Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb

UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb

16.04.2019 [09:20]

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub.
Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi olub. Qələbə əldə edən UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb.
Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov qalibləri təbrik edərək, onlara gələcək yarışlarında uğurlar arzulayıb. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC komandasının gücləndirilməsi istiqamətində lazımi dəstəyin davam etdiriləcəyini bildirən rektor UNEC-in növbəti mövsümdə də azarkeşlərini sevindirəcəyinə əminliyini ifadə edib.
Final mərhələsində iştirak edən Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digər qonaqlar qaliblərə medalları təqdim ediblər.
UNEC komandasının məşqçiləri Etibar Qasımov və Sergey Titoviçdir.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30