Ana səhifə »  Sosial »  Quido Ambroso: BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq
A+   Yenilə  A-
Quido Ambroso: BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso cəbhə bölgəsinə səfər edib
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində avqustun 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Rayonun əhalisi 103 min nəfərdir. Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tərtər rayonu ərazisində məskunlaşıb. 2017-ci ildə rayon ərazisində 1170 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi tikilərək istifadəyə verilib. Həmin yaşayış kompleksinə yol kənarlarında, təhsil müəssisələrində, uşaq bağçalarında, ictimai binalarda çətin vəziyyətdə yaşayan məcburi köçkünlər yerləşdirilib.
Müstəqim Məmmədov qeyd edib ki, rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Rayonda daha çox taxılçılıq, pambıqçılıq, çuğundur, günəbaxan istehsalı, bağçılıq və maldarlıq inkişaf edib. Rayonun əkinəyararlı 31 min 600 hektar torpağından yalnız 22 min 400 hektarı istifadə edilir. Torpaqların bir qisminin istifadə edilməməsinin səbəbi ermənilərin işğal altında saxladıqları Sərsəng su anbarından gələn suyun qarşısının suvarma dövründə kəsilməsi ilə bağlıdır. Bundan başqa, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri aqrar sahədə yüksək nəticələr əldə edirlər. Ötən il pambıq və çuğundur istehsalına görə Tərtər ölkə üzrə ən qabaqcıl rayon olub.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını ifadə edib. O, 20 il əvvəl Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi fəaliyyət göstərdiyini bildirib: “Həmin dövrdə Azərbaycanın iqtisadi imkanları çox aşağı idi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fəaliyyətini daha çox məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və əsas ehtiyaclarının ödənilməsinə yönəldirdi. Ötən dövr ərzində Azərbaycanın iqtisadi imkanları möhkəmlənib. Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məcburi köçkünlərlə bağlı fəaliyyəti məhdudlaşıb”.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Məlumat verilib ki, yaşayış kompleksindəki mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər yerləşdirilib. Yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.
Məcburi köçkünlərlə söhbət zamanı Quido Ambroso vurğulayıb ki, səfərdə əsas məqsədi məcburi köçkünlərlə həmrəylik nümayiş etdirmək və münaqişəni tam həll olunana qədər dünya ictimaiyyətinin diqqətində saxlamaqdır. “Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq. ATƏT-in Minsk qrupunun vasitəsilə həyata keçirilən sülh danışıqlarının nəticə verəcəyini səbirsizliklə gözləyirik”, - deyə Q.Ambroso bildirib.
Məcburi köçkün İlqar Qasımov deyib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: “Bütün məcburi köçkünlərin ürəyi Qarabağla döyünür. Bura təmas xəttinə çox yaxın məsafədə yerləşir. Buradan işğal altında olan ərazilər - Qarabağ dağları çox aydın görünür. Doğma yurdumuz gözümüzün önündədir. Ancaq biz ora gedə bilmirik. Biz məcburi köçkünlər münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmasını, işğal altında olan torpaqlarımızın azad edilməsini gözləyirik”.
Qonaqlar Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində də olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Məlumat verilib ki, Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Tərtər rayonuna səfər çərçivəsində qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərərçəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə də baş çəkiblər. Məlumat verilib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərərçəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompüter, kənd təsərrüfatı, sahibkarlıq və sair peşələrinə yiyələnirlər.

 
  • Oxunub:  2940  |  
  • Tarix:  29-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 20:33
Respublika konfransı: “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri”
26 Aprel 20:25
Nikolas Latifi: Bakıdakı Formula 2 yürüşü ilin ən həyəcanlı yarışlarından biridir
26 Aprel 20:23
Türk iş adamları yerli kiçik və orta biznes subyektləri ilə əməkdaşlıqda maraqlıdır
26 Aprel 20:18
Londonda “Ağı” kitabının təqdimatı keçirilib
26 Aprel 20:15
Azərbaycan ədəbiyyatının Mir Cəlal zirvəsi
26 Aprel 20:09
Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb
26 Aprel 20:07
İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir
26 Aprel 20:00
Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib
26 Aprel 19:58
ADU İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq edəcək
26 Aprel 19:57
ADU İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq edəcək
26 Aprel 19:43
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
26 Aprel 19:40
UNESCO mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının ikinci Protokolunun 20 illiyi ilə bağlı tədbir keçirib
26 Aprel 19:36
Ehtiyatda və istefada olan hərbi qulluqçuların bir qrupu ilə görüş keçirilib
26 Aprel 19:32
“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Rusiya-Azərbaycan dostluğuna aid tədbir keçirilib
26 Aprel 19:28
İkinci "Bir kəmər-bir yol" Beynəlxalq Forumunda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib
26 Aprel 17:53
BDU-nun kollektivi Mir Cəlal Paşayevin xatirəsini anıb
26 Aprel 17:36
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
26 Aprel 17:29
Tahir Mirkişili: “Bir kəmər, bir yol” layihəsi Azərbaycanı iqtisadi cəhətdən daha da gücləndirəcək
26 Aprel 17:26
ABŞ-ın Yel Universitetində Azərbaycanın uğurları təqdim edilib
26 Aprel 17:23
BŞH Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə baş verən qəza ilə bağlı açıqlama yayıb
26 Aprel 17:22
Hicran Hüseynova: Zərifə xanım Əliyevanın yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir
26 Aprel 17:16
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb
26 Aprel 17:16
Riad Qasımov: İçərişəhərdə təmir işləri qətiyyən tikinti mahiyyəti kəsb etmir
26 Aprel 17:10
Bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib
26 Aprel 17:07
Bakıda VI illik Xəzər Texniki konfransı keçiriləcək
26 Aprel 17:06
ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb
26 Aprel 16:52
Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb
26 Aprel 16:47
Sona Əliyeva: Sadə xalq erməni siyasətçilərindən fərqli düşüncədədir
26 Aprel 16:32
Milli Məclisin deputatları İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcəklər
26 Aprel 16:27
Zərifə Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır
26 Aprel 16:10
İngiltərəli turist: Formula 1 Azərbaycan Qran-Prisi digər yarışlardan möhtəşəmliyi ilə fərqlənir
26 Aprel 16:01
Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb
26 Aprel 15:57
Elçin Quliyev: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır
26 Aprel 15:41
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib
26 Aprel 15:38
Formula 2: sıralanma turuna start verilib
26 Aprel 15:30
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
26 Aprel 15:19
Türkiyənin CNN Türk kanalı Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri haqqında reportaj yayımlayıb
26 Aprel 15:17
Paytaxtın inkişafı mərkəzdən kənarlara doğru irəliləyir
26 Aprel 15:15
Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edib
26 Aprel 15:03
Rauf Əliyev: İşğalçı ölkə çox yaxşı başa düşür ki Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir
26 Aprel 14:51
Azərbaycan-Türkiyə İstehsalat Birliyinın “Belarus” markalı traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq
26 Aprel 14:50
“Vüqar Həşimov” şahmat klubu təsis edilib
26 Aprel 14:46
İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib
26 Aprel 14:42
DİA-da “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
26 Aprel 14:28
Nazir İnam Kərimov: Subsidiyaların ödənilməsi gələn ildən elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək
26 Aprel 14:26
Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası təşkil olunub
26 Aprel 14:17
Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçiriləcək
26 Aprel 14:14
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub
26 Aprel 14:10
Nazir müavini: Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır
26 Aprel 13:17
Elman Rüstəmov: Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı var
26 Aprel 13:11
Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik
26 Aprel 13:04
DİA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil edilib
26 Aprel 13:00
Cəbhəboyu zonada tikintisi davam etdirilən hərbi obyektlərdə inşaat işlərinin gedişi yoxlanılıb
26 Aprel 12:52
Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında görülən işlər müzakirə olunub
26 Aprel 12:49
Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
26 Aprel 12:40
Azərbaycanda qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək
26 Aprel 12:24
Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar
26 Aprel 12:16
Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb
26 Aprel 12:13
Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib
26 Aprel 12:07
"Anti-Azərbaycan qüvvələr ölkəmizin nüfuzuna xələl gətirə bilməz"
26 Aprel 11:55
“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda konfrans panel iclaslarla davam edib
26 Aprel 11:38
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26 Aprel 11:31
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb
26 Aprel 11:26
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
26 Aprel 11:19
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
26 Aprel 11:13
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib
26 Aprel 10:35
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
26 Aprel 10:32
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
26 Aprel 10:28
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
26 Aprel 10:23
Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12