Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Prokurorluq bəzi KİV-lərdə yayımlanan və həqiqəti əks etdirməyən informasiya ilə bağlı məlumat yayıb

Baş Prokurorluq bəzi KİV-lərdə yayımlanan və həqiqəti əks etdirməyən informasiya ilə bağlı məlumat yayıb

24.10.2018 [09:03]

Azərbaycan Respublikasının Baş Prokurorluğu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bəzi KİV-lərdə yayılan və həqiqəti əks etdirməyən informasiyalarla bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin AZƏRTAC-a daxil olan məlumatında deyilir: “Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə informasiyalar yayılıb.
Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.
Belə ki, rüşvətalma, hədə-qorxu ilə tələbetmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.
Kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edilməklə, bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq-mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur”.

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30