatlarında elektrik enerjisinin dəqiq sərfi hesabatını aparmaq üçün aktiv elektrik sayğacları quraşdırılıb, istismara yararsız sayğaclar bərpa olunub. Rayonda sayğaclaşma prosesi tam başa çatıb.
Təbii qaz: Əhalinin elektrik enerjisi ilə təminatında əldə olunan yüksək nəticələr digər istiqamətlərdə də işlərin yüksək səviyyədə görülməsinə şərait yaradıb. O cümlədən, əhalinin qazla təminatı da xeyli dərəcədə yaxşılaşdırılıb. Bu məqsədlə şəhərin ayrı-ayrı küçələrində diametri 219 mm-lik 1800 p/m, diametri 159 mm-lik 3820 p/m, diametri 100 mm-lik 5450 p/m, diametri 76 mm-lik 3800 p/m uzunluğunda qaz xətti çəkilib və 2107 abonentə təbii qaz verilib. Bundan başqa, 18 idarə, müəssisə və özəl təşkilata da təbii qaz verilib. Rayonun 7 kəndinə, o cümlədən, Divanlı, Qaradağlı, Güloğlular, Yeni Daşkənd, Zümürxan, İmamqulubəyli, Şorəlli və Cəyirli kəndlərinə təbii qaz verilib. Hazırda rayonun Seyid Yusifli və Gərənə kəndlərinə qaz xətti çəkilişi davam edir. Bu illər ərzində 7282 abonentə qaz sayğacı quraşdırılıb. ümumiyyətlə, qaz çəkilib, bütün abonentlərə sayğac qoyulub.
İçməli su: Əhalinin içməli su və texniki suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə görülmüş işlərin həcmində də nəzərə çarpacaq müsbət dəyişikliklər qeydə alınıb. Dövlət Proqramının icra olunduğu illər ərzində rayonda 305 ədəd su nasosu təmir edilib, şəhərin küçələrində 2647 p/m su xətti çəkilib, 1864 p/m su xətti isə təmir olunub. Bundan başqa, rayonda 8 ədəd artezian quyusu və 32 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Dövlət Proqramına uyğun olaraq rayon ərazisində 42 km yeni kanallar çəkilib, 3 ədəd nasos stansiyası quraşdırılıb, su kanalları üzərində 108 ədəd yeni hidrotexniki qurğular quraşdırılıb istifadəyə verilib. Bu illər ərzində kanallar (2737 min M3) lildən təmizlənib, suvarma kanalları üzərində 300 ədəd hidrotexniki qurğular təmir edilib. Kür çayı üzərində daşqın sularının qarşısının alınması məqsədilə 2,5 km ərazidə bəndatma işləri aparılıb.
Təbii ki, əhalinin su ilə təminatının yaxşılaşdırılması digər sahələrin də, o cümlədən, əkinçilik sahəsinin də yüksək səviyyəyə çatmasına stimul verib. Bu işlər əkin sahələrinin vaxtında su ilə təmin edilməsinə, torpaqların erroziyadan qorunmasına öz təsirini göstərib. Aparılan meliorativ tədbirlər məhsul istehsalında öz töhfəsini verib. Belə ki, 2004-cü ilə nisbətən əkin sahələri 50 min hektardan 61,2 min hektara çatıb. Hər hektarda məhsuldarlıq xeyli yüksəlib.
Rabitə və poçt xidmətləri: 2004-2008-ci illərdə rayonun Qaradırnaq (264 nömrə), Qaraqoyunlu (172 nömrə), Muğanlı (192 nömrə), Yeni Əyricə (512 nömrə), Hacallı (256 nömrə), Alpoud (448 nömrə), Kövər (256 nömrə), Yeni Daşkənd (384 nömrə), Əmirli (256 nömrə), Həsənqaya (384 nömrə), Samux (256 nömrə), Şatırlı (256 nömrə), Xanərəb (256 nömrə), Kolayır (384 nömrə), Mirzəcəfərli (384 nömrə), Şahvəllər (128 nömrə) və Kətəlparaq (256 nömrə) kəndlərində elektron ATS-lər quraşdırılıb. Beşillikdə Xanağalı, Cumalar, Hacıbəyli, Qaratəpə, Mehdili, Soğanverdilər, Ağalı, Qaradəmirçi, Təhlə və Nifçi kəndlərində peyk rabitəsi quraşdırılıb.
Bu illərdə 37,5 km yeni rabitə kabeli çəkilib, 85 km məsafədə isə rabitə xətti təmir olunub. Rayonun 109 kəndindən 101-i tam telefonlaşıb, qalanları isə radio telefon və peyk rabitələri ilə təmin olunub. Bu dövrlər ərzində rayonun 20 müxtəlif kəndində yeni poçt şöbələrinin inzibati binaları tikilib istifadəyə verilib.
Təhsilin səviyyəsinin yüksəldilməsi üçün atılan addımlar müsbət nəticələr verir
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, atdığı məqsədyönlü addımlar nəticəsində bu gün Azərbaycanda təhsil və elm sahəsi böyük inkişaf yolu keçməkdədir. Şübhəsiz ki, bu inkişafda Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan layihələr də xüsusi rol oynayır. Və bu inkişafdan Bərdə rayonuna da böyük pay düşür. 2004-2008-ci illərdə rayonda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər bu sahədə əsaslı inkişafı təmin edib. Belə ki, bu dövrlər ərzində rayonda akademik Zərifə Əliyeva adına 1000 yerlik orta məktəb, hər biri 240 yerlik Xanağalı, Saatlı, Yeni Daşkənd kənd orta məktəbləri, hər biri 160 yerlik Cumalar, Bəcirəvan və Göyüşlü kənd orta məktəbləri, 360 yerlik Gülgəzli kənd orta məktəbi, şəhərdə 880 yerlik və İnternat məktəbi üçün 200 yerlik yeni korpus tikilib istifadəyə verilib. Şəhər 1, 3, 5 saylı, İnternat, Yeni Əyricə, Kürdborakı, Qarahacı, Mehdili, Lənbəran, Mustafaağalı kənd orta, şəhər 7 saylı və Mollagüllər kənd əsas məktəbləri əsaslı təmir edilib. Kətəlparaq kənd orta məktəbin tikintisi davam edib. Bundan əlavə, qalan məktəblərdə cari təmir işləri edilib. 5 il ərzində məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə 100 faiz təminatı həyata keçirilib.
Şagirdlər hər il pulsuz dərsliklə təmin edilib, uşaqlara 400 min ədəddən çox dərslik paylanılıb. 5 il ərzində məktəblərə 6 min ədədə qədər müxtəlif inventar və avadanlıq alınıb verilib. Bütün bunlar təlimin keyfıyyətinin yüksəldilməsinə müsbət təsir göstərib, nəticələr ildən-ilə yaxşılaşıb. Əgər 2004-cü ildə ali məktəblərə 187 nəfər məzun qəbul olunubdusa, 2008-ci ildə bu rəqəm 275 nəfərə çatıb.
Səhiyyə sahəsində də məqsədyönlü tədbirlərin görülməsi lazımi effekti verməkdədir. Hesabat dövründə səhiyyə şöbəsində Mərkəzi Rayon Xəstəxanasının travmatologiya, yoluxucu və lor şöbələri əsaslı təmir olunub, Cərrahiyyə şöbəsində 2-ci cərrahi blok yaradılıb və əsaslı təmir edilib. MRX-nın reanimasiya və kardiologiya şöbələrində müasir tələblərə cavab verən səviyyədə əsaslı təmir işləri aparılıb, şöbələr bərk və yumşaq inventarlarla təmin olunublar. MRX-nın rentgen kabineti də əsaslı təmir olunub, televiziya qurğulu rentgen aparatı ilə təchiz edilib. MRX-nın mətbəxi, inzibati binada konfrans zalı və foye də əsaslı təmir olunub. MRX və Doğum evinin ərazisini əhatə edən 12 hektar sahədə geniş abadlıq işləri aparılıb, 1500 ədəd ağac, gül və bəzək kolları əkilib. Xəstəxanaların 1000 m sahəsinə asfalt örtüyü salınıb, 1300 m əraziyə tamet plitələr döşənib, 1200 m sahəyə yaşıl ot örtüyü əkilib. Rayon Poliklinikası, Vərəm dispanseri əsaslı təmir olunub və Uşaq xəstəxanasının 60 çarpayılıq korpusu tikilib istifadəyə verilib.
Bundan başqa, rayonun Alaçadırlı, Uğurbəyli, Qazaxlar, Mehdili, Nəcəfqulubəyli, Məmmədli, Qazıqurdalı, Tumaslı və Gərənə kəndlərində yeni həkim ambulatoriyaları binaları tikilib, Kürdborakı, Lənbəran, Mirzəcəfərli və Otuzikilər kənd sahə xəstəxanalarında, Şirvanlı, Xanərəb, Qaradırnaq, Qaradəmirçi, Qaraqoyunlu, Soğanverdilər, Kətəlparaq, Kələntərli və Xanağalı həkim ambulatoriyalarında isə əsaslı təmir işləri aparılıb. Xəsili kənd sahə xəstəxanasının yeni binasının tikintisi, Əyricə kənd xəstəxanasının və Hacallı kənd həkim ambulatoriyasının əsaslı təmiri davam edir.
Rayonda müasir standartlara cavab verən Diaqnostika mərkəzinin tikintisi başa çatmaq üzrədir.
Bərdəlilər Ulu öndər Heydər Əliyev ideyalarına sadiqdirlər
Rayonda siyasi və ictimai təşkilatların, partiyaların qanun çərçivəsində fəaliyyəti üçün hər cür şərait yaradılıb. İcra Hakimiyyəti orqanları bu təşkilatların qanunların yol verdiyi şəkildə bərabər imkanlarla fəaliyyətini təmin edir. Buna baxmayaraq, böyük potensiala və güclü ictimai dəstəyə sahib olan Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı müsbət mənada digərlərindən seçilir. 7616 üzvü olan YAP Bərdə rayon təşkilatı 182 ərazi ilk partiya təşkilatlarını özündə birləşdirir. Partiya üzvlərinin 30 faizə yaxınını gənclər və qadınlar təşkil edir. YAP Bərdə rayon təşkilatı ölkənin mühüm siyasi kampaniyalarında, taleyüklü məsələlərdə göstərdiyi fəallığı ilə daim diqqət mərkəzindədir. Biz bunu ötən il keçirilən prezident seçkilərində və bu il martın 18-də keçirilmiş referendumda bir daha müşahidə etdik. Daim dövlətçiliyimizə sədaqət göstərən bərdəlilər məhz bu siyasi kampaniyalar zamanı da Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursuna dəstək verdilər və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xoş, firavan gələcəyə doğru inamla irəliləməsində öz üzərlərinə düşən vəzifəni uğurla icra etməyə çalışdılar. Təşkilatın sədri Emin Calalov dedi ki, hazırda təşkilat qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Tədbirlər Planına əsasən, görüləcək işlərin qrafiki hazırlanıb, təşkilatda qərargah yaradılıb. E.Calalov əminliklə vurğuladı ki, bütün siyasi kampaniyalarda olduğu kimi, ölkənin hakim partiyası - YAP bu seçkilərdən də böyük qələbə ilə ayrılacaq. çünki Ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirən Yeni Azərbaycan Partiyası xalqımızın ən çox etimad göstərdiyi və inandığı siyasi təşkilatdır.
Aqşin ŞAHİNOÄžLU

 
  • Oxunub:  28080  |  
  • Tarix:  05-09-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7