Ana səhifə »  Sosial »  Azərbaycanda əlilliyi olan şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir
A+   Yenilə  A-
Azərbaycanda əlilliyi olan şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir

Əlillər cəmiyyətin ən həssas təbəqəsidir. Elə buna görə də bütün dünyada fiziki imkanları məhdud olan insanlara dövlətlər və cəmiyyətlər səviyyəsində qayğı göstərilir, onların reabilitasiyası, məşğulluqlarının təmin olunması istiqamətində konkret addımlar atılır. Təsadüfi deyil ki, BMT Baş Məclisi tərəfindən dekabrın 3-ü Beynəlxalq Əlillər Günü elan edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlil insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər həyata keçirilir. Bütövlükdə dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir.

Müstəqil Azərbaycanda əlillərə qayğı siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda əlilliyin səviyyəsi dünya üzrə göstəricidən aşağıdır. Belə ki, respublikamızda əhalinin 6 faizə yaxınını, başqa sözlə desək, təxminən 570 min nəfərini əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Yeri gəlmişkən dünyanın müxtəlif yerlərində olduğu kimi, ölkəmizdə də əlilliyin artmasında müharibə amilinin rolu olub. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi respublikamızda əlil insanların sayının artmasına öz təsirini göstərib. Məlumatlara əsasən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız arzuolunmaz əlillik qazanıb. Belə bir faktı da vurğulamaq yerinə düşər ki, ölkə əhalisi üzrə əlillik göstəricisi 5,5 faiz olduğu halda, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən köçkün düşən soydaşlarımız arasında əlillik göstəricisi 6,5 faizə çatır.
Respublikamızda əlilliyi olan şəxslərin təxminən 500 min nəfəri ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanlar isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası almaq hüququ olmadıqda onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda respublikamızda əmək pensiyası alanların 27 faizi, sosial müavinət alanların 57,2 faizi, Prezident təqaüdü alanların isə 52,2 faizi əlilliyi olan şəxslərdir.
Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsası hələ ötən əsrin 90-cı illərinin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin sosial siyasətinin fundamental prinsiplərini müəyyənləşdirdi. Ulu Öndər, eyni zamanda, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərə xüsusi yanaşma sərgiləyirdi. 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə Ümummilli Lider Heydər Əliyev "İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır", - deyə vurğulayıb.
İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən ölkəmizdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Heydər Əliyevin əsasını qoyduğu mükəmməl sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük diqqətlə yanaşırdı. Təsadüfi deyil, 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi evlə təmin olunmuşdur. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib. Onu da vurğulayaq ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur.

Ölkədə reallaşdırılan böyük sosial paket çərçivəsində əlillərə verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb

Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu əlillərə qayğı siyasəti son 15 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. O cümlədən ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2019-cu ilin əvvəlindən uğurla reallaşdırılan böyük sosial paket çərçivəsində əlillərə verilən müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Bəhs olunan Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, Sərəncam Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb.
Bəhs olunan Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir. Sərəncama əsasən edilən artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətinin əhatə dairəsi genişlənir

Respublikamızda əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətinin əhatə dairəsi getdikcə daha da genişlənir. 2019-cu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin bərpa mərkəzlərində 1529 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.  Qeyd olunan dövrdə Xidmətin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2098 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 272 nəfər) protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Həmin şəxslərə 125 əlil arabası, 184 aşağı və yuxarı ətraf, habelə döş protezi, 186 yuxarı və aşağı ətraf ortezi, 1400 müxtəlif reabilitasiya vasitəsi, 1379 cüt ortopedik və protez ayaqqabı, 242 dördayaqlı dayaq vasitəsi, 190 cüt qoltuqaltı ağac, 343 cüt dirsəkaltı ağac və s. verilib.
Ümumilikdə isə əlilliyi olan şəxslərin 5841 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 146 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

Sağlamlıq imkanları məhdud gənclərin peşə təlimi diqqət mərkəzində saxlanılır

Ölkəmizdə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə daha sıx inteqrasiyasını təmin etmək məqsədilə onların peşə təlimi daim diqqət mərkəzində saxlanılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 100-dən çox gənc peşə təlimindədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında yaradılan Mərkəzdə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma, aşpaz köməkçisi və s. peşələr üzrə təlim kursları təşkil olunur. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Ölkəmizin bütün bölgələrindən kurslara cəlb olunan sağlamlıq imkanları məhdud gənclər kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilir və yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı üçün işlər aparılır.
Mərkəzdə xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin müxtəlif tətbiqi sənət növləri üzrə bacarıqları təkmilləşdirilir. Gənclərin əl işlərindən ibarət müxtəlif yaradıcılıq sərgiləri, mədəni-kütləvi tədbirlərdə iştirakı təşkil edilir. Onların  sosial reabilitasiyasına, sağlamlıq imkanları məhdud gənclərdə özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik işlər aparılır. Eyni zamanda, 2018-ci ilin noyabrında nazirliyin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi 278 səhifəlik "Əlillik qüsur deyil" kitab-albomunda Mərkəzin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Qeyd edək ki, indiyədək ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc Mərkəzə peşə hazırlığı kurslarına cəlb edilib.

Əlilliyi olan şəxslərin məşğulluq imkanları artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək verilməsi məqsədilə keçirilən layihə başa çatıb. Üç ay davam edən layihədə iştirak etmək üçün müraciət edən 168 nəfər əlilliyi olan şəxsdən 116-sı müsahibəyə dəvət olunub, onlardan 96 nəfər seçilib və 86 nəfər uğurlu karyera qurmaq üçün təlimlərə dəvət alıb. Altı qrupda keçirilən ingilis dili üzrə təlimlərdə 75, sosial bacarıqlar üzrə təlimlərdə 73, kompüter üzrə təlimlərə cəlb olunan 72 nəfərdən 59 nəfəri həmin bacarıqlara yiyələnərək sertifikat alıb. İştirakçıların, demək olar ki, 85 faizi layihə müddətində yeni biliklərə yiyələnib.
Bu barədə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək layihəsinin yekununa həsr olunan tədbirdə "British Council" şirkətinin icraçı direktorunun vəzifəsini icra edən Nigar Baimova məlumat verib. Onun dediyinə görə, layihə iştirakçılarının 22 nəfəri müxtəlif təşkilatlarda və özünüməşğulluq vasitəsilə işlə təmin olunub, 8 iştirakçı paytaxtın müxtəlif mehmanxanalarında təcrübə proqramlarında iştirak edib, 10 nəfər iştirakçı məşğulluq üzrə ilkin təkliflər alıb. Qeyd olunub ki, BP seçilmiş layihə iştirakçılarının beynəlxalq iş mühitinə cəlb olunaraq öz yeni bacarıqlarını tətbiq etmək və şirkətin heyətindən təcrübə qazanmağa imkan yaratmaq üçün xüsusi işə yerləşdirmə proqramı üzərində işləyir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək layihənin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıqdan, həmçinin layihənin məqsədi və yekunları barədə danışıb.
Tədbirdə verilən məlumata görə, ölkəmizdə əhalinin 5,5 faizini əlilliyi olan şəxslər təşkil edir. Təəssüf ki, onların yalnız 33,7 min nəfərə yaxını öz əmək qabiliyyətinə uyğun işlə təmin olunub. Özünüməşğulluq proqramlarına cəlb edilən 7267 nəfərdən 913 nəfəri əlilliyi olan şəxslərdən ibarətdir.

Ölkəmizdə bərpa mərkəzləri şəbəkəsi genişləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial inkişaf proqramına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanlarının artırılması tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək.  Bu tədbirlər çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri davam etdirilir. 
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Cari ilin ilk yarımili ərzində pansionatın  istifadəyə verilməsi nəzərdə tutulur.
Bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı planlaşdırılır. Qeyd olunan müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar. Yeni müəssisələrin istifadəyə verilməsi əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək.
Eyni zamanda, 2019-cu ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki bərpa mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.
Xatırladaq ki, ötən il Xidmətin bərpa müəssisələrində 11,9 min nəfərə  reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9,3 min nəfər əlilliyi olan şəxs  protez-ortopedik xidmətlərlə təmin edilib, onlara 35,3 min reabilitasiya vasitəsi verilib.

Bölgələrdə yeni Uşaq Bərpa Mərkəzləri yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturu daim təkmilləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir. 
Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi də nəzərdə tutulur.
Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Quba, Masallı, Ağcabədi, Xaçmaz,  Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır.
Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğunun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.
Nadir AZƏRİ
Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında keçirilən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusuna müsabiqəyə təqdim edilir.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  30-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25