Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb

29.06.2019 [10:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmandan irəli gələn tövsiyə və tapşırıqların icrası ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə böyük töhfə verib.
Qarşıya qoyulan məqsədə nail olunması üçün vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, mövcud sahədə hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi, peşəkar kadr potensialı ilə seçilən hüquq-mühafizə orqanlarının, habelə insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatların qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində birgə fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Müasir dövrün çağırışlarına uyğun hüquqi islahatların davam etdirilməsi nəticə etibarilə hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsinə, əhalinin dövlət hakimiyyəti və hüquq-mühafizə orqanlarına etimadının yüksəldilməsinə, vətəndaşların qanuna riayət etmək ruhunda maarifləndirilməsinə hesablanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeyd edilən zərurətdən irəli gələrək, Vəkillər Kollegiyasının digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində iyunun 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev memorandumun əhəmiyyətinə toxunaraq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə-hüquq sisteminin formalaşdırılması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsinə istiqamətlənən islahatların ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəkləndiyini bildirib. Qeyd edilib ki, bu sahədə dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının qarşılıqlı olaraq insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı genişlənməkdədir.
Baş prokurorun müavini Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirəsalınmadan prokurorluq orqanlarına verilməsinə dair razılığın memoranduma daxil edilməsinin cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını vurğulayıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirib ki, ölkəmizdə vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində vəkillərin sayı əhəmiyyətli dərədəcə artıb. Hazırda Bakıda və Azərbaycanın regionlarında 1500 nəfərdən çox vəkil xidməti fəaliyyət göstərir.
Kollegiyanın öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A.Bağırov dövlətin vəkilliyin inkişafına böyük diqqət ayırdığını deyib. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamında Vəkillər Kollegiyasına fəaliyyətində şəffaflığın artırılması tövsiyə edilib.
Eyni zamanda, A.Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanda Vəkillər Kollegiyasına verilmiş tövsiyələr çərçivəsində bu Memorandumun imzalanmasının, hər iki qurum arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Qeyd olunub ki, əməkdaşlıq münasibətlərinin başlıca qayəsini vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi təşkil edir. Memorandumun imzalanması nəticə etibarilə məhz bu məqsədə yönəlib.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30