Ana səhifə »  Sosial »  Bir gün “Səhliyalı” müəssisəsində
A+   Yenilə  A-
Bir gün “Səhliyalı” müəssisəsində

Əməkdaşımız ölkədə kolbasa və sosis məhsullarının istehsalında qabaqcıl şirkətlərdən sayılan, bazarda “Halal Nemət, Min Bərəkət” ticarət nişanı ilə tanınan “Səhliyalı” müəssisəsində kəsim prosesindən tutmuş, məhsulların hazırlanmasına, saxlanmasına qədər bütün prosesləri izləyib
Azərbaycanda az ailə tapılar ki, “Səhliyalı” müəssisəsinin istehsal etdiyi kolbasaların və sosislərin dadına baxmasın və bu məhsulların dad-tamından həzz almasın. “Səhliyalı”nın “Halal Nemət, Min Bərəkət” ticarət nişanı ilə satışa çıxarılan məhsulları istər paytaxt Bakıda, istərsə də ölkənin regionlarında ilk növbədə yüksək keyfiyyəti ilə tanınır. Bu məhsulların hər kəsin ağız dadına uyğun olduğunu, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bunu ticarət şəbəkələrində müştərilərin seçimindən də görmək mümkündür. Sirr deyil ki, bazar iqtisadiyyatı şəraitində mağazalarda müştərilərə çeşidbəçeşid kolbasalar, sosislər təklif olunur. Lakin alıcılar bir qayda olaraq “Səhliyalı”nın məhsullarına üstünlük verirlər. Hazırda istehlak bazarında hökm sürən sərt rəqabət şəraitində müştərilərin etimadını qazanmaq heç də asan məsələ deyil. Bunun üçün gərək bazar araşdırmalarını düzgün aparasan, istehsalın bütün mərhələlərində yüksək standartları gözləyəsən.
“Səhliyalı”nın uğur formulunun əsas sirləri də məhz bu kimi məqamlardadır. Müəssisənin fəaliyyət konseptində müştəri məmnunluğunu təmin etmək əsas məqsəd kimi müəyyənləşdirilib. Müəssisədə çalışan hər kəs yaxşı dərk edir ki, buna nail olmaq üçün keyfiyyət və sanitariya normaları ən yüksək səviyyədə gözlənilməlidir.
Yaxşı deyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Biz də elə buna görə yolumuzu “Səhliyalı” müəssisəsindən saldıq. Müəssisənin müxtəlif istehsal sahələrində gördüklərimiz indiyədək “Səhliyalı” barədə aldığımız məlumatları əyani şəkildə təsdiqlədi. Müəssisə ilə tanışlıq zamanı diqqət çəkən əsas məqam isə o oldu ki, bələdçilərimiz - burada çalışan mütəxəssislər bizi, necə deyərlər, qabaqcadan müəyyənləşdirilmiş “marşrut”la aparmağa, seçilmiş sahələri göstərməyə heç cəhd də göstərmirdilər. Əksinə, çox qısa zaman kəsiyində bizim aramızda tam qarşılıqlı anlaşma ortamı yarandı. Belə ki, müxtəlif sahələrə cavabdehlik daşıyan mütəxəssislər müəssisə ilə tanışlığa haradan başlamaq seçimini bizim öhdəmizə buraxdılar və hansı sahənin fəaliyyəti ilə daha çox maraqlandığımızı soruşurdular. Elə müəssisənin istehsal sahələri ilə tanışlıq planını da bizim istəyimizə uyğun qurdular.
Beləliklə, kəsim sexi və digər istehsal sahələri barədə məlumat verən müəssisənin direktor müavini Rəfael Məmmədov bildirdi ki, “Səhliyalı” şirkəti 1996-cı ildən fəaliyyətə başlayıb. Müəssisə “Halal Nemət, Min Bərəkət” ticarət nişanı altında 2009-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir və bu məhsullar paytaxtın bütün marketlərinə, həmçinin bölgələrdəki ticarət şəbəkələrinə paylanılır. Məhsulların mağazalara paylanmasının məsuliyyəti isə ekspeditorların üzərinə düşür.
“Səhliyalı”nı digər oxşar istehsalatlardan fərqləndirən əsas cəhətlərdən biri odur ki, müəssisənin özünün yardımçı təsərrüfatı var. Təxminən 1000-1500 baş iribuynuzlu və 2000 baş xırdabuynuzlu heyvanın bəslənildiyi yardımçı təsərrüfat respublikamızın ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Təsərrüfatda saxlanılan heyvanların həm südündən istifadə olunur, həm də şirkət ət tədarükünü bu heyvanlar vasitəsilə təmin edir. Həmçinin respublikanın digər bölgələrindən, eləcə də qonşu ölkələrdən müəssisəyə kəsim üçün diri heyvanlar gətirilir. “İdxal etdiyimiz ədviyyatların və ətin qablaşdırılmasının, saxlanmasının, daşınmasının və digər prosedurların “Halal” standartının bütün prinsiplərinə əməl edilməsi ilə həyata keçirilməsini əsas şərt kimi qarşıya qoymuşuq və bu prinsipə bundan sonra da sadiq qalacağıq. Elə buna görə də “Halal Nemət, Min Bərəkət” əmtəə nişanını almışıq. Müəssisədə Avstriyanın bütün dünyada tanınan “SCHALLER” texnoloji kompleksi quraşdırılıb. Bu texnoloji avadanlıq məhsulu yüksək gigiyenik tələblər və ciddi laboratoriya ekspertizası əsasında istehsal etməyə imkan verir”, - deyə R.Məmmədov vurğuladı.
R.Məmmədov onu da əlavə etdi ki, “Səhliyalı” müəssisəsi artıq holdinq kimi fəaliyyət göstərir. İstehsalatda donuz əti və yağından qətiyyən istifadə edilmir. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, müəssisədə heyvanlar İslam qayda-qanunlarına uyğun olaraq əllə yüksək gigiyenik şəraitdə kəsilir. Müəssisənin kəsim yerində ən son texnologiya və standartlar tətbiq edilir. R.Məmmədovun sözlərinə görə, müəssisədə həmçinin fərdi və digər təsərrüfatların mallarının kəsimi üçün də hər bir şərait yaradılıb. Müəyyən məbləğdə vəsait ödəyən hər bir şəxs öz heyvanının kəsimini burada həyata keçirə bilər. Bununla da “Səhliyalı” küçələrdə antisanitar vəziyyətdə heyvan kəsiminin qarşısının alınmasına öz töhfəsini vermiş olur.
Müəssisədə olduğumuz zaman onu da öyrəndik ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra burada istifadə edilən ətin keyfiyyətinə nəzarət ikiqat artıb. Belə ki, diri heyvanı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə çalışan baytar həkimi qəbul edərək onun sağlamlığına baxış keçirir. Bu mərhələdən keçən heyvan kəsildikdən sonra onun əti təkrarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yalnız bundan sonra ət şirkətin öz laboratoriyasına aparılır.
Biz müəssisə ilə tanışlığımıza 3 saylı Qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Murad Nuriyevlə birlikdə inəklərin saxlandığı yerdən başladıq. Baytar həkim məlumat verdi ki, kəsim üçün nəzərdə tutulan heyvanlar burada daimi nəzarətdə saxlanılır. Kəsilmək üçün sallaqxanaya - kəsim məntəqəsinə gətirilən heyvanlar müəssisənin baytar həkimləri tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, heyvanların faktiki baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir, hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək termometriya edilir. Bundan sonra baytar həkimi heyvanların müəyyən olunmuş qaydada qəbul edilməsini, bazada yerləşdirilməsini və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir. M.Nuriyevin bildirdiyinə görə, kəsimə gətirilən heyvanlar arasında hansısa xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq aşkarlandıqda diaqnozu yerində dəqiqləşdirmək, eləcə də sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır. Bir sözlə, kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda icazə verilir. “Müəssisədə kəsimə gətirilən heyvanlar əvvəlcədən həddindən çox yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə yem verilmədən saxlanılır. Ümumiyyətlə, kəsimə gətirilən heyvanların 24 saat ac saxlanılması məsləhət görülür. Və yaxud heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri müşahidə edilərsə, kəsilməsinə icazə verilmir. Heyvanlar tam stresdən azad olduqdan sonra seçilərək kəsimə göndərilir. Stresdən azad olan heyvanda qansızlaşma asan keçir. Onu da deyim ki, heyvanlar mütləq qəbul kitabında qeydə alınır. Hər bir heyvanın daxili orqanlarından nümunələr götürüb qeydiyyatını apararaq saxlayırıq”, - deyə M.Nuriyev bildirib.
Şirkətin baytar həkimi Aydın Hüseynov bildirdi ki, kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Ümumiyyətlə, burada heyvanlar həm kəsimdən əvvəl, həm də kəsimdən sonra olmaqla iki dəfə müayinə edilir. Eyni zamanda, müəssisədə bütün aktiv sahələr hər gün dezinfeksiya olunur.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları öz yoxlamalarını apardıqdan sonra ətlər müəsssisənin laboratoriyasında təkrarən müayinə edilir. Müəssisənin laboratoriyası müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya müdiri İlahə Süleymanova bildirdi ki, ətlər kəsiləndən sonra onların limfa düyünlərindən nümunə götürülür. “Bundan sonra da 4-cü, 5-ci fəqərədən ət parçaları götürüb yoxlayırıq. Ətlər üzərində bakterioloji müayinə də aparırıq. Bütün göstəricilər bizim normalara uyğun olduqdan sonra istifadəyə icazə veririk. Əgər hansısa xəstəlik aşkar olunursa, həmin ət sobada bişirilir, sonra basdırılır. Yəni biz təbiətə bakteriyalı məhsul atmırıq”, - deyə İ.Süleymanova vurğuladı.
Müəssisədə olarkən fürsətdən istifadə edib mütəxəssislərdən ticarət şəbəkələrində mal əti ilə kolbasa və sosislərin qiymətləri arasındakı fərqə də aydınlıq gətirmələrini istədik. Bazarda mal ətinin bir kilosunun qiyməti 9-10 manat civarında olduğu halda, kolbasa və sosislərin bundan xeyli ucuz satılması alıcılarda çaşqınlıq yaradır. Belə fərqi nə ilə izah etmək mümkündür? R.Məmmədov sualımıza cavab olaraq bildirdi ki, kolbasa və sosislərin tərkibi heç də yalnız ətdən ibarət deyil: “Təəssüflər olsun ki, bəzi insanlar kolbasa və sosislərin istehsalında yalnız ətdən istifadə olunduğunu düşünürlər. Bəli, kolbasa və sosislər ət məhsuludur. Onların tərkibində ən çox faiz ətə məxsus olsa da, istehsal zamanı kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatdan da istifadə olunur. Tərkibə həmçinin toyuq əti də əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydınlaşır. Üstəlik də istehlakçılar əti bazardan cəmi 1-2 kilo həcmində alırlar. Amma biz heyvanı özümüz kəsdiyimiz üçün son nəticədə ətin kilosu müəssisəyə daha ucuz - 4-5 manata başa gəlir. Bir daha təkrarlamaq istəyirəm ki, kolbasa və sosislərin tərkibinə standartlara uyğun olaraq müəyyən qatqı maddələri də əlavə edilir. Müəssisəmizdə istehsal prosesində istifadə olunan bütün qatqı maddələrinin hamısı halal mənşəlidir və hamısının da müvafiq sertifikatları var. Bu sertifikatlar da müvafiq qurumlar tərəfindən təsdiqlənir. Biz öz işimizi dünyada qəbul edilən halal sertifikatına uyğun qurmuşuq və “Halal Nemət, Min Bərəkət” brendi ilə halal məhsullar istehsal edirik”, - deyə R.Məmmədov əlavə etdi.
Sonda onu da bildirək ki, şirkətdə 600-dən çox əməkdaş çalışır və onların rahat işləmələri, istirahəti, qidalanmaları üçün hər bir şərait yaradılıb.
Kamran İSMAYILOV

 
  • Oxunub:  5220  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA