Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” təşkil edilib

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” təşkil edilib

09.05.2018 [17:13]

Mayın 8-də “Səs” qəzetinin təşkilatçılığı ilə redaksiyanın ofisində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində qətlə yetirilmiş Şuşa şəhər sakinlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatlarını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı açan “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıb. Bildirib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu öndərin müstəsna xidmətləri var. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutub. Prezident İlham Əliyev Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanımızın daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən dövrün tələbinə uyğun olaraq daha da zənginləşdirildiyini bildirib. Qeyd edib ki, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Sonra “dəyirmi masa”da çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Bugünkü güclü, qüdrətli Azərbaycanın Ulu öndərin şah əsəri olduğu bildirilib.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30