Ana səhifə »  Sosial »  Azərbaycan jurnalistikası vətənpərvər olmalı və milli maraqları hər şeydən üstün tutmalıdır
A+   Yenilə  A-
Azərbaycan jurnalistikası vətənpərvər olmalı və milli maraqları hər şeydən üstün tutmalıdır

Hər bir media nümayəndəsi öz fəaliyyətində xalqın, dövlətin təəssübünü çəkməlidir
Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin yeri və rolu olduqca böyükdür. Qloballaşma hər bir milli dövlətə yeni cəmiyyət modeli təqdim edir və milli cəmiyyətlərin təqdim edilən bu modeli dəyişmək, yaxud bəzən ondan imtina etmək seçimləri olmur. Ona görə də qəbul olunan yeni sosium növü informasiya cəmiyyəti kimi səciyyələndirdiyimiz sosial stratifikasiya formalaşdırır. İnformasiya cəmiyyətinin ənənəvi milli-mədəni və ya dini-mədəni cəmiyyətlərdən fərqi ondadır ki, informasiya cəmiyyəti milli-mənəvi dəyərlərə, adət-ənənələrə, milli mentalitetə deyil, məhz cəmiyyətin istehlak etdiyi informasiyaya əsaslanır. Cəmiyyətin informasiya məkanında mövcud olan informasiya mübadiləsi, informasiya istehsalı və istehlakı, əslində, yeni sosiumun fərdləri olan insanların düşüncəsini, həyat tərzini, hadisələrə baxışını, onların davranışlarını müəyyənləşdirir. Bu davranışın hansı formada olması isə məhz informasiya məkanında dövriyyədə olan informasiyanın keyfiyyətindən çox asılıdır. Ona görə də hər bir milli dövlətin informasiya məkanı milli maraqlar baxımından proqnozlaşdırılmalı və məqsədyönlü şəkildə formalaşdırılmalıdır ki, ona nəzarət etmək və yönləndirmək mümkün olsun.
Ölkəmizdə həyata keçirilən siyasət milli siyasətdir və bu siyasət Azərbaycan xalqının ali mənafeyinə söykənir
Sirr deyil ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları və onların mənafeyi dayanır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə həyata keçirilən siyasət milli siyasətdir və bu siyasət Azərbaycan xalqının ali mənafeyinə söykənir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Prezident İlham Əliyev 2017-ci il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı media nümayəndələrinin də milli maraqları hər şeydən üstün tutmalarının vacibliyini vurğulayaraq bu məsələdə dövlətin milli mediamızdan gözləntilərinin məhz bu olduğunu açıq bir mətnlə ifadə edib: “Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. ...Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz”.
Təbii ki, Prezident İlham Əliyev bu yanaşması, bütün məsələlərdə milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, xalqımızın mənafeyini hər şeydən üstün tutması ilə bütün ölkə vətəndaşları üçün kifayət qədər mütərəqqi bir örnək ortaya qoyur. O cümlədən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, hərtərəfli dövlət dəstəyi və qayğısı ilə əhatə olunmuş Azərbaycan mediası da fəaliyyətini milli və dövlət maraqlarının qorunması istiqamətində qurmaqla dövlətin həyata keçirdiyi siyasətə dəstəyini göstərir.
Mətbuat çox böyük imkanlara sahib olan ciddi bir ictimai institutdur
Jurnalistika və mətbuat çox böyük imkanlara sahib olan ciddi bir ictimai institutdur. O, günümüzdə çox müxtəlif funksiyaları özündə ehtiva edir. Nəzərə alsaq ki, son dövrlərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda jurnalistikanın əhəmiyyəti bir qədər də artıb, o zaman Azərbaycan ictimai fikrində canlı orqanizm olan milli mediamızın necə böyük rol oynadığını görmüş olarıq. Bir çox hallarda medianın funksiyasından danışarkən, biz onun birinci funksiyasını göz önünə gətiririk - bu, medianın cəmiyyəti informasiya ilə təmin etmək funksiyasıdır. Ancaq hazırkı vəziyyətdə modern informasiya cəmiyyətlərində nə medianın funksiyası, nə də cəmiyyətin mediaya münasibəti bununla məhdudlaşmır. Çünki müasir mərhələdə media, cəmiyyət, dövlət münasibətləri elə bir səviyyəyə gəlib çatıb ki, bu münasibətlər millətin və xalqın, eyni zamanda, milli dövlətin taleyi baxımından olduqca əhəmiyyətli bir vasitəyə çevrilib. Ona görə də bu münasibətlər sistemində informasiya, sadəcə, informasiya kimi deyil, həm də idarəetməni həyata keçirən funksional vahid kimi çıxış edir.
Belə olduqda biz artıq informasiyanı xüsusi təyinatlı institusional vasitə kimi nəzərdən keçirə bilərik. Ona görə də informasiyanın keyfiyyəti, onun necəliyi və təsir dairəsində törədə biləcəyi fəsadlar, yaxud milli maraqlar baxımından gətirə biləcəyi dividendlər həddindən artıq çoxdur. Ekstremal vəziyyətdə isə informasiyanın əlahiddə statusu bir qədər də artır. Bu mənada, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin, milli və dövlət maraqlarının təmin olunması üçün istifadə edilməsi son dərəcə vacibdir. Cəmiyyətin hər bir fərdi kimi media nümayəndələri üçün də milli mənafeyin, dövlət maraqlarının qorunması, dövlətinə və dövlətçilik prinsiplərinə sədaqətlə yanaşaraq vətənin və millətin maraqlarının ifadə edilməsi başlıca tələblərdən biridir. Bu, eyni zamanda, xalqımızın, dövlətimizin qarşısında vətəndaşlıq borcudur. Çünki jurnalist də hər şeydən öncə vətəndaşdır və çalışdığı peşə onu milli vəzifələrini icra etməkdən yayındırmır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məqamlara toxunaraq vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyəti də ondan ibarətdir ki, KİV mətbuatın sivil normaları əsasında fəaliyyət göstərsin: “Jurnalistlərimiz unutmamalıdırlar ki, onlar xalqımızı, dövlətimizi təmsil edirlər. Onların gündəlik jurnalist fəaliyyətində Vətənə, dövlətə, dövlətçiliyə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir. Hər bir jurnalist xalqın, dövlətin təəssübünü çəkməlidir”.
Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları olaraq bizim məsuliyyətimiz ikiqat daha artıqdır
Jurnalistika çox məsuliyyətli və çətin bir peşə olmaqla yanaşı, dövlətin ictimai-siyasi həyatında da mühüm rol oynayır. Bu isə onu deməyə imkan verir ki, media təmsilçiləri cəmiyyət, millət, daha geniş mənada isə, dövlət üçün çox ciddi işlər görmüş olurlar. Əgər onlar, doğrudan da, jurnalistikanın əxlaq kodeksinə və peşə etikasına riayət edirlərsə və yaradıcılıqları boyunca milli-mənəvi dəyərləri unutmurlarsa, bu, onların ciddi vətəndaş kimi cəmiyyətə təsir etmək imkanlarını artırır. Azərbaycan mətbuatının təcrübəsi milli mətbuatımızın milli mənafeyin, dövlətçilik və ümumxalq maraqlarının qorunması ilə bağlı böyük uğurlara imza atdığını söyləməyə əsas verir. Hələ XIX əsrin sonlarında ölkəmizdə milli mətbuat nümunələrinin yeni fəaliyyətə başladığı dövrlərdə Azərbaycanın tanınmış qələm sahibləri və mətbuat nümayəndələri məhz xalqın mənafeyindən çıxış edərək müstəqillik ideyalarının pərvəriş tapmasında, həmçinin cəmiyyətin buxovuna çevrilmiş gerilik, dini xurafat və fanatizmin, savadsızlığın aradan qaldırılması yönündə tarixi xidmətlər ortaya qoymuşlar. Sonrakı mərhələdə mətbuatın bu fəaliyyəti daha da genişlənmiş və XX əsrin əvvəllərində Azərbaycan xalqının müstəqilliyinə nail olmasında milli mətbuatımızın və yüksək keyfiyyətlərə malik mətbuat ictimaiyyətinin rolu da inkaredilməz dərəcədə əhəmiyyətli olmuşdur. Sovet İttifaqı dövründə, xüsusilə, 1970-80-ci illərdə milli mətbuat nümayəndələri tarixi dəyərlərimizin yaşadılmasında böyük fəallıq göstərmiş, xalqımızın milli-mənəvi keyfiyyətlərinin gənc nəsilə aşılanmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.
Lakin bu gün dövrün tələb və şərtləri fərqli olduğu kimi, milli vətənpərvər media ictimaiyyətinin qarşısında duran vəzifələr də müəyyən qədər dəyişməkdədir. 30 ilə yaxındır ki, Azərbaycan istəmədiyi bir münaqişəyə cəlb olunub və torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Təbii ki, müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları olaraq bizim bu məsələlərdə məsuliyyətimiz ikiqat daha artıqdır. Nəzərə almaq lazımdır ki, bu gün düşmənlə, sadəcə, hərbi cəbhədə üz-üzə dayanmamışıq. Ermənistan diasporu və dünya erməniliyinə xidmət edən mərkəzlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaq, Azərbaycanın əzəli torpaqları haqqında tarixi məlumatların saxtalaşdırılması və beynəlxalq ictimai rəyi çaşdırmaq istiqamətində dayanmadan iş aparırlar. Ona görə də beynəlxalq aləmdə xüsusilə müasir komminikasiya və informasiya vasitələrinin imkanlarından yararlanaraq düşmənin təxribatlarına qarşı uğurlu fəaliyyət ortaya qoymaq, Azərbaycanın haqq işini müdafiə etmək bu gün hər bir jurnalistin gündəlik iş prinsipinə çevrilməlidir. Media təmsilçiləri Ermənistanın işğalçılıq siyasətinin ölkəmiz və xalqımıza vurduğu faciəvi zərərlər, eyni zamanda, regionda sülh və təhlükəsizliyə yaratdığı təhdidlər, işğalçı dövlətin azərbaycanlılara qarşı törətdiyi soyqırımları haqqında dövlət qurumları və digər ictimai təsisatlar tərəfindən həyata keçirilən beynəlxalq məlumatlandırma kampaniyalarına dəstək verməli, ümumi işimizdə həmrəylik nümayiş etdirməlidirlər.
Həmçinin bəlli məsələdir ki, bu gün Azərbaycan dövlətinin müstəqil siyasətindən və əldə etdiyi nailiyyətlərdən narahatlıq keçirən bir sıra anti-azərbaycançı, islamofob dairələr var ki, bunlar da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, bir sıra hallarda Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif kampaniyalar həyata keçirir, təzyiqlər göstərməyə çalışırlar. Burada başlıca məqsəd Azərbaycan dövlətinin sütunlarını zəiflətmək, milli-mənəvi dəyərlərimizi deqradasiyaya məruz qoymaqdır. Bu zaman da mətbuatın rolu bir daha özünü qabarıq şəkildə göstərir. Ölkəmizin bu kimi kampaniyalara qarşı immunitetini gücləndirmək işində milli mətbuatımız müstəsna rola malikdir. Doğrudur, bu günə qədər “beşinci kolon”un təsirində olan KİV-lər istisna olmaqla, əksər mətbuat orqanlarımız bu işdə fəallıq və həmrəylik nümayiş etdirməkdədir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan mediası Qərbdəki bir sıra islamofob, ermənipərəst imperialist mərkəzlər tərəfindən həyata keçirilən anti-Azərbaycan kampaniyasına lazımi şəkildə cavab verir. Bu isə həm də o deməkdir ki, Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə müdafiə etmək, qorumaq gücünə malikdir.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 
  • Oxunub:  6090  |  
  • Tarix:  07-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 13:03
Kestutis Yankauskas: "Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik"
22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3