Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Tovuz marafonu-2019” başa çatıb

“Tovuz marafonu-2019” başa çatıb

08.05.2019 [09:14]

Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Tovuz marafonu-2019”a yekun vurulub. Marafon iştirakçıları tədbirdən əvvəl Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev adına parkdan start götürən marafon şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan mərkəzin yanında başa çatıb.
Marafonda 16 yaşdan yuxarı və əvvəlcədən qediyyatdan keçmiş 250 nəfərdən çox insan iştirak edib. Marafonçular arasında gənc oğlan və qızlar, eləcə də orta yaş qrupuna aid şəxslər təmsil olunublar.
Marafon başa çatdıqdan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov qeyd edib ki, bir neçə gündən sonra Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Xalqımız müstəqil dövlətimizin banisinin əziz xatirəsini böyük minnətdarlıqla yad edir.
O, marafonun uğurla başa çatması münasibətilə bütün iştirakçıları təbrik edərək bildirib ki, marafonun məqsədi, eyni zamanda, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Marafona insanlarımızın marağı böyük razılıq doğurur.
Sonda yarışda 1-ci və 2-ci yeri tutun Düz Cırdaxan kənd sakinləri, fərdi təsərrüfatda çalışan Məmmədov Nurlan Ramiz oğluna, Yusifov Seyfəddin Rasim oğluna və 3-cü yeri tutan Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Əhmədov Səbuhi Sakit oğluna xatirə hədiyyələri və mükafatlar verilib.

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30