Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədidə içməli su təchizatı sistemləri yenidən qurulur

Binəqədidə içməli su təchizatı sistemləri yenidən qurulur

12.02.2019 [09:25]

Binəqədi rayonunda içməli su təchizatı sistemləri yenidən qurulur.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı, kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Tədbirlər Planına uyğun olaraq, Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb.
Rayonda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır.
F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçəboyu 110 millimetr diametrli borularla yeni 3 kilometr su xətti çəkilir. Yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Su xətti hər iki tərəfdən 450 millimetr və 630 millimetr diametrli magistral xətlərə qoşulacaq. Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq.
Xocasən qəsəbəsinin R.Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 millimetr diametrli borularla 5 kilometr uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq.
Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. Layihəyə əsasən, Binəqədi qəsəbəsinin birinci Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 millimetr diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30