Ana səhifə »  Sosial »  Bakının digər rayonları kimi, Binəqədi rayonu da sürətlə abadlaşır, gözəlləşir
A+   Yenilə  A-
Bakının digər rayonları kimi, Binəqədi rayonu da sürətlə abadlaşır, gözəlləşir
Həyata keçirilmiş kompleks tədbirlərin müsbət nəticəsini həm rayonun infrastrukturunda, həm də insanların rifah halında müşahidə etmək mümkündür
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Əlbəttə Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Binəqədi rayonudur.
Abadlıq-quruculuq işləri geniş vüsət alır
Rayonda son vaxtlar təmir-tikinti, abadlıq işləri xüsusi vüsət alıb. ötən ilin 9 ayı ərzində rayon MKTB-nin xətti ilə 41420 kvadratmetr yeni asfalt örtüyü salınıb, 10612 kvadratmetr dam örtüyü təmir olunub, yaşayış binalarının zirzəmilərində 2441 metr müxtəlif diametrli kommunikasiya xətləri təmir edilib. Ərazidən 102600 kubmetr məişət tullantısı, 3843 reys süpürüntü daşınıb. MKİS-lərin xidməti ərazilərində yaşayış binalarının həyətləri abadlaşdırılıb, 185 ədəd oturacaq, 15 ədəd yelləncək, 7 ədəd turnik, 3 ədəd günlük quraşdırılıb.
Rayonda sahibkarlığın inkişafına mühüm önəm verilir. Bununla bağlı bəzi göstəricilərə diqqət yetirək. 2009-cu ilin 9 ayı ərzində ticarət və iaşə şəbəkələrində əhaliyə satılmış 643 milyon 465 min manatın 99,8 faizi özəl sektorun payına düşüb, başqa sözlə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.
Sözügedən dövrdə istehsal olunmuş 109 milyon 214 min manatlıq məhsulun və göstərilmiş xidmətlərin 73,8 faizi özəl sektorun payına düşür. Digər sahələr üzrə əldə olunmuş nəticələrin təhlilinə də nəzər salsaq, eyni mənzərə ilə qarşılaşarıq. Bu isə onu göstərir ki, rayonda sahibkarlığın inkişafı üçün zəruri şərait yaradılıb.
Rayonda bələdiyyələr və icra nümayəndəliklərinin fəaliyyəti də qənaətbəxşdir. Biləcəri bələdiyyəsinin xətti ilə müxtəlif ünvanlarda böyük həcmdə abadlıq-tikinti işləri aparılıb. İmkansız ailələrə yardımlar göstərilib. Qəsəbədə su və kanalizasiya xətləri təmir edilib. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən bir sıra abadlıq, təmir-tikinti işləri həyata keçirilib: 200-ə yaxın ünvanda kanalizasiya xətti çəkilib, Binəqədi şosesi və Binəqədi-Novxanı magistral yolunda daxili imkanlar hesabına təmir-bərpa və abadlıq işləri aparılıb.
Xocəsən bələdiyyəsi də 9 ay ərzində bir sıra işlər görüb. Bakı-Şamaxı yolunun kənarı, Hökməli dairəsi, “28 May” qəsəbəsi və digər ərazilərdə yol ətrafları genişləndirilib, qanunsuz tikililər sökülüb, hörgü və suvaq işləri aparılıb, məişət tullantıları yığılaraq ərazi abadlaşdırılıb. 103 saylı orta məktəbin inzibati binasına yeni qaz xətti çəkilib.
Rəsulzadə bələdiyyəsi tərəfindən bu ilin 9 ayı ərzində bütün təmir-tikinti və abadlıq işlərinə 35 min 683 manat vəsait xərclənib. Yaz-yay mövsümü ilə əlaqədar “Heydər parkı”nda aparılmış təmir-abadlıq işlərinə 9 min 740 manat xərclənib, Azadlıq prospektində 161, 167 və 169 saylı yaşayış binalarının ətrafına 14 min manatlıq, Koroğlu küçəsinə isə 3 min manatlıq asfalt örtüyü döşənib. Məlikov adına xəstəxanada müxtəlif təmir işləri görülüb. Rayon Ağsaqqallar Şurasına inventar alınıb, Milli Qəhrəman Fərhad Hümbətovun büstünün ətrafında təmir və abadlıq işləri görülüb. Binəqədi şosesinin sağ tərəfində yerləşən sənaye obyektlərinin və fərdi yaşayış evlərinin çirkab sularının Böyük Şor gölünə axıdılması məqsədilə yeni nasosxana binasının tikintisinə başlanıb.
Rayonun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri də ürəkaçandır. Cari ilin 9 ayında sənaye məhsulunun həcmi 109214,2 min manat təşkil edib. Sənaye müəssisələrində 6415 nəfər işləyib. Bu müəssisələrdə əməkhaqqı 16478,7 min manat olub. Bu da ötən ilin müvafiq dövründən 11,1 faiz çoxdur...
2009-cu ilin 9 ayında emal sənayesində 4343 nəfər çalışıb. Sözügedən sahədə işçilərin orta aylıq əməkhaqqı 243,9 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 137,5 faiz artımla xarakterizə edilir. Kommunal sahələrdə isə 2392 nəfər çalışıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 114,6 faiz təşkil edir. Onların orta aylıq əməkhaqqı 238,8 manat məbləğində olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 115,9 faizdir.
Rabitə xidmətlərindən əldə olunan gəlir 1456,2 min manat təşkil edib. Hesabat dövründə rabitə müəssisələrində 557 işçi çalışıb, onların orta aylıq əməkhaqqı ötən ilə nisbətən 10,5 faiz artaraq 328,7 manat olub.
Əməkhaqqının artımı nəqliyyat sahəsində də müşahidə olunur. Nəqliyyatda yanvar-sentyabr aylarında 4050 nəfər işçi çalışıb. Onların orta aylıq əməkhaqqı 197 manat olub. ötən ilin 9 ayında 5920,9 min manat xidmət göstərilib ki, bu da ötən ilə nisbətən 48,6 faiz çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi 643465,1 min manat olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 128958,9 min manata çatıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdur. Onu da xatırladaq ki, əhaliyə göstərilən pullu xidmətlərin 20,4 faizi dövlət müəssisələrinin payına düşür. özəl müəssisələr tərəfindən əhaliyə göstərilən pullu xidmətlər 102628,8 min manat təşkil edib.
Prezident İlham Əliyev bankların fəaliyyəti ilə bağlı tövsiyələrini verərkən bildirib ki, banklar tərəfindən verilən kreditlər vaxtında qaytarılır və bununla da əlavə resurslar yaranır, zəruri sahələrə investisiya qoyuluşu reallaşır. Rayonda 8 bank filialı fəaliyyət göstərir, onlardan 5-i özəldir, 36 bankomat və 129 posterminal mövcuddur. Qeyd edək ki, 9 ayda banklar tərəfindən 5226 min manat kredit verilib. Onlardan 2616 min manatı qısamüddətli, 2616 min manatı isə uzunmüddətlidir. Statistik məlumata görə, verilən kreditlər vaxtında banklara qaytarılır.
Bir neçə kəlmə rayonda aparılan tikintilər haqqında. 2009-cu ilin yanvar-sentyabr aylarında 2355 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 60074,9 min manatın 20796,6 min manatı istehsal təyinatlı obyektlərin (34,6 faiz) və 39278,3 min manatı qeyri-istehsal yönlü tikintilərin inşasında (65,4 faiz) istifadə olunub. Hesabat dövründə tikintidə 2162 nəfər çalışıb. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqısı 265,7 manat olub.
Yeri gəlmişkən, qeyd edək ki, ötən il rayon ərazisində Bakı şəhəri üçün müstəsna əhəmiyyət daşıyan iki tikinti obyekti istifadəyə verilib. Bunlardan biri “Azadlıq prospekti” metro stansiyası, digəri isə Azadlıq prospektindəki tuneldir. Hər iki obyektin açılışı rayon əhalisinin böyük sevincinə səbəb olub.
Rayon əhalisinin işlə təmin olunması, yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. ötən il 532 yeni iş yeri açılıb. ümumiyyətlə, 2003-cü ilin oktyabrın 1-dən 2009-cu ilin oktyabrın 1-nə qədər olan dövrdə rayonda 23235 yeni iş yeri açılıb.
Rayonda demoqrafik vəziyyət də ürəkaçandır: 2009-cu ilin oktyabr ayında Binəqədi rayonu əhalisinin sayı 278 min 9801 nəfər təşkil edib. Rayon ərazisi 0,17 min kvadratkilometrdir, əhalinin sıxlığı 1 kvadratkilometrə 1346 nəfər təşkil edir. Bu dövrdə təbii artım 1604 nəfər olub. Bu ilin əvvəlindən miqrasiya saldosu müsbətdir.
Binəqədi rayonunda məcburi köçkünlərin sosial problemlərinə də diqqət və qayğı ilə yanaşılır. Dövlət başçımızın bununla bağlı tövsiyələrinə rayon rəhbərliyi prioritet məsələ kimi yanaşır. ötən ayın 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksinin istifadəyə verilməsi deyilən fikrin təsdiqidir.
Xatırladaq ki, həmin kompleksin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib. İnşaatçılar, məcburi köçkünlər və yerli sakinlər dövlət başçımızı hərarətlə qarşılayıblar. Mərasimdə ölkə Prezidentinə kompleks barədə ətraflı məlumat verilib. Bildirilib ki, inşa olunmuş doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilib.
Qeyd edək ki, Binəqədi rayonunda ucaldılan bu kompleksin tikintisinə 2008-ci ildə başlanıb. Binaların yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i dördotaqlıdır.
Yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillərə telefon, su və qaz xətləri çəkilib.
Sosial problemlərin həlli diqqət mərkəzindədir
Binəqədi rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına müvafiq olaraq həyata keçirib, nəzərdə tutulmuş məsələlərin və verilən cari tapşırıqların yerinə yetirilməsini təmin edib. Rayon icra hakimiyyəti başçısı yanında şuranın iclasları cədvəl üzrə keçirilib, müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında şuranın qərarları, zəruri hallarda rayon icra hakimiyyəti başçısının sərəncamları verilib.
2009-cu ildə çoxsaylı ümumrayon müşavirəsi, yığıncaq, konfrans və toplantılar keçirilib, idarə, təşkilat və müəssisələrdə rayon fəalları, ictimaiyyətin nümayəndələri, əmək kollektivləri, sakinlər, qaçqın və məcburi köçkünlərlə görüşləri təşkil olunub. Hər ay keçirilən tədbirlər barədə və rayon icra hakimiyyəti tərəfindən vətəndaşların müraciət və şikayətlərinə baxılması, eləcə də, yerlərdə təşkil olunan görüşlərdə deyilmiş tənqidi qeydlərin və təkliflərin icrasına dair məlumatlar hazırlanıb Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə göndərilib. Vətəndaşların ərizə və müraciətlərinə, onların qəbul olunmasına xüsusi diqqət yetirilib. Vətəndaşlar tərəfindən daxil olmuş bütün müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qanundan irəli gələn digər normativ-hüquqi aktlara uyğun olaraq baxılıb. Qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri və məcburi köçkünlərin problemləri diqqətlə dinlənilib, çətinliklərin aradan qaldırılması üçün aidiyyətı təşkilatlara müvafiq tapşırıqlar verilib.
Bir sözlə, Bakının digər rayonları kimi, Binəqədi rayonu da sürətlə abadlaşır, gözəlləşir. Həyata keçirilmiş kompleks tədbirlərin müsbət nəticəsini həm rayonun infrastrukturunda, həm də insanların rifah halında müşahidə etmək mümkündür.
Binəqədililər Ulu öndərin ideyalarına sadiqdirlər
Sosial-iqtisadi sahədə əldə edilən tərəqqi, eyni zamanda, rayonun ictimai-siyasi həyatında da özünü qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Binəqədi rayon təşkilatının sıralarına daxil olanların sayının artması da təsdiqləyir. Rayon təşkilatı ətrafında 5819 qadını, 6705 gənci, ümumilikdə isə 11651 nəfəri birləşirir. YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilovun sözlərinə görə, rayon əhalisi hər zaman dövlətçiliyi müdafiə edib: “Binəqədi rayonunun sakinləri bütün siyasi kampaniyalarda aktivlik nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da, eyni zamanda, bələdiyyə seçkilərində də gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək”.
Ramil VƏLİBƏYOV

 
  • Oxunub:  19380  |  
  • Tarix:  08-01-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA