Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaxda bir gündə 19 min ədəd müxtəlif növ ağac əkiləcək

Qaxda bir gündə 19 min ədəd müxtəlif növ ağac əkiləcək

26.10.2019 [09:55]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Qax rayonu sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda geniş hazırlıq işləri görülür. Genişmiqyaslı kampaniya çərçivəsində rayon ərazisində bir gündə 19 min ağac tinginin əkilməsi nəzərdə tutulur.
Hazırlıq işlərinin gedişi barədə məlumat verən Qax Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elşən Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü mütəfəkkir şairin 650 illik yubileyinə və xatirəsinin əbədiləşdirilməsinə çox böyük töhfə olacaq. Nəsiminin xatirəsinə əkiləcək ağaclar, salınacaq bağlar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək. Bu xeyirxah təşəbbüslə əlaqədar respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da geniş hazırlıq işləri aparılır. Ağacların əkiləcəyi ərazilər müəyyən edilib. Hazırda çalalar qazılır, sahələrə üzvi gübrə daşınır. Rayonumuzun sakinləri bu aksiyanın uğurla həyata keçməsi üçün öz səylərini əsirgəməyəcəklər”.
Bu təşəbbüs Qax şəhəri də daxil olmaqla, rayonun 17 yaşayış məntəqəsini əhatə edəcək. Hazırda rayonun Ləkit kəndində də geniş hazırlıq işləri görülür. Bölgüyə əsasən, kəndin ərazisində 1375 ağac tinginin əkilməsi nəzərdə tutulur.
Rayon İcra Hakimiyyəti başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təhminə Ağayeva ilə elə ağacların əkiləcəyi ərazidə görüşürük. Hazırda burada da qızğın iş gedir, texnikanın və kənd sakinlərinin köməyi ilə sahə hamarlanır, çalalar qazılır, su arxları çəkilir.
Genişmiqyaslı kampaniyanın əhəmiyyətini yüksək qiymətləndirən icra nümayəndəsi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ləkitlilər tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bu kampaniyanın keçirilməsi dahi Nəsiminin adının, xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, ekologiyanın sağlamlaşdırılması baxımından da çox əhəmiyyətlidir. Ona görə də, bütün kənd əhalisi noyabrda keçirilməsi nəzərdə tutulan bu təşəbbüsdə fəal iştirak edəcək, ətraf mühitin sağlamlaşdırılmasına öz töhfəsini verəcək”.
Rayon ərazisində əsasən bölgə üçün xarakterik olan cökə, akasiya, sərv, xan çinarı, qoz, şabalıd, sarağan, ağcaqayın, tut və digər növ ağac tinglərinin əkilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xarici siyasət

MEDİA

Gündəm

Sülhə doğru...

10 May 10:30

Siyasət

Xəbər lenti

Gündəm

Heydər Əliyev - 101

10 May 09:45  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31