Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Yevlaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

17.01.2020 [09:29]

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Yevlax rayonunda silsilə tədbirlər keçirilir. Faciənin ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, muzeylərdə anma mərasimləri, xatirə gecələri, konfranslar keçirilir, sərgilər təşkil olunur. Yevlax şəhərindəki 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə abidə kompleksində əsaslı təmir və yenidənqurma işləri aparılır, ətrafı abadlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında keçirilən tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədri İlham Məmmədov çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıb. Bildirilib ki, 20 Yanvar gecəsi qəhrəman oğul və qızlarımız öz qanları ilə qəlbimizə müstəqilliyimizin, azadlığımızın ilk toxumlarını səpdilər. Zaman keçdikcə bu toxumlar cücərərək böyüdü, müstəqilliyimizə qovuşmaq üçün bir simvola çevrildi. Həmin faciəli gecədə xalqımızın tarixinə bir qəhrəmanlıq salnaməsi yazıldı.
Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, YAP fəalı Fərid Vaqifli və digər çıxış edənlər də 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən bəhs edib, qanlı hadisələrin şahidləri öz xatirələrini bölüşüblər.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax peşə məktəbində keçirilən tədbirdə də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğından bəhs edilib. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. 20 Yanvar gecəsində Azərbaycan xalqı özünün qəhrəmanlığını, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.
Məktəbin müəllim və şagirdləri Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül-çiçək düzüb, ruhlarına dualar oxuyublar.

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30