Ana səhifə »  Sosial »  Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
A+   Yenilə  A-
Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir. Bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin mayında, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test imtahanından 226 namizəd müvəffəqiyyət qazanaraq ikinci mərhələyə buraxılıb. Qanunvericiliyin tələblərinə cavab verən namizədlərlə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb. Azərbaycan ədliyyəsinin 100 illiyinin qeyd olunduğu günlərdə ikinci mərhələ yekunlaşıb. Müsabiqənin yekun nəticələrinə görə uğur qazanacaq namizədlər peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.
Eyni zamanda, notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir. Yubiley ərəfəsində vətəndaş məmnunluğunun təmini, xidmətlərə əlçatanlığın artırılması və xüsusi notariat institutunun möhkəmləndirilməsi məqsədilə “Notariat haqqında” Qanunda mütərəqqi dəyişikliklər edilərək xidmətlərin məsafədən, video əlaqə vasitəsilə həyata keçirilməsi imkanı təsbit olunub. Habelə fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən Notariat Palatasının yaradılması nəzərdə tutulub. İnsanların təxirəsalınmaz ədliyyə xidmətlərindən yararlanmaq məqsədilə ədliyyə köşklərinin, xüsusilə sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılmasına, bu köşklər vasitəsilə video əlaqə yaradaraq notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və lazımi sənədlərin əldə edilməsinə şərait yaradılacaq.
Bu tədbirlər çərçivəsində notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq, hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda, o cümlədən yaradılması nəzərdə tutulmuş yeni “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq notariat kontorlarında vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqədə iştirak edən namizədlərlə bu günlərdə test imtahanı keçirilib. Yekun nəticələrə görə, imtahanda 24 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Dövlətimizin başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamı ilə penitensiar xidmətin peşəkar kadr korpusunun formalaşdırılması barədə verilən tapşırıqlara əsasən, ötən dövrdə 240-dan çox gənc bu xidmət sahəsinə orta rəis heyətinə qulluğa qəbul olunub.
Bu sahədə aidiyyəti təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində nazirliyin müvafiq olaraq penitensiar və tibb sahələri üçün ixtisaslı kadrlar hazırlanır. Ümumilikdə isə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş əksəriyyəti gənclər olan 1200-dən çox mütəxəssis penitensiar xidmətdə orta rəis heyətinə, 440 mütəxəssis isə tibb xidmətinə qulluğa qəbul edilib.
Bu günlərdə isə Ryazan Hüquq və İdarəçilik Akademiyasında təhsillərini başa vuraraq penitensiar xidmətdə orta rəis heyətinə təyinat alan növbəti bir qrup gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyub, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov 100 illik yubileyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixindən və müasir fəaliyyətindən bəhs edərək Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, son 15 ildə respublikamızın hərtərəfli davamlı tərəqqiyə nail olunmasını, o cümlədən ədliyyə və məhkəmə sistemindəki nailiyyətləri vurğulayıb.
Penitensiar sahədə aparılan islahatlardan geniş söhbət açan nazir dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, habelə xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verərək, gənclərin işlərində məsuliyyətli olmasını, layiqli vətəndaş və dövlət qulluqçusu kimi formalaşmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər çıxış edərək ədliyyənin yubileyi ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən bu yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  20-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+6 +8