Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

24.07.2019 [09:31]

Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini vəziyyətlə bağlı yazılan yazılarda, sosial şəbəkələrdə verilən məlumatlarda qərəz, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Əlbəttə, bunlar anti-Azərbaycan ünsürlərin fəaliyyətinin nəticəsidir. “Azərbaycan dini tolerantlıq baxımından, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir. Ancaq ölkəmizin əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yanlış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim xüsusi qrupumuz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda həmin qrup bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırır”, - deyə Komitə sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30