Ana səhifə »  Sosial »  “Azərbaycançılıq ideologiyası və İslam”
A+   Yenilə  A-
“Azərbaycançılıq ideologiyası və İslam”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
İyulun 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası və İslam” mövzusunda konfrans keçirilib.
Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirən bir ideyadır. Onun sözlərinə görə, bu ideologiya Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub: “Bu ideya XIX əsrın sonlarında meydana gəlib, Xalq Cümhuriyyəti dövründə də belə ideya olub, amma praktiki olaraq azərbaycançılıq ideologiyasının dövlət ideologiyası səviyyəsinə qaldırılaraq tətbiq olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasında təsbit olunmasa da, biz bu məfkurə ətrafında birləşmişik. Bu, təkcə müstəqil Azərbaycanın vətəndaşlarını deyil, bütün dünya azərbaycanlılarını birləşdirən ideyadır.
Mübariz Qurbanlı deyib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümü tamam olur. Onun sözlərinə görə, Ulu Öndər xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Bu xidmətlərdən biri də azərbaycançılıq ideologiyasıdır. Komitə sədri onu da qeyd edib ki, azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dini mühüm rol oynayıb.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından bəhs edən “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş etdirilib.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu azərbaycançılıq ideyasının köklərinin qədimlərə gedib çıxdığını deyib. Onun sözlərinə görə, real siyasi müstəvidə azərbaycançılıq ideologiyası bu gün gördüyümüz güclü, inkişaf edən, beynəlxalq müstəvidə nüfuzlu aktorlardan birinə çevrilən Azərbaycandır: “1969-cu ildən başlayan ən yeni tariximizin bu gerçəkliklərinə görə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə borcluyuq. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi və bundan sonra Azərbaycanda yeni inkişaf mərhələsi başladı. Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyətində qırmızı xətt kimi keçən mühüm məqam ondan ibarətdir ki, müxtəlif fərqli siyasi-ideoloji sistemdə Azərbaycana rəhbərlik etməsinə baxmayaraq Onun fəaliyyətinin cazibə mərkəzi kimi Azərbaycan xalqının və dövlətinin maraqları müəyyənləşmişdi. İki dövr arasında siyasi varislik körpüsü qurmağa çalışsaq, hər iki dövrü birləşdirən mühüm ideoloji xətt var ki, bu da azərbaycançılıqdır. Azərbaycançılıq sovet dövründə də bizim milli identifikasiyamızı, milli düşüncəmizi təmin etdi. Həm də milli özünüdərk üçün əsaslar yaratdı ki, 1980-ci illərin sonunda yenidənqurma erasında xalqımız yeni siyasi sistemə özünü dərk edən, milli dəyərlərini, milli kimliyini bilən və bununla fəxr etməyi bacaran xalq kimi daxil oldu. Postsovet məkanında bəzi xalqlar var ki, sovet dövründə onlara təlqin olunan milli-sosial kimlik bu gün də qalmaqdadır. Amma biz məhz sovet dövründə böyük dövlət xadimi Heydər Əliyevin sayəsində dilimizdən, milli kimliyimizdən, Azərbaycanın sosial identifikasiyasını təmin edən, ümumi sosial kimliyimizi formalaşdıran dəyərlərdən məhrum olmadıq”.
Millət vəkili onu da qeyd edib ki, milli kimliyimizin formalaşmasında tarixi təfəkkür əvəzsiz rol oynayır: “Sovet dövründə dilimizin, dinimizin qorunması, tarixi, milli mənəvi dəyərlərimizi əks etdirən filmlərimizin çəkilməsi, Azərbaycanın tarixi qəhrəmanlarının obrazlı şəkildə yenidən Azərbaycanın özünə təqdim olunması məhz azərbaycançılıq kimliyini formalaşdırırdı. 1991-ci ildən yeni tarixi-siyasi şərait yarandı. Yeni müstəqil dövlət elan olundu, amma bu dövlətin siyasi sistemini qurmaq çox çətin məsələ idi. Çünki 1991-1993-cü illərdə xaos var idi. Hüquqi dövlətin qurulması isə başlıca vəzifə idi. O dövrdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətini izləsək görərik ki, azərbaycançılıq ideologiyası artıq 1993-cü ildə milli məfkurəyə çevrilməyə başladı. Bu, çox aktual məsələ idi. Amma o dövrdə fəaliyyət göstərən bəzi siyasi mərkəzlər xaricdən hazır tezis gözləyirdilər, müxtəlif ideyalar ortaya atırdılar. Belə bir zamanda böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan cəmiyyətinə və siyasi sisteminə yeni fəlsəfə təqdim etdi. Bu yeni azərbaycançılıq fəlsəfəsi idi. Onun yaratdığı partiyanın adı da Yeni Azərbaycan Partiyasıdır. Qısa müddətdə Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, azərbaycançılıq Azərbaycan dilini, mədəniyyətini bilmək, Azərbaycan tarixini bilməklə yeni dəyərləri mənimsəyərək fərdin inkişafını bu prosesdə təmin etməkdir”.
Millət vəkili deyib ki, azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir və bu, ölkənin inkişafını təmin edir. Hikmət Babaoğlu söyləyib ki, bizim mentalitet milli psixologiya, milli mədəniyyət və milli mənəviyyatdır: “Mənəviyyatın içərisində əsas komponentlərdən biri də dindir. Özümüzü hər nə qədər müasir cəmiyyətin yetirməsi hesab etsək də, daxilimizdə fərd olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycançılıq ideologiyasında olan dözümlülük, tolerantlıq, sülh, birgəyaşayış, multikultural dəyərlər həm də İslam dinindən gəlir. Nəticə etibarilə İslam elmi, inkişafı təlqin edən dindir. Ona görə də, azərbaycançılıq və İslam dedikdə, məsələnin bu kontekstdə qiymətləndirilməsi doğrudur”.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir: “Çünki O, yeni dünyanın yeni dəyərlər sisteminə dəyərlər qatmağı bacaran liderdir”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev çıxışında konfransın çox aktual mövzuya həsr edildiyini bildirib. O, Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, Azərbaycan həqiqətləri, o cümlədən dinlərarası dialoqun əhəmiyyəti barədə danışaraq deyib ki, bu gün dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir dünyada və zamanda dinlərarası, həmçinin mədəniyyətlərarası dialoqun bərqərar olması vacibdir. “Dinlərarası və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlıq üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası, ölkələrin səylərinin birləşdirilməsi zəruridir. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Vicdan azadlığını insan hüquq və azadlıqlarının yalnız bir parçası kimi deyil, həm də tarixi dəyər kimi uca tutan Azərbaycan xalqı müxtəlif dini inanclı insanların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Məhz bu səbəbdən, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən, dözümsüzlüyün bütün formalarını rədd edən humanist məkan kimi öz mövqeyini qoruyub saxlaya bilib. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasında öz əksini tapır”, - deyə S.Musayev vurğulayıb.
S.Musayev çıxışında Ulu Öndər Heydər Əliyevin İslam dininə olan ehtiramı, Onun məscidlərin və digər dini ibadət yerlərinin yenidən qurulması istiqamətində verdiyi qərarlar barədə fikirlərini bildirib. Qeyd edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar aparır: “Azərbaycan bu gün İslama sahib çıxır, bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi: “Amma Ümummilli Lider Heydər Əliyevin təqdim etdiyi azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə ehtiva edir. Bu ideya mütləq şəkildə gələcək nəsillərə ötürülməlidir”.
Tədbirdə həmçinin islamşünas alim Nəriman Qasımoğlu və DQİDK yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev mövzu ilə bağlı çıxış ediblər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1890  |  
  • Tarix:  11-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA