Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

15.05.2019 [16:43]

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilməlumata görə, olimpiadanın məktəbdaxili mərhələsində paytaxt üzrə 321 məktəbdən 15 minə yaxın şagird iştirak edib.
İlk turda 1621 məktəbli 18 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Şagirdlər 90 dəqiqə ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.
Olimpiadanın final mərhələsinin may ayı ərzində təşkil olunması nəzərdə tutulub. Bu mərhələdə Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30