Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Azərsun Holdinq" Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

"Azərsun Holdinq" Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

26.02.2018 [16:09]

"Azərsun Holdinq" Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbirlər çərçivəsində Şirkətlər Qrupunun İdarə Heyətinin üzvləri və Şirkətlər Qrupunun digər əməkdaşları soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış Xocalı abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyublar.
Həmçinin "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində Şuşa Rayon İcra Hakimiyyətinin təmsilçilərinin, dövlət rəsmilərinin və ictimai xadimlərin iştirakı ilə anım tədbiri keçirilib. Tədbir çərçivəsində Şuşa Dövlət Dram Teatrı tərəfindən Elnurə Abdullayevanın müəllifliyi ilə səhnələşdirilmiş "Əsgər papağı" tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31