Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təyyarə qəzasında həlak olanların xatirəsinin yad edilməsi üçün Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Təyyarə qəzasında həlak olanların xatirəsinin yad edilməsi üçün Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

11.01.2020 [11:02]

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin yad edilməsi üçün bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Energetika naziri, Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov Ukraynanın ölkəmizdəki səfirliyinə gələrək Azərbaycan hökuməti adından başsağlığı verib.
Nazir başsağlığı kitabına ürək sözlərini yazıb: “Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Ukrayna hökuməti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və yaxınlarına Azərbaycan hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

Paylaş:
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30