Ana səhifə »  Sosial »  Ömrünü elm və təhsilə həsr edən insan
A+   Yenilə  A-
Ömrünü elm və təhsilə həsr edən insan

Pedaqoji elmlər doktoru İranə Əliyeva elmi-pedaqoji fəaliyyəti ilə ali məktəblərdə tədris prosesinin təkmilləşdirilməsinə özünün töhfələrini verib
Bütün ömrünü elm və təhsilə həsr edən pedaqoji elmlər doktoru İranə Əliyeva, sözün əsl mənasında, əsl vətəndaş, ziyalıdır. Alimin gənc nəslə bəxş etdiyi biliklər onun mənəvi paklığından, intellektinin yüksəkliyindən, şəxsiyyətinin ucalığından qidalanır. Məhz bu keyfiyyətlərə sahib olan alim elmi-pedaqoji sahədə böyük uğurlara imza atıb. O, bunu çoxillik gərgin və halal zəhməti, istedadı və yüksək insani keyfiyyətləri ilə qazanıb. Bir alim kimi İranə Əliyevanı fərqləndirən cəhət əsərlərinin elmi dəyəri ilə, irəli sürdüyü fikir və mülahizələrdəki novatorluq ilə bağlıdır. O, elmi, pedaqoji yeniliyi görən, ona xüsusi dəyər verən bir alimdir.
Qeyd edək ki, İranə Məmməd qızı Əliyeva Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. Ali təhsili başa vurduqdan sonra 3 saylı Texniki Peşə Məktəbində rus dili müəllimi vəzifəsində işləyib. 1986-cı ildən o, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) əvvəlcə saathesabı müəllim, sonra isə “Rus dili və onun tədrisi” kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Müəllim kimi fəaliyyəti ilə yanaşı olaraq, İranə xanım elmi fəaliyyətlə də dərindən məşğul olub. 1997-ci ildə isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Rus dili təlimində oyun tapşırıqlarında istifadə prosesində tələbələrin peşə-nitq vərdişlərinin formalaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini alıb. Eyni zamanda, 2000-ci ildən Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin “Rus dili” kafedrasının müdiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi vəzifəsi verilib.
Elmi fəaliyyətini uğurla davam etdirən alim 2012-ci ildə isə “Dil mühitindən kənar rus dilinin konfiqurativ metodikası vasitəsilə tədrisin əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. 2016-cı ildə Bakı Slavyan Universitetində Rus dili və onun tədrisi metodikası kafedralarının birləşdirilməsindən sonra yaranan “Rus dili və mədəniyyətlərarası kommunikasiya” kafedrasının müdiri vəzifəsinə seçilib.
2016-cı ilin dekabr ayından isə İranə Əliyeva Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Belə ki, o, ilk olaraq universitetin İnkişaf məsələləri üzrə prorektoru olub, 2018-ci ildə isə Tədris işləri üzrə prorektor vəzifələrində işləyib. Hal-hazırda isə həmin universitetdə Elm və inkişaf məsələləri üzrə prorektor vəzifəsində çalışır.
Məlumat üçün onu da bildirək ki, professor İranə Əliyeva ali məktəblərdə tədris prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklif, fikir və mülahizələrlə çıxış edib. “Azərbaycanda dərin savada, biliyə, ixtisasa malik olan müəllimlər var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Müəllimin gənc nəslə bəxş etdiyi biliklər onun mənəvi paklığından, intellektinin yüksəkliyindən, şəxsiyyətinin ucalığından qidalanmalıdır. Məhz bu keyfiyyətlərə sahib olan alim elmi-pedaqoji sahədə böyük uğurlara imza ata bilər”, - deyən müsahibimiz, pedaqoji elmlər doktoru İranə Əliyevanın fikrincə, ali təhsil ocağında tədris prosesinin keyfiyyətini yüksəltmək üçün müəllimlər tələbələri lazımi ədəbiyyata yönəltməli, dərslərdə və daha sonra seminarlarda mövzuları araşdırmalı, imtahana hazırlıq dövründə imtahan suallarını tələbələrlə birlikdə araşdırıb işləməlidirlər. Çünki tədris elə prosesdir ki, onu təkmilləşdirmək üçün üzərində daim işləmək lazımdır.
1980-ci ildən tədris prosesinə dair innovativ təkliflərlə çıxış edən, bu istiqamətdə araşdırmalar aparan İranə Əliyeva, eyni zamanda, həmin illərdə 3 nömrəli peşə məktəbində yeni metodika ilə rus dilinin xarici dil kimi tədrisi üçün yeni proqramlar, dərsliklər hazırlayıb. Onun tərəfindən hazırlanmış sistem Azərbaycanın bir neçə peşə məktəbində tətbiq olunub və müsbət qiymətləndirilib. Müsahibimiz deyir ki, bəhs edilən illərdə hərbi çağırışçılar üçün də rus dilini bilmək çox vacib idi. Çünki azərbaycanlı gənclər rus dilini bilmədikləri üçün ancaq tikinti batalyonunda hərbi xidmət etməli olurdular. Ona görə həmin vaxt İranə xanımın qarşısına vacib bir məsələ qoyuldu. Qısa bir zamanda (1 ay müddətində) rayonlardan çağırış vərəqələrini alan gənclərə rus dili öyrədilməli idi ki, onlar mühəndis qoşunlarında xidmət edə bilsinlər. “Bu, çox məsuliyyətli iş idi, amma indi də hesab edirəm ki, bu, mənim üçün böyük bir təcrübə, araşdırmalarım üçün isə təkan oldu”, - deyən İ.Əliyeva həmin vaxt bu tapşırığın öhdəsindən yüksək səviyyədə gəldiyinə görə təşəkkür sertifikatı ilə təltif olunub.
Professor İ.Əliyeva qeyd edir ki, bu eksperimentin nəticəsi M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki BSU) rəhbərliyini də maraqlandırıb. Orada tələbələr rus dili müəllimi ixtisası üzrə təhsil alırdılar. Rus dilini sərbəst bilmək əsas məqsəd idi və bu innovativ metodikanı tədrisdə tətbiq etmək İranə xanıma təklif olunur. “Bu təklif çox maraqlı, həm də məsuliyyətli idi. Mənim dərs dediyim tələbələr gələcəyin rus dili müəllimləri idilər. Yeni metodika ilə dili öyrənənlər düşüncələrini yaza, sərbəst danışa bilirdilər və imtahanda yüksək səviyyədə biliklərini nümayiş etdirdilər”, - deyə o bildirib. Bu təcrübə, həmçinin İranə xanımın öz araşdırmalarını tədrisin formalaşdırılmasına, təşkilinə, tədrisin məzmununa və metodikasına yönəltməsinə səbəb oldu.
1990-cı illərdə isə universitetə qəbul olunan ingilisdilli əcnəbi tələbələrin dərslikləri, işçi proqramları, dərs vəsaitləri də İranə xanım tərəfindən hazırlanıb. Eyni zamanda, respublikada dil mühitində baş verənlərin fonunda İranə xanım qurduğu sistemi yenidən təkmilləşdirməyə ehtiyac duyub. Və yenidən eksperimentlər, yoxlamalar, testlər və s. ... 1980-ci ildən qazandığı təcrübə gələcək alimə dayaq olub. O, yeni “Konfiqurativ metodika”nı dərc edib və müəlliflik sertifikatını qazanıb.
2000-ci ildə indiki BSU-da kafedra müdiri vəzifəsində işləyərkən İranə Əliyeva həm kafedrada çalışan təcrübəli müəllimləri, həm də yeni gələn müəllimləri bu yeni kofiqurativ metodikanın sistemi ilə tanış edib və onların da bu istiqamətdə tədrisə yaradıcı yanaşmalarına kömək göstərib. O, bu istiqamətdə təcrübəsini prorektor kimi çalışdığı Azərbaycan Turizm və Menecment Universitetində də uğurla tətbiq edib. “Azərbaycan Turizm və Menecment Universitetində tədrisi konfiqurativ metodika əsasında qurdum və yenə də müsbət nəticələr əldə etdim. Bu sistemdə tətbiqi qiymətləndirmə prosesi də nəzərə alınır”, - deyə İranə Əliyeva bildirib. Onun təbliğ etdiyi yeniliyin nəticəsində tələbələrin bilik səviyyəsi artıb və imtahanlardan kəsilmə halları minimuma enib. Professor hesab edir ki, elm və bilik tərəqqinin əsasıdır və bir-birindən asılıdır: “Elmsiz və təhsilsiz cəmiyyət nə inkişaf edə, nə də irəliyə gedə bilər. Tədris prosesində əldə edilən biliklərin təcrübədə tətbiqi də əsas məsələlərdən biridir. Tələbələr üçün istehsalat təcrübəsinin təşkili, onların bacarıqlarının üzə çıxarılması, yeni nəsil peşəkarların yetişdirilməsi hər bir müəllim üçün unikal bir stimuldur”.
“Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil. Onun hansı üsul və metodologiya ilə ötürülmə keyfiyyəti mühüm rol oynayır”, - deyən İranə Əliyevanın fikrincə, tələbələr müəllimlərdən dərsin gedişində kreativlik və maraq tələb edirlər.
Qeyd edək ki, İranə Əliyevanın məhsuldar pedaqoji fəaliyyəti dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.
İranə Əliyeva fəaliyyət göstərdiyi illər ərzində elmi məqalələrin, proqramların, tezislərin, dərsliklərin, didaktik və metodik vəsaitlərin, metodik tövsiyələrin, testlərin, lüğətin, monoqrafiyanın müəllifidir. 2014-cü ildən Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olan alim, həmçinin elmi-tədqiqat işlərinə rəhbərlik edir, elmi işlərdə opponent kimi çıxış edir, doktorluq dissertasiyalarına məsləhətçi kimi təyin olunur.
Bu uğurların arxasında böyük zəhmət, əziyyətlə yanaşı, təcrübə dayanır. İranə xanım bütün bunlarla kifayətlənmir, tədrisi daha maraqlı etmək üçün daim yeni metodikalar axtarışındadır. O, dərslərini interaktiv şəkildə keçməyi üstün tutur və bu, tələbələr tərəfindən çox bəyənilir. Gördüyü işi sevən, ona hər zaman məsuliyyət hissi ilə yanaşan professor İranə Əliyeva deyir: “Ən böyük məqsədim cəmiyyətimiz üçün savadlı və peşəkar kadrlar yetişdirməkdir. Ən böyük arzum isə Ulu Öndər Heydər Əliyevin “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir” sözlərinə layiq olmaqdır”.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3150  |  
  • Tarix:  30-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25