Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mirvarisi ŞUŞA

Azərbaycan mirvarisi ŞUŞA

27.12.2019 [10:05]

Məlum olduğu kimi, zaman-zaman Azərbaycanın tarixçiləri, şairləri və yazıçıları tərəfindən Şuşanın əsasının qoyulması, tarixi, Şuşada yaşayıb-yaratmış dahi insanlar və ümumiyyətlə, ölkəmizin bu qədim diyarı haqqında bir çox kitablar, məqalələr, şeirlər yazılıb. Nəticədə vətənimizin dilbər guşələrindən olan Şuşa şəhəri haqqında zəngin arxiv materialları, tarixi faktları əks etdirən sənədlər və nadir fotoşəkillər qorunub saxlanılıb.
Qeyd edim ki, təqdim etdiyimiz bu kitab-albomu ərsəyə gətirməkdə məqsədimiz heç də Şuşa haqqında dərc edilmiş çoxsaylı kitab, jurnal və s. nəşrlərdə əksini tapmış tarixi faktlara, Şuşanın mədəni həyatı, tanınmış şəxsiyyətləri haqqında olan məlumatlara bir yenilik gətirməkdən ibarət deyil. Şuşamız işğala qədər bütün zamanlarda gözəllik və mədəniyyət təcəssümü olub. Şuşanın itirilməsi tək şuşalılara deyil, bütün Azərbaycan xalqına ağır zərbə vurdu. Kitab-albomu ərsəyə gətirməkdə də əsas məqsədimiz Dağlıq Qarabağın işğalından sonra dünyaya gəlmiş gənc nəslin nümayəndələrinə Şuşa, bu şəhərin Qarabağın və ümumilikdə Azərbaycanın mədəni və ədəbi həyatında rolu haqqında məlumat verməkdir. XIX əsrin sonlarında, XX əsrdə, həmçinin erməni işğalından sonra Şuşada çəkilmiş fotoşəkilləri bir kitaba yığmaqla Şuşanın əsasının qoyulduğu vaxtdan ermənilər tərəfindən işğal olunub dağıntılara məruz qalmasınadək iki əsrdən artıq dövrü əhatə edən zaman haqqında ümumi təsəvvür yaratmağa və bu şəhər haqqında bir çox tarixi gerçəklikləri açıqlamağa çalışmışıq. Kitab-albom iki dildə - Azərbaycan və rus dillərində tərtib edilməklə üç hissədən ibarətdir: “Azərbaycan mirvarisi - Şuşa”, “Tanınmış şuşalılar”, “Şuşa erməni işğalından əvvəl və sonra”.
Bu məqamda onu da vurğulamağı özümə borc bilirəm ki, Dağlıq Qarabağın işğalından sonra dünyaya gəlmiş gənc nəsil vətənpərvərliyi ilə heç də I Qarabağ savaşı zamanı Vətən uğrunda canlarını belə əsirgəməyən igid Azərbaycan övladlarından geri qalmır. Buna Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, aprel döyüşlərinin qəhrəmanlarının simasında bir daha əmin olduq. Ona görə də haqq işimizdə sonda qələbənin bizimlə olmasına zərrə qədər şübhə etmirik. Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir əsgər kimi möhkəm birləşən igid Azərbaycan övladları işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazırdırlar. Bütün bunlar bizi bir daha əmin edir ki, erməni işğalçıları öz havadarlarının köməyi ilə Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesini süni surətdə uzatmaqla heç nəyə nail ola bilməyəcəklər.
Azərbaycan xalqı 1992-ci ilin may ayının 8-də xəyanətin qurbanı olmuş Şuşanı rəşadətli, müdrik və mübariz oğul və qızlarının qəhrəmanlıqları sayəsində mütləq geri qaytaracaq!
İsmayıl İsmayılov

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30