Ana səhifə »  Sosial »  Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilib
A+   Yenilə  A-
Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilib

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi və konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.
Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirin açılışında şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” muğamını ifa ediblər.
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.
“Yüz bir il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib” - deyə Z.Sultanov qeyd edib.
Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər bir xalqın tarixində ağrılı, çətin məqamlar olduğunu bildirib. “Geri dönüb həmin hadisələrə diqqətlə baxmaq, tarixin dərslərindən ibrət götürmək vacibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunmuş möhtəşəm Quba Soyqırımı Memorial Kompleksində bunun üçün gözəl imkan var.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, vaxt keçdikcə bu faciə bizim üçün daha ağrılı olur, onu daha dərindən dərk edirik və çətinliklə qəbul edirik. Bu sözlər faciəli tarixin yaddaşlarda həmişə yaşayacağını bildirir. Biz soyqırımı qurbanları qarşısında baş əyirik, onları yad edərək gənc nəslimizə məlumat veririk, düzgün yol göstəririk. Övladlarımız bu tarixi yaddan çıxarmamalıdır. Çünki “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər heç vaxt dinc durmayacaqlar. Erməni siyasətçiləri bu əməlləri həmişə davam etdirəcək. Buna görə də Azərbaycan xalqı ayıq olmalıdır. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Azərbaycan xalqının, burada əsrlərlə yaşayan digər xalqların yaratdıqları nemətləri, adət-ənənələri qorumalıyıq və gənc nəslə ötürməliyik”, - deyə nazir Ə.Qarayev bildirib.
Mədəniyyət naziri vurğulayıb ki, Azərbaycan gündən-günə inkişaf edir, hər sahədə uğurlar qazanılır. Amma davamlı inkişafla yanaşı, tariximiz daha dərindən öyrənilməli, unudulmamalıdır.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində iqtisadiyyatımız, ordumuz güclənir, beynəlxalq aləmdə sözümüz eşidilir, Azərbaycana hörmətlə yanaşılır və qəbul edilir. Lakin keçmişdə yaşadığımız bu kimi faciəli tarixi hadisələrə baxaraq, daha güclü və daha ayıq olmalıyıq. Heç vaxt Azərbaycanın bir qarış torpağının, mədəni sərvətinin kiçik bir hissəsinin belə düşmən əlinə düşməsinə imkan verməməliyik. Çünki o mədəni sərvətləri Azərbaycan xalqı yaradıb. Bu gün mədəni sərvətlərimizə qarşı da dayanmadan təcavüz edilir. Ayıq olmalıyıq ki, torpağımızı, mədəni sərvətlərimizi müdafiə edə bilək. Mən bu yolda çalışan tarixçilərimizə, mədəniyyət xadimlərimizə, siyasətçilərimizə, ictimai qurumların nümayəndələrinə təşəkkür edirəm. Biz fəal olmalı, xalqımızın başına gətirilən faciələri daha geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Hamımız əminik ki, Azərbaycanın gəncliyi öz gələcək həyatını ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları olaraq yaşayacaqlar. Azərbaycan torpaqları işğaldan azad olunacaq, əsl həqiqətlər dünya miqyasında tanınacaq və bu faciənin də dünya miqyasında siyasi və hüquqi qiyməti veriləcək”, - deyə Əbülfəs Qarayev qeyd edib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında konfransın əhəmiyyətini vurğulayaraq deyib ki, Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılmış nankor və mənfur ermənilər tarixboyu xalqımıza qarşı bir neçə dəfə dəhşətli soyqırımları törədib, öz məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, vandalizmə əl atıblar. “Biz bu gün tarixə nəzər salarkən bir şeyi bilməliyik ki, hələ ötən əsrin əvvəllərində təcavüzlə mübarizə aparan soydaşlarımız “Difai” təşkilatını yaratmışdı. Amma sovet ideologiyası həmin təşkilatın üzvlərini panislamist adlandıraraq, xalqı üçün fədakar zəhmətinə kölgə salmışdı. Bu kimi tarixi faktlar çoxdur. Biz bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Öz gücümüzü göstərməliyik. Azərbaycan həqiqətlərini dünyaya çatdıran çoxsaylı beynəlxalq tədbirlər keçirilir və bu proses davam etdirilməli, miqyası daha da böyüməlidir”, - deyə F.Hüseynova söyləyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı artıq bir neçə ildir Quba Soyqırımı Memorial Kompleksində geniş tərkibdə elmi ictimaiyyətin iştirakı ilə konfransların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu tədbirlərdə son zamanlar soyqırımı ilə əlaqədar yazılan çoxsaylı tədqiqat əsərləri, üzə çıxarılan materiallar barədə ətraflı məlumat verilir.
“Quba Soyqırımı Memorial Kompleksi, burada nümayiş etdirilən sənədlər, kompleksin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ermənilərin qaniçənliyini, vəhşiliyini, vadalizmini bəşəriyyətə nümayiş etdirmək üçün əvəzsiz nümunədir. Çox təəssüf ki, sovet hakimiyyəti illərində bu hadisələr xalqımıza birtərəfli qaydada çatdırılıb və ermənilərə təbliğat aparmaq üçün şərait yaradılıb. Həmin dövr üçün ermənilərlə azərbaycanlılar arasındakı münaqişə, XX əsrin əvvəllərində törədilən qırğınlar barədə dahi dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” əsərində yazılanlardan başqa heç bir tutarlı mənbə yox idi. Həmin hadisələrdən bəhs edən sənədlərin hamısı məxfi adı ilə Azərbaycan alimlərindən gizlədilirdi. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra bu tarixi araşdırmaq üçün geniş meydan açıldı. Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirildi”, - deyə İ.Həbibbəyli bildirib.
Akademik İ.Həbibbəyli qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında hər iki ölkənin qarşılaşdığı təhdidlərin, faciələrin hər zaman eyni olduğunu diqqətə çatdırıb. “Biz iki dövlət, bir millətik. 1918-ci ildə, Birinci Dünya müharibəsinin sonlarında rus orduları Anadoluya irəliləməyə başladı. Ərzurumu, Ərzincanı ələ keçirdilər. Bu zaman Bakıdakı İsmailliyyə binasında yerləşən xeyriyyə cəmiyyəti Anadoludakı qardaşlarına yardım etdi. Oradakı yetimləri, dulları ac buraxmayıb onlara sahib çıxdı. Məncə, İsmailiyyə binasının 1918-ci il martın 31-də yandırılan ilk binalardan biri olması heç də təsadüfi deyil. Türkiyə Cümhuriyyətini, Osmanlı imperiyasını keçmişdə soyqırımı törətməkdə ittiham edənlər özlərinin əməllərini unutmaqdadırlar. 1918-ci ildə Azərbaycanda etdiklərinin eynisini Anadoluda da həyata keçirdilər. Ərzurum, Ərzincan, Van, Qars, Ərdahan və İğdırda hansı qətliamlar törətdilərsə, eynisini Azərbaycan torpaqlarında da törətdilər. Bu gün ermənilər utanmadan türkləri soyqırımı törətməkdə günahlandırırlar. Anadoluda törətdikləri hadisələri də Osmanlı dövlətinə qarşı özlərini müdafiə etmək üçün törətdiklərini iddia edirlər. O zaman onlardan soruşmaq lazımdır ki, bəs niyə Azərbaycanda bu əməlləri törətdin? Axı burada sənə toxunan yox idi. Azərbaycanda o dönəm yaşananlar eyni şəkildə Anadoluda da yaşanıb. Bunun səbəbi də “böyük Ermənistan” xəyalıdır. Ermənilər “böyük Ermənistan” xəyalından bu gün də vaz keçməyiblər. 27 il əvvəl bunu öz gözlərimizlə gördük. Qarabağda, Xocalıda, Azərbaycanın işğal altındakı 7 rayonunda bunun şahidi olduq. Biz bu gün ayıq olmalıyıq. Xüsusən, gənclərimiz keçmişimizi öyrənib, gələcəyimizə sahib çıxmalıdırlar”, - deyə səfir E.Özoral söyləyib.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov dünya tarixində ən vəhşi soyqırımların Azərbaycan xalqına qarşı edildiyini bildirib. “Bu gün Azərbaycan öndə gedən ölkələrdən biridir. Prezidentimiz müasir inkişafın Azərbaycan modelinin müəllifidir. Fikrimcə, iqtisadi, sosial və digər sahələrdə qazanılan uğurlarla yanaşı, bu modelin ən böyük uğuru tariximizə sahib çıxmağımızdır. Azərbaycançılıq, türkçülük təfəkkürünün qalib gəlməsidir. Erməni quldurlarının Azərbaycana qarşı törətdikləri, dinc insanlara, Azərbaycan xanımlarına, qız-gəlinlərinə, qocalara verdiyi əziyyətlərin analoqu yoxdur, dünya tarixində belə vəhşiliyə təsadüf olunmur. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması tariximizə sahib çıxmaq baxımından olduqca vacib addım oldu. Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik. Bütün bunlarla bağlı çox qiymətli sənədlər var. Təəssüf doğuran hal isə dünyanın bunu görmək istəməməsidir. BMT-nin Ermənistanın təcavüzkar ölkə olması barədə 4 qətnaməsi var. Məgər dünya bunu görmür?”, - deyə akademik Y.Mahmudov söyləyib.
Konfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin tam araşdırılmasının və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsinin qarşısı alınıb.
Konfransın sonunda iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  02-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA