Ana səhifə »  Sosial »  Abadlaşan və müasirləşən Xətai rayonu...
A+   Yenilə  A-
Abadlaşan və müasirləşən Xətai rayonu...
Həyata keçirilmiş tədbirlər nəticəsində rayonun görkəmi dəyişib, insanların yaşayış səviyyəsi yüksəlib
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Əlbəttə ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə yüksəlib. Belə rayonlardan biri də Xətai rayonudur.
Bu ilin ötən doqquz ayı Xətai rayonu üçün də uğurlu olub. Rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq sosial məsələlərin uğurla həll edildiyini göstərir.
Sənaye və xidmət sahələri...
Belə ki, 9 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun istehsalı 12,8 faiz artıb. Rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz çox (faktiki qiymətlərlə 12998,2 min manatlıq ) rabitə xidməti göstərilib.
Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 149225,2 min manatlıq investisiyadan istifadə edilib. İstifadə edilmiş investisiyanın 91,9 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilib. İlin əvvəlindən istehlak və xidmət bazarlarında əhaliyə 707366,6 min manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 15,2 faiz, pullu xidmətlərin həcmi isə 1,8 faiz artıb.
Metallurgiya sənayesində mühüm növ məhsulların (metalkonstruksiya) istehsalı 116,6 faiz olub, boruların izolyasiyası isə 2,9 dəfə çoxalıb. ötən 9 ayda istehlak bazarı dinamik inkişaf edib və rayon əhalisinə (707366,5 min manatlıq) əvvəlki ilin eyni dövründəkindən 4,8 faiz çox geniş çeşidli mallar satılıb, pullu xidmətlər göstərilib. Artım, əsasən, bazarlarda, yarmarkalarda və digər yerlərdə ticarət və xidmətlə məşğul olan fiziki şəxslərin fəaliyyətinin genişlənməsi nəticəsində olub.
Keçən ilin 9 ayı ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,8 faiz çox olub. Pərakəndə və əmtəə dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin həcminin getdikcə artmasına digər səbəblərlə yanaşı istehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində alıcılıq qabiliyyətinin artması da öz müsbət təsirini göstərib.
İnsanların sosial rifah halı yüksəlir...
Həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 1933 yeni iş yerləri açılıb. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz çoxalaraq 389,6 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 14,2 faiz artaraq 380,1 manat, tikinti kompleksində isə 0,2 faiz artaraq 482,7 manat olub.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayon ərazisində 3939 ailə ünvanlı sosial yardım alır ki, bu da 17868 nəfəri əhatə edir və onlara, ümumilikdə, 423700 manat aylıq yardım təyin olunub. Adambaşına düşən orta aylıq yardım məbləği 23,71 manat, hər ailəyə düşən yardımın məbləği isə 107,56 manat təşkil edir.
Sənaye, rabitə, tikinti sahələri ilə yanaşı, rayon təsərrüfatının bütün sahələrində müsbət dinamika müşahidə olunub. Həyata keçirilən ardıcıl tədbirlər və gündəlik nəzarət nəticəsində kommunal xidmət sahələrinin fəaliyyətində də dönüş yaranıb.
Sosial məsələlər həllini tapır...
Rayon təsərrüfatının 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlanması, rayon əhalisini istilik, qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti Başçısının 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar sərəncamı olub və həmin sərəncamla rayonun bütün sahələrini əhatə edən geniş tədbirlər planı (123 bənddən ibarət) təsdiq edilib, nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək, qarşıya çıxan problemləri dərhal həll etmək məqsədi ilə operativ qərargah yaradılıb.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial obyektləri, yaşayış binalarının istilik enerjisi ilə təmin olunmasını həyata keçirən “Azəristiliktəchizat” ASC-nin hər üç sahəsinin işi xeyli yaxşılaşıb, kompleks tədbirlər planında nəzərdə tutulan yaşayış, qeyri-yaşayış və sosial obyektlərin mövsümə hazırlığı təmin olunmaqdadır.
İndiyədək 127,7 km istilik kəmərlərindən 113,3 km-i yuyulub və hidravlik təzyiqi yoxlanılıb, 39 ədəd istilik kamerasından 36 ədədi təmizlənib, uçmuş hissələri bərpa olunub. İstismara yararsız 4376 p/m müxtəlif diametrli məhəllədaxili və magistral istilik borularının 3846p/m - i yenisi ilə əvəz olunub. Eyni zamanda, 126 ədəd nasosdan 113 ədədi, 652 siyirtmələrdən 588 ədədi əsaslı və cari təmir edilib, 4 ədəd nasos və 180 siyirtmə yenisi ilə əvəz olunub. Payız-qış mövsümünə hazırlıqla əlaqədar indiyədək 27 binada aşağı paylayıcı xətlərin əsaslı, 33 binada isə cari təmiri başa çatdırılıb ki, bu da istilik alan binaların sayının nəzərdə tutulmuş həddə çatdırılmasına imkan yaradacaq. Bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Əhaliyə göstərilən ən vacib xidmət sahələrindən biri də qaz təchizatıdır. Cari ilin qış mövsümündə rayon əhalisini normal qazla təmin etmək üçün bu sahəyə də xüsusi diqqət yetirilib, mövsümə hazırlıqla əlaqədar. R.Bağırov küç. 25 saylı, 9-cu Əhmədli, S.Əhmədov və N.Şükürov, Naximov küçəsi ev 11-12 və Gen.Mehmandarov küçəsində yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli yeni qaz xəttləri çəkilib. Bir neçə ünvanda yaşayış binalarının qaz təchizatının yaxşılaşdırılması üçün qaz xəttinin dairəvi birləşdirilməsi işləri aparılır.
Rayonun elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, açılmaların və qəza hallarının sayını qış mövsümündə minimuma endirmək üçün Xətai Enerji Təchizatı və Satış İdarəsinin də mövsüm ərzində görəcəyi işlər müəyyənləşdirilərək kompleks tədbirlər planına daxil edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində 23 ədəd transformator təmir olunub, nəzərdə tutulmuş 7400p/m 6/10 kv-luq hava xətlərinin 5300p/m-i kabel xətti ilə, 10950p/m 6/10kv-luq kabelin isə 7840p/m yenisi ilə əvəz edilib. Aşağı gərginlikli elektrik xətlərinin dəyişdirilməsi, itkilərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edən SİP-ləşmənin aparılması da qarşıda duran əsas məsələlərdən olub. Hesabat dövründə 3880p/m 0,4kv-luq kabel xətlərinin 2953p/m yenisi ilə əvəz olunub. Rayonun H.Aslanov, NZS və Elektrotok yaşayış sahələrində tədbirlər planında nəzərdə tutulmuş 12345p/m 0,4kv-luq şəbəkənin 9440p/m - i SİP kabellərlə montaj olunub. Hazırda Gəncə pr. 105 saylı evin yanında, Əhmədli yolu, “Azəroksigen”, “Alko”LTD, Narkoloji Dispanserin ətrafında yeni 10/0,4 kv-luq 2x630 kva gücündə transformatorun tikintisi üçün hazırlıq işləri aparılır.
Rayonun magistral yollarının işıqlandırılması işlərini həyata keçirən aidiyyatı orqanın işində də dönüş yaranıb. Az bir vaxtda istismara yararsız 32 ədəd elektrik paylayıcı şkafı təmir edilib, General Şıxlinski, General Mehmandarov və M.Rüstəmov küçələri işıqlandırılıb, hazırda Gəncə prospektində 4,0 km yeni müasir dirəklər və elektrik xətlərinin çəkilməsi işləri aparılır.
Bununla yanaşı, rayon təhsil sahəsində əvvəlki illərdə olduğu kimi, bu il də göstəricilər ürəkaçandır. Hal-hazırda rayonda 37 ümumtəhsil məktəbi, 47 məktəbəqədər tərbiyə müəsissəsi, 2 yeniyetmələrin yaradıcılıq mərkəzi, 1 ixtisaslaşdırılmış olimpiya ehtiyatı gənclər idman məktəbi, 1 uşaq evi fəaliyyət göstərir. Rayonun məktəbləri Respublika və Beynəlxalq tədbirlərdə və proqramlarda uğurla iştirak edirlər. Bütün bunlarla yanaşı, 2008-2009-cu tədris ilində orta məktəbi müvəffəqiyyətlə bitirən 2974 nəfərdən 1464 nəfəri ali məktəbə qəbul olub ki, onların da 18 nəfəri 650-700 bal, 62 nəfəri 600-650 bal, 229 nəfəri isə 500-600 bal arasında nəticə göstərib.
Səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. ötən illə müqayisədə rayonda diabet xəstəliyinə tutulanların sayı artsa da, vərəm xəstəliyinə tutulanların sayı azalıb.
Cari ilin 9 ayı ərzində 3340 körpə doğulub ki, bu da keçən ilin eyni dövründəkindən 133 uşaq çoxdur. Tibb işçiləri tərəfindən aparılan profilaktik tədbirlərin nəticəsidir ki, bu il evdə doğulanların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 10 nəfər azalıb.
Cari ilin 9 ayı ərzində Xətai rayon İcra Hakimiyyəti yanında Fövqəladə Əks-Epidemik Komissiyası Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə  rayonda baş verə biləcək infeksion xəstəliklərin vaxtında qarşısını almaq məqsədilə də müəyyən işlər görülüb.
Abadlıq-quruculuq işləri...
Bu dövrdə rayonun abadlaşdırılması ən mühüm məsələ olub, son üç ildə başlanmış quruculuq işləri hesabat dövründə də davam etdirilib.
Rayonda qısa müddət ərzində Nikişin və Kamandar Əhmədov küçələrində abadlıq işləri başa çatdırılıb, hər iki küçədəki kommunikasiya xətləri dəyişdirilib, ətraflardakı yaşayış və qeyri-yaşayış tikililəri üzlük daşla üzlənib və ya fasadları əsaslı təmir olunaraq rənglənib. “Dinamo “ MMC-nin ətrafında 1000 kv.m-dən artıq ərazi yenidən tikilərək burada böyük yaşıllıqlar salınıb və ətrafına dekorativ gül və ağac kolları əkilib.
Yusif Səfərov küçəsindəki 4 və 5 mərtəbəli yaşayış binalarının (8 ədəd) fasadlarının üzlük daşla üzlənməsi, eyvanlarına klassik formada tökmə üsulla hazırlanmış məhəccərlər quraşdırılması, bütün binaların fasadlarının xüsusi işıqlandırma sistemi ilə işıqlandırılması, həmin yaşayış binalarının dam örtüyündə yerləşən 1000 kv.m-dən çox tüstü borularının alkoponla üzlənməsi, yaşayış binalarının qarşısındakı piyada keçidi yollarına müasir döşəmə plitələri salınması işləri artıq başa çatmaq üzrədir. 3000 kv.m-ə yaxın olan bu ərazidə yaşıllıqlar yaradılaraq orada minlərlə müxtəlif dekorativ gül və ağaclar əkilib.
Bu küçə boyunca yenidən salınmış yaşıllıqlar və güllüklər buranı şəhərimizin ən gözəl yerlərindən birinə çevirib. Yusif Səfərov küçəsi 4 saylı binanın üzərində qurulmuş monitorun yeni, daha zövqlə işlənmiş saatla əvəz olunması işləri başa çatdıqdan sonra bu ərazi daha da abad olacaq.
Nobel Prospekti-Zığ yolu-Hava Limanı istiqamətində də işlər davam etdirilir. Zığ 20 ünvanda klassik memarlıq və folklor nümunələrini özündə əks etdirən abad guşənin tikilməsi bu ərazidə tamam başqa bir mənzərə yaradıb.
Burada 2200 kv.m yaşıl zolaq salınıb, 400 kv.m istinad divarları üzlük daşla üzlənib, səkilərə asfalt örtüyü vurulub, ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Respublika Narkoloji Dispanserə gedən yol yenidən tikilərək asfaltlanıb.
Zığ yolunda yerləşən 31 saylı binanın üzərində quraşdırılan saat, havanın temperaturunu, tarixi göstərən monitor da sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Rayon ərazisində magistral yollarla yanaşı, məhəllədaxili yolların da bərpası istiqamətində iş aparılıb, hesabat dövründə 97 min kvm-dən artıq məhəllədaxili yollar asfaltlanıb.
Rayonda ekoloji vəziyyətin sağlamlaşdırılması, həm rayon rəhbərliyinin, həm də müəssisə və təşkilat rəhbərlərinin daim diqqətində olub. Bu ilin yaz mövsümündə rayon ərazisində 18 mindən artıq ağac əkilərək yaşıllıq salınıb ki, onun da 6000 ədədi müəssisələr tərəfindən əkilib. Bu mövsümdə də həm müəssisə və təşkilatların iş həyətlərində, həm də rayonun digər ərazilərində 20 minə yaxın ağac əkilməsi nəzərdə tutulub.
Rayon əhalisi Ulu öndərin ideyalarına sadiqdir...
Sosial-iqtisadi sahədə əldə edilən tərəqqi, eyni zamanda, rayonun ictimai-siyasi həyatında da özünü qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Xətai rayon təşkilatının sıralarına daxil olanların sayının artması da təsdiqləyir...
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmovun sözlərinə görə, rayon əhalisi hər zaman dövlətçiliyi müdafiə edib: “Xətai rayonunun sakinləri bütün siyasi kampaniyalarda aktivlik nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək. Qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsini də rayon əhalisinin iradəsi təmin edəcək”.
Ramil VƏLİBƏYOV

 
  • Oxunub:  19530  |  
  • Tarix:  20-11-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5