Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib

15.06.2019 [10:22]

Dünən Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd edib. Natiq çıxışında bu gün Azərbaycanın bütün dünyada demokratik, dünyəvi bir dövlət kimi tanındığını bildirib. İ.İsmayılov ölkəmizin iqtisadi inkişafına görə dünyanın qabaqcıl ölkələri sırasında olduğunu, Azərbaycanın Heydər Əliyev yolu ilə uğurla, inamla irəlilədiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni uğurlar əldə etdiyini vurğulayıb.
Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”, Mingəçevir Turizm Kollecinin müəllimi Aygül Rəhimova “Ümummilli Lider Heydər Əliyev - milli qurtuluşumuzun müəllifi”, 16 saylı orta məktəbin tarix müəllimi Ramiz Kərimov “Dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısı və milli xilaskarımızdır”, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tyutoru, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini Aytac Cavadova “Azərbaycanın müasir nailiyyətləri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttin uğurlu davamıdır” mövzusunda çıxışlar ediblər.

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30