Ana səhifə »  Sosial »  “Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim”
A+   Yenilə  A-
“Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim”

Əməkdar jurnalist Flora Xəlilzadənin 65 yaşı tamam olur
Onun şəxsiyyətinə və imzasına böyük hörmət var. Publisistik yazıları, şeirləri sonsuz həvəslə oxunur, radio və televiziyada, ədəbi məclislərdə, yubiley yığıncaqlarında ürəkdən xəbər verən çıxışları maraqla dinlənilir. Oxucuları onun yazılarında təbiətin özü kimi rəngli, təravətli boyalar axtarır, yazılarını zamansız yazılar adlandırırlar. Saysız-hesabsız məqalələri, kitabları, ssenariləri ilə ədəbi ictimaiyyət arasında özünəməxsus yer tutur. Onu biz həm də yorulmaz tədqiqatçı kimi tanıyırıq. Şuşanın tarixi, bu günü, eləcə də Azərbaycanın hökmdar qadınları haqqında tapıntıları var. Haqqında bəhs etdiyimiz səbəbkar - Əməkdar jurnalist Flora Xəlilzadə bu günlərdə 65 yaşını qeyd edir.
“İlk nəfəsim, son sözüm də Uruddu”
Məlumat üçün bildirək ki, tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Flora Xəlilzadə 1953-cü ildə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində dünyaya göz açıb. İndi o kənd ancaq xatirələrində və qələmə aldığı əsərlərində yaşayır. “İlk nəfəsim, son sözüm də Uruddu” deyib Vətən həsrəti ilə içi od püskürür, qələmi alov saçır. Hər bir misrasında da bu yanğını görməmək mümkün deyil.

Vətən hey!
Anamın uzalı əli
Yanağımdan süzülən inci seli
Alışan, quruyan dilim-Vətən hey!

Könlüm ağlar ötənə,
Ümid bağlar yetənə.
Ovul, ürəyim, ovul,
Əlim çatmaz Vətənə.

Quş damından vəfalı,
Daş da məndən vəfalı.
İldə bir yol Vətəndə
Qış da məndən vəfalı.

Vağədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub. Gözdən uzaq, qəlbə yaxın ellərdə - Urudda yaraşıqlı, ürəyiyuxa, analar anası Gözəl xanım qızını Bakıya göndərəndə ona tövsiyəsi, öyüd-nəsihəti bircə notda köklənmişdi - elimizə, nəslimizə, valideynlərinin adına ucalıq gətir, şərəflə yaşa, çalış, ümidlərimiz sən sarıdan həmişə çiçəklənsin, gül açsın. İllər keçdi. Gözəl ananın qəlbindən keçənlərin hamısı pöhrələndi, al-əlvan çiçəklər kimi boy göstərdi gənc Floranın həyatında. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə, öz çörəyini özü qazanmağa başladı. Belə ki, 1977-ci ildə ali təhsilini başa vuraraq bir müddət “Azərbaycan təbiəti” jurnalında işləyib. Özünün də dediyi kimi, təbiətə vurğunluğunu daha da artıran amillərdən biri də məhz görkəmli alim, akademik Həsən Əliyevin kuratorluğu və rəhbərliyi ilə çıxan nəşrdə çalışması olub.

Şəhər günlərinin havası ağır,
Şəhər küləyindən qorun, amandır.
Könlümə kəndçilik havası yağır,
Kənddən aralıyam xeyli zamandır.

Üz tutub getməyə yerim yox indi,
Vətəndə vətənsiz olan çox indi,
Dəli könlüm, şimşək kimi çax indi,
Sənin dağlarının başı dumandır.

Bundan başqa “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub.
“Yadigarlar”...
Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yadigarlar” verilişinin yaradıcısı, layihə rəhbəri, oğlu Bəhruz Niftəliyevlə birgə aparıcısıdır. Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində, elm və mədəniyyətində, sosial-iqtisadi inkişafında böyük xidmətləri olan, iz qoyan insanların bioqrafiyasına, xidmətlərinə əsl publisist və vətəndaş baxışı, sevgisi sərgilənən bu proqramda neçə-neçə unudulmaqda olan vətən oğulları, el ağbirçəkləri barədə foto və video görüntülər, bu şəxslərin müasirlərinin və mənəvi övladlarının xatirə-söhbətləri təqdim olunur. Əslində, onları yada salmaqla müəllif Azərbaycan xalqının necə böyük mənəvi sərvət sahibi olduğunu bir daha seyrçilərin nəzərinə çatdırır. Tamaşaçıların təbirincə desək, Flora Xəlilzadə hansı sənət adamından söz açırsa, onun tərcümeyi-halında elə cizgilər, elə məlum olmayan məqamlar tapır ki, o sənət adamını bir daha özün üçün kəşf etmiş olursan. Sadə, aydın, səlis və duru bir dillə o, sənətkarların bir növ ədəbi portretini yaratmağa çalışır.
“Mənim ruhumda böyük Məmməd Araz var”
Flora xanımın Məmməd Araz sevgisi isə ölçüyə gəlməz. Onun istedadlı bir qələm sahibi və şair kimi parlamasında hər zaman həyatda özünün ustadı və arxası sandığı Məmməd Arazın qayğısı böyük rol oynayıb. Məmməd Arazla Flora xanımın qohumluğu isə bu sevginin özülüdür. Müsahibələrindən birində “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”, - söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə bu gün Azərbaycan publisistikasında öz sözünü demiş qələm sahiblərindəndir. Flora xanım özü hazırladığı, 7 cildlik nəzərdə tutulan “Yazdıqlarım” adlı külliyyatının I cildinin müqəddiməsində bu sevginin səbəbini daha gözəl izah edir: “Sözün dərgahında, sözün hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum deyə bilmərəm. Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşidənə necə çatdıra bilirsən? Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir... Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz sözün sayəsində dünyanı dolaşdım!”
“Flora xanım qəhrəmanlarının sözlə portretini çəkir, onların daxili dünyasını min bir rənglə və incəliklə qələmə alır”
Flora Xəlilzadənin jurnalist məharəti, publisist kimi özunəməxsusluğu, bədii (şeir və nəsr) yazılarındakı orijinal, fərdi çalarlar haqda onun qələm dostları da hər zaman öz ürək sözlərini söyləməkdən çəkinmirlər.
“Flora xanım böyük məhəbbətlə həssas qəhrəmanlarının sözlə portretini çəkir, onların daxili dünyasını, yaşantılarını, arzularını min bir rənglə və incəliklə qələmə alır. Nəticədə oxucu ədəbiyyatımızda iz salan böyük insanları çox yaxından tanımaq imkanı qazanır. Ürəkdən gələn sözün özünəməxsus cazibəsi var. Qəlbdə elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir. İmzasına hörmətlə yanaşdığım, yazılarını bəyəndiyim AYB-nin üzvü, tanınmış yazıçı-publisist, həm də şairə Flora Xəlilzadənin “Ön söz” yazmaq üçün mənə verdiyi “Yazdıqlarım” kitabının maketini vərəqləyəndə bu hissləri yaşadım”. Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yubilyarın “Yazdıqlarım” kitabındakı “Söz sözü çəkər...” adlı “Ön söz”ündə qeyd edib.
“Yollar açılsa, bağımızdan bir ovuc torpaq gətirib, qəbrim üstünə tökərsiniz”
Qırx ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda çalışan Flora Xəlilzadənin “Bənövşə ətirli səs”, “Analar”, “Bu, mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa” və digər publisistik kitabları ilə yanaşı, ədəbi yaradıcılığının məhsulu olan “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitabları da çap olunub. “Mənim qəhrəmanlarım mənəviyyat adamları, sözlə sənət mülkü ucaldanlar və əsl ləyaqət sahibləridir”, - deyən Flora xanımın şeirlərində peşəkarlıqla yanaşı, incə lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti oxucunu düşünməyə sövq edir. Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində bəzən doğma Uruduna pərvazlanır, elinin, obasının, ocaq yerinin, anasının bişirdiyi çörəyin, ata yurdunun ətrini alır. Müsahibələrin birində qeyd edir: “Tez-tez anamı ziyarətə gedirəm. Onun qəbri üstündə toxtaqlıq tapıram. Amma çox qəribədir ki, hava pis olan günlərin gecəsi mütləq anam yuxuma gəlir və qəti şəkildə onu ziyarətə getməyimi istəmir. Sanki havanı, narahatlığımı, qayğılarımı duyub, hiss edir. Artıq özüm müəyyən yaşa gəlmişəm, amma bu möcüzəni hələ də anlaya bilmirəm. Anama mən şəhid deyirəm. 1988-ci ilin payızında ermənilər Zəngəzurun Urud kəndində bütün dinc əhalini ev-eşiyindən etdilər. O biçarələri gətirib Şahbuz yaxınlığında olan dərəyə, qarın içinə atdılar. Anam da onların içində idi. Əmim oğlu gedib onu qolları üstündə Naxçıvana gətirdi. Oradan da Bakıya. Amma anam o yatan yatdı. Elə o sarsılan sarsıldı. Son sözü də “yollar açılsa, bağımızdan bir ovuc torpaq gətirib, qəbrim üstünə tökərsiniz” oldu. Hələ də tökə bilməmişəm, açılmayıb hələ də o yollar...”

Dözmədi bu dərdə,
dözmədi anam,
Gözlərin nəm tutdu,
ürəyin qubar.
Ölüncə ümidin üzmədi anam;
Açılsa o yollar, gəl, məni apar!..

Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni yaradıcılıq axtarışları və tükənməz sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini geniş kütləyə tanıdır, ömürlərə işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu gün təkcə özü mətbuatda külüng vurmur, həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə davam etdirirlər.
Flora Xəlilzadənin çəkdiyi zəhmət hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü kimi bir çox mükafatlara layiq görülüb. Hər zaman yaradıcı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə aldığı “Tərəqqi” medalını və “Əməkdar jurnalist” fəxri adını isə həyatının ən böyük uğuru hesab edir.
P.S. “Yeni Azərbaycan” qəzeti olaraq uzun illər ərzində oxucuların və tamaşaçıların qəlbinə yol tapmış Flora Xəlilzadəni təbrik edir, ona möhkəm can sağlığı, bundan sonra da məhsuldar yaradıcılıq arzulayırıq.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  3990  |  
  • Tarix:  30-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA