Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

Nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

21.08.2018 [09:09]

UNEC nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib (CFA İnstitute University Affiliation Program). UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisasının CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CFA Program Candidate Body of Knowledge (CBOK)) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi və ISE-nin tədris proqramının tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib.
UNEC CFA İnstitutunun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək.
Qeyd edək ki, UNEC CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir.
CFA Proqramı haqqında:
CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilib. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən beş namizəddən ən çox biri proqramı müvəffəqiyyətlə tamamlayaraq investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən nüfuzlu CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur.

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31