Ana səhifə »  Sosial »  Həyat eşqi, torpaq sevgisi, zəhmətkeşliyi ilə nümunə olan məhdud fiziki imkanlı fermer
A+   Yenilə  A-
Həyat eşqi, torpaq sevgisi, zəhmətkeşliyi ilə nümunə olan məhdud fiziki imkanlı fermer

Bu dünyada hamının Tanrı payı, ömür qisməti heç də bərabər olmur. Heç də hamımız həyatın hamar yolları, rəvan axarı ilə getmir, bəzən mənəvi sarsıntılarımız, fizioloji-psixoloji problemlərimizlə mübarizə aparmalı oluruq. Bu mübarizədə isə taleyə boyun əyməyib həyatsevərliliyi, intellekti, zəhmətkeşliyi, Vətənə və torpağa bağlılığı ilə özünü cəmiyyətdə təsdiq etmək gücünə qadir olanlar qalib gəlirlər. Fiziki imkanlarının məhdudluğuna rəğmən həyata dördəlli sarılmaları, qabiliyyət və səriştələri ilə seçilən bu insanlar, əslində, həm də ilahi ərməğan olan cansağlığını, verilən həyat fürsətini dəyərləndirmək üçün bizlərə ibrətli nümunədirlər.
“Bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm”
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu il 94 ton taxıl tədarük etmiş Babək rayonunun Şəkərabad kənd sakini, məhdud fiziki imkanlı fermer Aslan Məhərrəmovla görüşüb. Söhbət zamanı məlum olur ki, məhdud fiziki imkanlı fermer heç vaxt taleyinə boyun əyməyib, kiminsə əlinə baxmaqla, təmənnalı yaşamaqla barışmayıb, sözün əsl mənasında, aslan kimi həyatla mübarizəyə qalxıb və əzmi, iradəsi ilə qalib gəlib. Yaşadığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, həyatdan, belə desək, əlini, ümidini üzməyib. Dünəndən bu günə çətin bir yol keçib. Heç bir fiziki məhdudiyyət onu nələri isə əldə etməkdən, qazanmaqdan məhrum edə bilməyib. Əksinə, sağlam insandan daha artıq zəhmət çəkib, alnının təri ilə özünə gün-güzəran, yaxşı yaşayış qura bilib. Bu barədə söhbət edərkən deyir: “48 yaşım var. Elə Şəkərabad kəndində anadan olmuşam. Gördüyünüz bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm. Bəzən düşünürəm ki, məni həyata bağlayan, yaşamağa vadar edən əsas amillərdən biri də bu qara torpaqdır. Fiziki imkanlarım məhdud olduğuna görə daim dövlətimizin qayğısını öz üzərimdə hiss etmişəm. Düşünürdüm ki, fiziki məhdudiyyətim əkin-biçin üçün maneə yaratmamalıdır. Ona görə də 2009-cu ildən bu işə başlamağa qərara aldım. İlk vaxtlar qohum-qardaş qərarımı heyrətlə qarşıladı. Lakin, nəticədə yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq oldum”.
57 hektarda taxıl, günəbaxan, bostan-tərəvəz əkib-becərir, 20 arı ailəsi saxlayır
Bu gün Aslan nəinki Babək rayonunun, hətta muxtar respublikanın ən nümunəvi torpaq mülkiyyətçilərindən birinə çevrilib. Bir də ki, dövlətin Naxçıvan kəndlisi üçün nəzərdə tutduğu bütün stimullaşdırıcı tədbirləri göz önünə gətirəndə, düşünürsən ki, bu cür təsərrüfat qurmaq heç də çətin deyil. Dövlət sahibkarın əlindən tutur, suyunu, torpağını, toxumunu, gübrəsini verir. Deyir, ək-biç, məhsul bolluğu yarat, ərzaq təhlükəsizliyinə töhfə ver. 57 hektar sahədə əkin aparan zəhmət adamı Aslan Məhərrəmov kimi...
Bu il 47 hektar taxıl sahəsindən məhsul tədarük edən sahibkar 2 hektarlıq ərazidə günəbaxan, 8 hektar sahədə isə bostan-tərəvəz məhsulları əkib-becərib. Naxçıvançayda quraşdırılan nasoslar vasitəsilə suvarmanı həyata keçirən müsahibimiz həm də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində 20 arı ailəsi saxlayır. Naxçıvanın satış obyektlərinə göndərdiyi məhsullar öz dadı və keyfiyyəti ilə seçilir. Torpağı ən yaxşı iş yerinə çevirən fermer aylıq əməkhaqqı 450 manat olan 4 yeni iş yeri yarada bilib. Torpaqdan əldə etdiyi gəlir hesabına özünə “Mercedes” markalı avtomobil alıb.
“Ayaqlarımı itirsəm də, həyatdakı ümidimi itirməmişəm”
Torpağa tər töküb, zər qazanan həmsöhbətimiz deyir ki, bütün bu uğurların fonunda böyük bir güc, qüvvə var: o da dövlətimizdir. Fikrini belə əsaslandırır: “Ayaqlarımı itirsəm də, həyatdakı ümidimi itirməmişəm. Əvvəllər muxtar respublikada fiziki imkanlarını itirənlər böyük çətinliklər yaşayırdılar. Bu gün dövlətimiz bu qəbildən olan insanlara həssaslıqla yanaşır. İndi Naxçıvanda Əlillərin Bərpa Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi və digər dövlət qurumları fəaliyyət göstərir. Bu da həmin kateqoriyadan olan insanların sağlamlığının bərpasına, onların cəmiyyətə adaptasiya olmasına böyük stimul verir. Şükür, bu gün mən də heç kimə yük deyiləm, dolanışıq dərdi çəkmirəm. Evdə hər zaman oğul-uşağa da başa salıram ki, həyatda heç vaxt ələbaxım yaşamaq olmaz. Zəhmət bataqlıqda belə, gül bitirər. Çalışın qazandığınız bütün nailiyyətlərdə özünüzün imzanız olsun. Gördüyüm bütün təsərrüfat işlərində oğlanlarım mənə yaxından kömək göstərirlər. Böyük oğlum Eldar Şəkərabad məktəbinin X sinfində oxuyur. Təhsil ocağının yaxşı şəraiti var. Buna görə də keçirilən sınaq-test imtahanlarında 400-500 arası bal toplayır. Ümumiyyətlə, kəndimizdə sosial problemlər uğurla həll olunur. Ötən ay Ali Məclis Sədrinin iştirakı ilə Şəkərabadda içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verildi. 400-ə yaxın ev içməli su ilə təmin olundu. İndi ekoloji cəhətdən təmiz sudan istifadə edə bilirik. Fiziki imkanları məhdud şəxslərə göstərdiyi diqqətə, torpaq mülkiyyətçiləri üçün yaratdığı şəraitə, kəndimizdə həyata keçirdiyi genişmiqyaslı abadlıq işlərinə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm”.
Aslan Məhərrəmovun həyatı, doğrudan da, hər birimizə nümunədir. Uca Yaradanın ona bəxş etdiyi həyat eşqi, torpaq sevgisi, yurda bağlılıq sayəsində sabaha hər zaman böyük inam və nikbinliklə baxıb. Deməli, heç bir fiziki məhdudiyyət qarşımızda əngəl, maneə ola bilməz. Aslan Məhərrəmov kimi torpaq aşiqini görəndə Naxçıvanda dövlətimizin insan amilinə böyük diqqət və həssaslıqla yanaşmasını bir daha minnətdarlıqla xatırlayırsan. Muxtar respublikada sahibkarlar, sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan hərtərəfli şərait, heç şübhəsiz ki, bu gözəl diyarımızın sosial-iqtisadi inkişafına bundan sonra da öz töhfəsini verəcək.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  30-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7