/ / Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
16.11.2018 [10:06]
Dünən Bakı Slavyan Universitetində (BSU) “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri iştirak edirlər.
Konfransı açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov beynəlxalq tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan mədəniyyət tarixinə nəzər salaraq xalqımızın milli-mənəvi dəyərlərini mərhələlər üzrə səciyyələndirib. O, Azərbaycan xalqının tarix boyu tolerant və multikultural dəyərlərə üstünlük verdiyini, ədəbi-bədii, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində həmin dəyərlərin yerini konkret tarixi fakt və ədəbi-fəlsəfi nümunələrlə diqqət çatdırıb. Rektor bugünkü Azərbaycanı qədim və böyük mədəniyyətin varisi adlandırıb.
Professor Nurlana Əliyeva deyib ki, müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin bu gün böyük əzmlə, uğurla həyata keçirdiyi məqsədyönlü strategiya sayəsində sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib: “Regionlarımızın inkişafı, yeni iş yerlərinin açılması, təhsil, səhiyyə kimi sahələrdə aparılan əsaslı islahatlar Azərbaycanın yeniləşməsi, müasirləşməsi deməkdir”.
BSU-nun rektoru bu konfransı Azərbaycanın xarici ölkələrlə humanitar sahədə əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Ölkəmizin bəşəriyyəti düşündürən geniş spektrli dialoqların, humanitar forumların keçirildiyi mərkəzə çevrildiyini qeyd edən professor Nurlana Əliyeva deyib: “Respublikamızın paytaxtı sivilizasiyalar arasında körpü rolunu oynayır, nəzəri və praktiki bilik mübadiləsi məqsədilə konstruktiv debatlara ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu dünya birliyinin qarşısında təhsilin və elmin insan kapitalına yönəldilməsi, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsi, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin reallaşdırılması, regional tərəfdaşlığın gücləndirilməsi, təhlükəsizlik, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi kimi prinsipial məsələlər irəli sürüb. Bugünkü konfrans da həmin Forumun elm və təhsil sahəsində tövsiyələri əsasında keçirilir”.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva mövzunun aktuallığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. Tədbirin əhəmiyyətini diqqətə çatdıran Sona Vəliyeva bildirib ki, müasir dövrdə dünyada baş verən dəyişikliklər bütün sahələr kimi, elm, təhsil və mədəniyyəti də əhatə edir. Xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayan elm və təhsil həm də dünyada sülh, dinclik, əmin-amanlıq yaranmasına böyük təsir göstərir. O, ümidvar olduğunu bildirib ki, Bakı Slavyan Universitetində keçirilən bu konfrans da təhsil və mədəniyyətlərin mübadiləsinə öz töhfəsini verəcək.
Sona Vəliyeva bugünkü Azərbaycanın nailiyyətlərində, müstəqil dövlətimizin əldə etdiyi uğurlarda, onun dünyada tanınmasında Ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ulu öndərin təhsil sahəsindəki xidmətlərinə toxunan Sona Vəliyeva Onun müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, müvafiq Dövlət proqramlarının icra olunduğunu bildirib.
Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycanla Türkiyə arasında qurulan dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. O, iki qardaş ölkəni birləşdirən bağların humanitar sahədə özünü yüksək səviyyədə büruzə verdiyini vurğulayıb və bu konfransı “bir millət, iki dövlət” siyasətinə daha bir töhfə adlandırıb.
L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Jarkınbekova konfrans çərçivəsində BSU ilə təmsil etdiyi ali məktəb arasında əməkdaşlıq müqaviləsi imzalanacağı barədə məlumat verib. Avrasiya Milli Universitetində Azərbaycana aid guşə yaradıldığını bildirən qonaq qazaxıstanlı tələbələrin ölkəmizin mədəniyyətinə, tarixinə olan marağından söz açıb.
Təhsil eksperti, professor Şahlar Əsgərov kulturoloji paradiqmaların pedaqoji paradiqmalarla tamamlanmasının vacibliyindən danışıb, respublikamızda müxtəlif humanitar forumların, idman yarışlarının və beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisi kimi səciyyələndirib.
Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy mədəniyyətin cəmiyyətə təsiri barədə fikirlərini bölüşüb.
Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya Texnologiya Universitetinin professoru Azər Kərimov Azərbaycanın tanıdılması məqsədilə xaricdə keçirilən tədbirlərdən söz açıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransı Azərbaycanın xarici ölkələrlə humanitar sahədə əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş mühüm addım kimi dəyərləndirib.
Konfrans işini noyabrın 16-da bölmə iclasları ilə davam etdirəcək.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39