Ana səhifə »  Sosial »  Səni qarış-qarış gəzmək cənnətdə addımlamaq kimiydi, Naxçıvan...
A+   Yenilə  A-
Səni qarış-qarış gəzmək cənnətdə addımlamaq kimiydi, Naxçıvan...

Bu gün yolum sənə düşdü, səndən keçdi Ana yurdum, doğma diyarım, Naxçıvanım. Sənin köksündə boy atan kiçik bir zərrənəm. Sənə gəldim. Göz görüb könül oxşayan laləli düzlərində bir zamanlar gəzdiyim izimi gördüm. 23 il bundan əvvəl ayağıma batan tikanların yerini, sızıltısını hiss etdim. İtirdiyim sevincli, bəzən də ağrılı-acılı günlər var idi. Olsun, bu, bir zamanlar idi. İndi sənin bu qədər gəncləşən, gözəlləşən siman gözümü qamaşdırdı. Nə qədər dəyişilmisən, ulu diyar! Hər qarışını addımladıqca doymurdum səndən! Səni qarış-qarış gəzmək cənnətdə addımlamaq kimi idi, ey doğma diyarım!

Doğulub böyüdüyüm Culfa rayonu, onun şəhər və kəndləri də 90-cı illərin miskin donunu çoxdan çıxarıb atıb. Dizə qədər palçıq olan kənd mərkəzlərində indi asfalt yollar çəkilib, məktəblər tikilib, bağ-bağçalar, park və xiyabanlar salınıb. Yaddaşımın bir küncündə ilişib qalan, həmişə içimi sızıldadan, uşaqlığımı uşaq kimi yaşamağa qoymayan böhranlı, ağrılı-acılı illər də indi müasirlik şəfəqlərinin altında itib-batıb. O günlər acı bir xatirədir indi. Xatırlayıb yeni günlərin qədrini bilmək üçündür sadəcə...

Baş əyirəm

Bəşər mədəniyyətinə böyük töhfələr vermiş, böyük şəxsiyyətlər, alimlər, münəccimlər, şairlər, memarlar, siyasi və dövlət xadimləri yetişdirən torpağım! Bu gün sən Azərbaycanın sinəsində döyünən böyük bir ürəksən! Səndən kimlər gəlmiş, kimlər keçmiş... Ustad Şəhriyarın təbirincə desək, “Səni fərzanələr almış, qapıb divanələr tutmuş”... Hər yaranın izləri isə silinməz qalmış.

...Gecə vaxtı Əlincəqalaya qalxırıq. Jurnalist həmkarım Sara Əzimova məlumat verir ki, uçulub-dağılmış, yer üzündən silinmək təhlükəsi olan qala 4 il əvvəl insan əlləri ilə, atlarla daşınan daşlarla yenidən qurulub. Bu gün onun zirvəsində üçrəngli bayrağımız dalğalanır. Gecənin səssizliyində babalarımızın, qəhrəman qala müdafiəçilərinin hənirini duyuram sanki. Əmir Teymurun “hücum” əmri gəlir qulaqlarıma. 14 il, tam 14 il o boyda böyük fatehə baş əyməyən Əlincənin zirvəsində indi mən ulu əcdadlarımızın ruhu qarşısında baş əyirəm!!! Qalanı sərəncam verib bərpa edən Ali Məclisin Sədri cənab Vasif Talıbovun vətənpərvərliyi və Naxçıvan sevgisi, qurduğu YENİ VƏ MÜASİRLƏŞƏN Naxçıvan qarşısında baş əyirəm!..

Naxçıvan nümunəsində qoruyub yaşatmaq

Təkcə Əlincəqala deyil, Mömünə Xatın türbəsi, Hüseyn Cavid məqbərəsi, Xanəgah, Xan sarayı, Buzxana, Qarabağlar türbəsi və yüzə yaxın digər dünya əhəmiyyətli abidələr də orijinal üslubda bərpa edilərək ikinci ömrünü yaşayır.

Naxçıvan indi həm də muzeylər diyarıdı... Onlarla muzeydə nəinki Azərbaycan, hətta bütün dünya üçün əhəmiyyət daşıyan nümunələr sərgilənir. Azərbaycanın zəngin tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini Naxçıvan elə Naxçıvan nümunəsində qoruyub yaşadır. Bir gün yolunuz bu qədim diyara düşərsə, onun gözəlliklərini öz gözlərinizlə görmək üçün onu qarış-qarış gəzin və hiss edin...Gəzin ki, neçə-neçə şairlərin, memarların, yazıçıların vəsf etdikləri bu elin, bu obanın sizdə də bir izi qalsın...

Əshabi-Kəhfə, Batabata, Atçılıq Mərkəzinə getməyi də unutmadım. Göycə festivalına qatıldım...

Kabab qoxulu natəmizliklə uşaqlıq xatirələrimdə yaşayan Əshabi-Kəhf indi böyük bir mədəniyyət və turizm kompleksinə çevrilib. Abadlaşıb, dəyişib, yüzlərlə turisti qəbul etmək imkanı qazanıb... Damcılı mağaraya qədər qalxırıq. Özümü o qədər təmiz, hüzurlu və Yaradana yaxın hesab edirəm ki, bunu sözlə ifadə edə bilmərəm. Sadəcə, hər kəsə, elə özümə də “bütün dualarımız qəbul olsun”,- deyirəm. Qoy bayrağımız heç zaman zirvələrdən enməsin...

Şahbuzun kəndləri gözümü oxşayır

Budur, Naxçıvan şəhərindən aralanırıq. 40 dəqiqə sonra Batabatdayıq. Şəhər istidi, lakin burda 20 dərəcə sərinlikdə üşüyürəm ...Tərtəmiz havanı ciyərlərimə “görməmişliklə” çəkirəm. Göllər, bulaqlar, dağ çayları yazın ilk günlərindən cuşa gəlib. Hər tərəf gül-çiçəkdi. Ətraf cənnət qoxuyur. Məni bihuş edir. Yolboyunca Şahbuzun kəndləri gözümü oxşayır. Təəccüblənirəm, çılpaq təpələrdə, yol kənarlarında belə on minlərlə ağac əkib bağ salıblar. Halal olsun, deyirəm, yurdumun zəhmətkeş, yurdsevər insanlarına. Söz tapa bilmirəm... İçimdə danışıram, müqaisə edib nəticə çıxarıram. Astadan pıçıldayıram: “Doğma yurdum, saysız təbii gözəlliklərin, yağıya qalxan olan milli köklərin, zəhmətsevər insanların indi səni qüdrətli bir muxtar diyara çevirib!

Gəzib-gördükcə qətiləşdirirəm ki, Nuh Yurdu Naxçıvan əvvəllər gördüyümdən qat-qat dəyişib, müasirləşib və daha da gözəlləşib. Müasir Azərbaycanımızın memarı, ulu öndər Heydər Əliyevin Naxçıvanda uğurla davam etdirilən quruculuq xətti bu diyarı xoş günlərə qovuşdurub! İqtisadi gücünü birə min qat artırıb, ordusunu yenilməz edib. Bir sözlə, Azərbaycan tarixində əvəzolunmaz və xüsusi yeri olan müqəddəs diyarı çiçəkləndirib.

Son sözüm

Doya bilmədim səndən...

“Ah mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim?”- deyə Mikayıl Müşfiqin misraları dilimə gəldi. Göyün üzündə arxama boylanıram. Təyyarədən sənə baxdıqca düşünürdüm ki, cənnətə gedən yol bu diyardan keçir... Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Bir sözlə, məndən, səndən, ondan, bizdən başlanır...

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətlərini, tarixini, dəyərlərini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən...

Hey uçsam da yuvam sənsən, elim, günüm, obam sənsən, Ana Vətən, doğma diyar!

Röya BƏNƏNİYARLI
Azərbaycan televiziyasının əməkdaşı
Bakı-Naxçıvan-Bakı

 
  • Oxunub:  7230  |  
  • Tarix:  04-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA