Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Proqramçılar yarışa çıxır!

Proqramçılar yarışa çıxır!

26.10.2018 [09:16]

“Azercell”in Qızıl Sponsor kimi çıxış etdiyi “Hackathon-AzIn 2018” müsabiqəsində innovativ fikirlər koda çevriləcək
Ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı gənclərin bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaq məqsədilə “Hackathon” müsabiqəsinə start verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçirilən “Hackathon-AzIn 2018” yarışması oktyabrın 29 və 30-da baş tutacaq. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunan müsabiqədə startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə daim dəstək göstərən “Azercell Telekom” MMC Qızıl Sponsor kimi çıxış edir.
Məlumat üçün bildirək ki, 3 mərhələdən ibarət olacaq “Hackathon” müsabiqəsinin birinci mərhələsi oktyabrın 29-da “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, oktyabrın 30-da isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Müsabiqədə birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində “AzInTelecom” tərəfindən mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək istəyən proqramçılar hackathon.azintelecom.az ünvanına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.
Qeyd edək ki, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirdiyi, məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada, adətən, “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Proqramçıların marafonu hesab edilən “Hackathon” yarışması “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə də ölkəmizdə 5 dəfə keçirilib.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30