Ana səhifə »  Sosial »  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib
A+   Yenilə  A-
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib

Noyabrın 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib.
Sədr Mədət Quliyev xüsusi qeyd edib ki, Dağlıq Qarabağ problemi Ulu öndər Heydər Əliyevə O, hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum idi. Buna görə də münaqişənin qurbanı olan vətəndaşlarımızın taleyinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirirdi. Erməni quldurları Qərbi Azərbaycandakı ata-baba yurdlarında və Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı, Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrinə, Mehri rayonu ərazisindən keçərək Naxçıvana gedən dəmir yolu xəttinə hücumlar edir, insanlarda vahimə yaradır, məqsədli şəkildə onları qətlə yetirir, işgəncələr verir, əsir və girov götürürdülər.
Bir çox vətəndaşımız itkin düşmüş yaxınlarını axtarmaq və düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin cəsədlərini geri qaytarmaq məqsədilə həmin illərdə Naxçıvan Muxtar Respublikası parlamentinin deputatı və Ali Məclisinin sədri olduğu dövrlərdə Ümummilli lider Heydər Əliyevin onlara göstərdiyi köməyi minnətdarlıqla xatırlayır. Dövlət Komissiyasının rəsmi sənədlərində də əksini tapmış ifadələrə əsasən, Ulu öndər nə qədər çətin olsa da, onlara kömək göstərmiş, üzləşdikləri humanitar problemə yardım etmiş və öz nüfuzu sayəsində onlarla vətəndaşımızın əsir-girovluqdan azad olunmasına, şəhidlərimizin cəsədlərinin alınmasına nail olmuşdu. Dahi rəhbərin bu fəaliyyəti hər bir azərbaycanlı üçün böyük humanizm nümunəsidir.
Sədr Mədət Quliyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ Ümummilli liderin xüsusi diqqət ayırdığı prioritet sahə olub. Ulu öndər Heydər Əliyevin 1993-cü il avqustun 30-dan sentyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Müharibə qurbanlarının müdafiəsi üzrə” beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti bunun bariz nümunəsidir: “Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmışdır. Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşmüşdür. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənindən qaçqın olmuş, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanmaqdadır. Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür”.
Bu müraciət Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması barədə ilk rəsmi sənəd nümunəsidir. Törədilmiş müharibə cinayətlərinin cəzasız qalması Ulu öndəri daim düşündürür və narahat edirdi. Buna görə də Ümummilli lider 2001-ci il martın 1-də imzaladığı Sərəncamında Dövlət Komissiyasının qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü” işin aparılması kimi zəruri vəzifə qoymuşdu.
Sərəncamdan sonra Komissiyada toplanmış çoxsaylı məlumat və materialların əsasında müxtəlif dillərdə kitablar tərtib edilib, filmlər çəkilərək beynəlxalq aləmdə yayılıb. Eyni zamanda, törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Respublika Baş Prokurorluğunun əməkdaşlarından ibarət olan birgə istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Dövlət Komissiyasının sədri vurğulayıb ki, 2003-cü ildən sonra da Ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanda uğurla davam etdirildi. Müharibə qurbanları məsələsi bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Hər birimiz şəhid qəhrəmanlarımız Mübariz İbrahimovun, Fərid Əhmədovun, Çingiz Qurbanovun, o cümlədən Aprel şəhidlərinin düşmənin nəzarətində olan ərazilərdə qalmış cəsədlərinin alınaraq Vətən torpağına tapşırılması işində Prezidentin şəxsi səylərini, dəfn mərasimlərində iştirakını, ailələrlə görüşlərini və söylədiyi fikirləri yaxşı xatırlayırıq.
Təsadüfi deyil ki, builki seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanmış Prezident İlham Əliyevin imzaladığı ilk rəsmi sənəd müharibə qurbanları ilə bağlı 2018-ci il 19 aprel tarixli Fərman olub. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu Fərman həmin kateqoriyadan olan insanlara və onların ailələrinə Prezidentin göstərdiyi qayğının bariz nümunəsi olmaqla yanaşı, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına da çox ciddi təsir edən normativ-hüquqi sənəddir.
“Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, münaqişənin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir-girovluqdan azad edilsə də, 871 vətəndaşımızın hələ də Ermənistanda əsir-girovluqda saxlanması və beynəlxalq təşkilatlardan gizlədilərək qapalı məkanlarda, zərərli istehsal sahələrində işlədilməsi barədə məlumatlar mövcuddur. Daxil olan məlumatlara əsasən, ermənilər hətta əsir-girovlara Azərbaycan Respublikasını tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təzyiqlər göstərirlər. Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad olunması üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır.
Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan və BQXK-nın qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”, - deyə Dövlət Komissiyasının sədri Mədət Quliyev bildirib.
Qeyd olunub ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan BQXK, BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək. Komissiya sədri Mədət Quliyev bu illər ərzindəki faydalı əməkdaşlığa görə BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseraya və onun simasında bütövlükdə bu quruma dövlətimizin başçısının təşəkkürünü çatdırıb.
Dövlət Komissiyasının sədri daha sonra deyib: “Bu gün əsası Ümummilli lider tərəfindən qoyulmuş “Respublika Xatirə Kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən tərtib edilib.
Sədr Mədət Quliyev qeyd edib ki, Komissiya fəaliyyət göstərdiyi 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur.
Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib.
Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək bildirib ki, əsir-girov və itkinlərlə bağlı problemin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılmış Komissiya Azərbaycanın qoşulduğu beynəlxalq humanitar hüquq normaları, BQXK və digər aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində işləyir. 1993-cü ildə başlıca vəzifə kimi, dövlət və qeyri-hökumət təşkilatlarında olan məlumatlar toplanıb və 4 min nəfərlə bağlı ilkin siyahı tərtib edilib, müvafiq saxlanma yeri ayrılıb. Əsir-girovların azad edilməsi və itkinlərin axtarışı prosesi mərkəzləşmiş şəkildə həyata keçirilib, BQXK və digər aidiyyəti beynəlxalq təşkilatlarla birgə görülən işlər nəticəsində 1480 nəfər əsir-girovluqdan azad edilib, onlarla bağlı zəruri reabilitasiya işləri aparılıb.
Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə Komissiyanın qarşısında Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməllərinin araşdırılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması kimi mühüm vəzifə müəyyən etdiyini bildirən İ.Axundov qarşıya qoyulmuş tələblərin icrası ilə bağlı azad edilmiş vətəndaşlarımızın videoifadələrinin alınaraq arxivləşdirildiyini, ermənilər tərəfindən törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması məqsədilə “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar birgə istintaq-əməliyyat qrupu”nun yaradıldığını, hazırda bu qrupun Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.
İ.Axundov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli Sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş islahatlardan sonra bu sahədə vəziyyəti təhlil edərək ölkə rəhbəri tərəfindən müəyyən edilmiş vəzifələrin icrasını sürətləndirmək, işə sistemli yanaşmaq və prioritetlərin müəyyən olunması üçün İşçi qrupunun qarşısında bir sıra ciddi tələblər qoyulduğunu vurğulayıb. Qeyd olunub ki, ilkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlara aid fotoşəkillər toplanıb və yenilənmiş bazalara əlavə edilib, fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üçün zəruri tədbirlər görülüb, axtarış-araşdırma, ekshumasiya və identifikasiya sahəsində beynəlxalq təcrübə öyrənilib. Həmçinin BQXK ilə imzalanmış çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin yaxın qohumlarından toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılması üçün Daxili İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb, dövlətimizin başçısının tapşırığı ilə əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələri əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr edilib və digər tapşırıqlar icra olunub.
“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Ümummilli lider tərəfindən yaradılmış Xatirə kitabının itkin düşmüş şəxslərə həsr edilmiş xüsusi buraxılışının Dövlət Komissiyasının İşçi qrupunun yaxından köməyi ilə birinci cildinin nəşr olunduğunu diqqətə çatdırıb. Növbəti cildlərin üzərində işin davam etdirildiyini bildirən baş redaktor göstərilmiş dəstəyə və köməyə görə Komissiya sədrinə təşəkkürünü ifadə edib.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Elena Aymone Sessera təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən münaqişə qurbanları ilə bağlı Komissiya və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı anlaşma əsasında əməkdaşlıq etdiyini deyib. O, saxlanma yerlərində əsir-girovlara baş çəkildiyini, “Qızıl Xaç məktubları”nın ailələrə və saxlanılan şəxslərə çatdırıldığını, həlak olmuş şəxslərin cəsədlərinin qarşılıqlı repatriasiyasına vasitəçilik edildiyini, hazırda isə “Ante Mortem”, “Post Mortem” proqramları çərçivəsində təxirəsalınmaz işlərin aparıldığını bildirib.
Dövlət Komissiyasının üzvü, Azərbaycan Respublikası baş prokurorunun müavini-hərbi prokuror Xanlar Vəliyev rəhbərlik etdiyi istintaq əməliyyat qrupunun fəaliyyəti barədə məlumat verib. O, tanınmadan dəfn edilmiş məzar yerlərində aparılacaq ekshumasiya və identifikasiya işlərinin prosessual tələblərə uyğun şəkildə təşkili üçün Hərbi Prokurorluq tərəfindən zəruri köməyin göstəriləcəyini bildirib.
Məruzə ətrafında çıxış edən Dövlət Komissiyasının üzvü, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oruc Zalov Daxili İşlər Nazirliyinin itkinlərlə bağlı axtarış-araşdırma və siyahıların dəqiqləşməsi prosesində, fotorobotların hazırlanması, atəşkəsin pozulması nəticəsində şəhid olmuş soydaşlarımızın cəsədlərinin ailə üzvlərinə çatdırılması işlərində yaxından iştirak etdiyini, itkin ailələrindən toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılmasına kömək göstərməyə hazır olduğunu deyib.
Dövlət Komissiyasının üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və dövlətlərarası qaydalara etinasızlıq göstərir. Ermənistanın törətdikləri təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı cinayətdir.
Bahar Muradova qeyd edib ki, Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır. Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu kontekstdə dəyərləndirilməlidir.
Sonra məruzələr ətrafında müzakirələr olub, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib.
Müzakirələrdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanov və başqaları çıxış edərək mürəkkəb və mühüm bir missiyanı həyata keçirən bu qurumun 25 illik fəaliyyətindən danışıblar.
İclasa yekun vuran Komissiyanın sədri Mədət Quliyev qeyd edib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir. Ona görə də həm Komissiya üzvləri, həm də İşçi qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini Prezident İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır.
Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulması halları narahatlıq yaradan əsas amildir. Təəssüf ki, belə əməllər insan itkisi ilə nəticələnir və müharibə qurbanlarının sayı artır. İşğal faktının mövcudluğu, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını hələ də sual altında qoyur. Bu baxımdan Komissiya hər bir situasiyaya hazır olmalıdır.
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edən sədr Mədət Quliyev Komissiyanın İşçi qrupu tərəfindən üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyev Prezident İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası üçün daha səylə çalışacaqlarını bildirib.

 
  • Oxunub:  5640  |  
  • Tarix:  02-11-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3