Ana səhifə »  Sosial »  Sürətli inkişafın Nəsimi rayon nümunəsi...
A+   Yenilə  A-
Sürətli inkişafın Nəsimi rayon nümunəsi...
Dövlət Proqramının uğurla icrası nəticəsində Nəsimi rayonu günü-gündən abadlaşır, insanların rifahı yüksəlir
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 11 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə rayonlardan biri də Nəsimi rayonudur.
Paytaxtın mərkəzi hissəsi abadlaşır və gözəlləşir...
Nəsimi rayon İcra Hakimiyyəti 2009-cu ildə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Yerli İcra Hakimiyyətləri haqqında əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, dövlət başçısının proqram xarakterli çıxışlarındakı müddəaları əsas götürərək, bir sıra uğurlar əldə edib. 2009-cu ildə Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılıb. Belə ki, keçmiş A.çaparidze adına parkda, Vaqif prospekti ilə S.Rüstəm küçəsinin kəsişməsindəki parkda, R.Zorge adına parkda abadlıq və müasir şəkildə əsaslı yenidənqurma işləri başa çatdırılıb. Parklara tamet plitə döşənib, bardürlər dəyişdirilib, yeni oturacaqlar qoyulub, müasir tipli işıqlandırma sistemi ilə təchiz edilib, minlərlə ağac, gül və dekorativ kollar əkilib, ərazilər tamamilə qazonlaşdırılıb. R.Zorgenin abidə kompleksi isə mərmər və qranitlə yenidən bərpa olunub. R.Behbudov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən, uzun illər baxımsız qalmış 3,5 ha sahədə yenidənqurma və abadlıq işləri aparılaraq müasir standartlara cavab verən yeni parkın inşası başa çatdırılıb. Parkda şəlalə və fəvvarələr kompleksi inşa edilib, xaricdən gətirilmiş müxtəlif ağac və dekorativ kollar əkilib, rahat oturacaqlar qoyulub, pilləkən və keçid meydançaları quraşdırılıb. S.Vurğun adına və “Muğam” parklarında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ötən ildən başlanılmış yenidənqurma işləri başa çatdırılıb və həmin parklar sakinlərin istifadəsinə verilib. 2-ci mkr ərazisindəki “Heydər parkı”nda təmir, bərpa və təmizlik işləri aparılıb, S.Vurğun, Ak.Topçubaşov, R.Məmmədov, H.Seyidzadə, N.Kazrmovski, ü.Hacıbəyov, N.B.Yusifbəyli, D.Əliyeva küçələrində, Tbilisi, Azadlıq və Bülbül prospektlərində yeni yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağac və dekorativ kollar əkilib. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarının həyətində qanunsuz quraşdırılmış yüzlərlə köşk və müxtəlif təyinatlı tikililər sökülüb, Ədliyyə Nazirliyinin Reyestr Xidmətinin inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar olaraq Azadlıq prospekti 72 saylı ünvanda və H.Sarabski küçəsində genişmiqyaslı abadlıq işləri aparılıb. Azadlıq prospekti, S.Əsgərova, D.Əliyeva, 28 May və Puşkin küçələrində 20 min m2-dən artıq sahəyə plitə döşənib, 10 min m2 -ə yaxın binaların fasadları rənglənib, bəzi binalara üzlük daş və alkapon vurulub. Bundan əlavə, S.Əsgərova küçəsində 3 min m2-ə yaxın sahəyə asfalt vurulub, D.Əliyeva küçəsində isə 2 min m2-dən artıq sahəyə ot örtüyü salınıb, 1000 p.m-ə yaxın bardür daşları dəyişdirilib. Metronun “28 May” stansiyasının 2-ci çıxışında və Tbilisi prospektindəki yeraltı keçiddə tikinti işləri başa çatdırılaraq istifadəyə verilib, hər iki tədbirin açılışında Prezident İlham Əliyev iştirak edib. ötən il yaşıllaşdırma işlərinə xüsusi fikir verilib, yaz və payız mövsümündə təkcə şənbə və bazar günləri keçirilən iməciliklər zamanı rayonun ayrı-ayrı ərazilərinə 2 mindən artıq ağac və dekorativ kollar əkilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar hazırda bu yöndə işlər davam etdirilir, rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınır. Bu tədbirlərdə rayonun bütün idarə və təşkilatları, o cümlədən, kommersiya strukturları yaxından iştirak edirlər. Bütün bunlardan əlavə, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Neft Şirkəti tərəfindən rayon ərazisindəki 28 ünvanda binaların 41380 m2 fasadları təmir edilib, 13 ünvanda binaların 14270,5 m2 dam örtükləri əsaslı təmir edilib, 3 ünvanda 10808 m2 səkiyə tamet döşənib, 7 ünvanda 48160 m2 asfalt örtüyü vurulub, bir sıra küçələrin bardürləri yeniləşdirilib və ya əsaslı təmir edilib.
ötən il rayonda 2176 yeni iş yeri yaradılıb
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli və 14 aprel 2009-cu il tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqram”na uyğun olaraq ötənil Nəsimi rayonunda 2176 yeni iş yeri açılıb ki, bunlardan 355-i yeni yaradılan, 191-i mövcud müəssisə və təşkilatlar, 5-i fəaliyyəti bərpa edilmiş, 1625-i fiziki şəxslər üzrə olub. 2009-cu ildə ümumi məhsul buraxılışının həcmi 903250,2 min manat olub ki, bu da 2008-ci ilə nisbətən 2,5 faiz çoxdur.
Əhali fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib
Hesabat ilində istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə “BakıElektrikŞəbəkə” SC Nəsimi rayonu Enerji Təhcizatı və Satışı İdarəsi tərəfındən 8 yeni transformator məntəqəsi (TM) inşa edilib, 7 yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, 20 transformator məntəqəsi əsaslı təmir edilərək şəbəkəyə qoşulub. ötən ildə 11810 yeni müasir elektron tipli elektrik sayğacı quraşdırılıb, hazırda abonentlərin 97,2 faizi sayğacla təmin edilib. “Bakışəhərişığı” DM-i Nəsimi rayon Texniki İstismarı üzrə 2009-cu ildə rayonun Ş.Əzizbəyov, M.Kazımovski, Füzuli, Ş.Bədəlbəyli, 28 May, F.Əmirov, D.Əliyeva, Puşkin, Ə.Topçubaşov, X.Şuşinski, M.Qasımov, ü.Hacıbəyov küçələrində və Bülbül prospektində bütövlükdə 114 elektrik dirəkləri dəyişdirilib, 160 ədəd 400 markalı, 68 ədəd isə 250 markalı çıraqlar yenisi ilə əvəz olunub. ü.Hacıbəyov, 28 May və Puşkin küçələrində aparılan əsaslı yenidənqurma işləri zamanı polietilen borular təzələri ilə əvəz edilib və həmin küçələrin işıqlandırılması tam təmin olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Nəsimi rayon Qaz İstismar Sahəsi 2009-cu il ərzində istehlakçılara 8536,3 min manat, o cümlədən, əhaliyə 4455,1 min manatlıq təbii qaz satıb. Rayon üzrə sayğaclaşdırma prosesi tam başa çatdırılıb.
2009-cu ildə Su Kəməri və Qurğularının İstismarı üzrə Nəsimi rayon İstehsalat Zonası tərəfindən rayon ərazisində müxtəlif diametrli 5296 p.m. su kəməri dəyişdirilib, məhəllədaxili su stansiyalarında müxtəlif markalı 25 ədəd nasos təmir edilib.
Nəsimi rayon Kanalizasiya Şəbəkəsinin Xidməti sahəsi tərəfindən il ərzində müxtəlif diametrli 1130 p.m. yeni kanalizasiya xətləri çəkilib, bütövlükdə 14 ünvanda isə 312 p.m. əsaslı təmir işləri aparılıb.
ötən il Nəsimi rayonu ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus 1 ədəd rayon istilik qazanxanası, 20 məhəllədaxili, 2 modul tipli qazanxana və 29 istilik məntəqəsi fəaliyyət göstərib. Mərkəzi istilik mənbələri hesabına 321 yaşayış binasından 195-i, 20 ümumtəhsil orta məktəb, 17 uşaq bağçası, 5 səhiyyə obyekti və 28 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunub. Qazanxana və istilik məntəqələrində 40 ədəd siyirtmə dəyişdirilib və 400 ədədi isə əsaslı və cari təmir olunub, 3 ədəd yeni nasos quraşdırılıb. Magistral və məhəllədaxili istilik xətlərində müxtəlif diametrli 1200 p.m boru yenisi ilə əvəz olunub. Azadlıq prospekti 86 ünvanında yerləşən 99 saylı qazanxanada modernləşmə işləri aparılıb, C.Səlimov 7/9 ünvanında yerləşən istilik məntəqəsi rekonstruksiya olunaraq, müasir tipli avadanlıqlarla təchiz olunub.
Təhsilə diqqət artır
Rayon ərazisində 40 təhsil müəssisəsi, o cümlədən, 29 ümumtəhsil məktəbı, 2 xüsusi məktəb, H.Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin humanitar liseyi, Yəhudi təhsil kompleksi, Atatürk liseyi və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 44 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.
2009-cu ildə 26 orta məktəb və 3 liseydə təhsil alan 27448 şagirdin təlim-tərbiyəsi ilə 3080 müəllim məşğul olub. 2008/2009-cu tədris ilində ümumtəhsil məktəblərini 2055 şagird bitirib, bunlardan ali məktəblərə 1912 şagird sənəd verib və 1047-si daxil olub. Qəbul imtahanlarında 20 abituriyent 600-dən yuxarı, 8-i isə 650-dən yuxarı bal toplayıb, 2 nəfər Prezident təqaüdünə layiq görülüb.
2009-cu il ərzində İ.Əbülhəsənov adına 42 saylı məktəbdə və İ.Əfəndiyev adına Elitar Gimnaziyada əsaslı təmir işləri aparılıb və yeni avadanlıqlarla təchiz edilib, ətraf ərazi abadlaşdırılıb. İ.Əfəndiyev adına Elitar Gimnaziyanın açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da iştirak edib. 22, 24, 119 saylı körpələr evi-uşaq bağçalarında cari təmir işləri aparılıb. Hal-hazırda rayonun 42 saylı orta məktəbin ərazisində 4 mərtəbəli 160 şagird yerlik əlavə korpus tikilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar RİH tərəfindən məktəb kitabxanalarına il ərzində 8000-dən artıq pulsuz bədii ədəbiyyat çatdırılıb.
ötən il məktəblərin maddi-texniki bazası daha da möhkəmlənib, məktəblərin kompüterləşməsi işləri davam etdirilib, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009/2010-cu tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilib, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilib.
ötən il H.Sarabski adına Mədəniyyəti Evində. İ.Əbilov, A.Puşkin və M.Əzizbəyov adına uşaq kitabxanalarında cari təmir işləri aparılıb. Rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələri, bağ-park, monumental və xatirə abidələrinin qorunması və təbliği diqqət mərkəzində olub.
Xüsusi qayğıya ehtiyacı olanların sosial müdafiəsi gücləndirilir
Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi qayğı göstərilib, mütəmadi olaraq həmin kateqoriyadan olan azyaşlıların problemləri rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub, onlara maddi və mənəvi köməkliklər edilib. Hesabat ilində rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən uşaq poliklinikalarında və körpələr evlərində profilaktik peyvənd işləri aparılıb. İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4190 nəfər vətəndaşa sosial müavinət və təqaüd verilib, 12 nəfər təqaüdçü müalicə olunmaq üçün sanatoriya-kurort putyovkası ilə təmin edilib, 4 nəfər Qarabağ müharibəsi əlilinə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz minik avtomobili verilib. 3141 ailənin 12649 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib və hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 121 manat təşkil edib ki, bu da 2008-ci ilin göstəriciləri ilə müqayisədə 25 faiz çoxdur.
Şəhid ailələri və Qarabağ müharibəsi veteranları daim diqqət mərkəzindədir
2009-cu il ərzində Nəsimi rayon İcra Hakimiyyətində 42 ailə mənzil növbəsinə qəbul edilib, müvəqqəti və xidməti orderlər əsasında rayon ərazisində yaşayan 15 ailəyə daimi order verilib, 12 ailə isə mənzil sahəsi ilə təmin edilib. Onlardan 4 nəfər Qarabağ müharibəsi əlili, 3 nəfər şəhid ailəsi, 1 nəfər Qarabağ müharibəsi veteranı, 4 nəfər isə xidməti mənzil almaq hüququna malik olan şəxslər olub. Nəsimi rayonu ərazisində 2448 ailə olmaqla, 10486 nəfər məcburi köçkün məskunlaşıb. İl ərzində rayon İcra Hakimiyyətində mütəmadi olaraq müxtəlif kateqoriyadan olan əlillər, şəhid ailələri, aztəminatlı ailələr qəbul edilib, qaldırdıqları məsələlərə diqqətlə yanaşılıb, bayramlarda və əlamətdar günlərdə onlara maddi yardımlar göstərilib.
Nəsimi sakinləri tərəqqini və inkişafı dəstəkləyir
Aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi sahədə əldə edilən inkişaf, eyni zamanda, özünü rayonun ictimai-siyasi həyatında da qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı ətrafında çoxminli üzvlər birləşib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini YAP Nəsimi rayon təşkilatının sıralarına daxil olanların sayının artması da təsdiqləyir. YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının sözlərinə görə, rayon əhalisi hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirib: “Rayonumuzun sakinləri bütün siyasi kampaniyalarda fəallıq nümayiş etdirərək dövlətçiliyə bağlılıqlarını dəfələrlə sübut ediblər. Biz bunu prezident seçkilərində də, referendumda da, eyni zamanda, bələdiyyə seçkilərində də gördük. Əminəm ki, müşahidə olunan sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi proseslərdə daha aktiv iştirak edəcək, dövlətimizin inkişafı naminə qərarlar verəcək”.
Səlim LOÄžMANOÄžLU
 
  • Oxunub:  17550  |  
  • Tarix:  03-03-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
16:56
17 Dekabr
Əli Həsənov: Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə də mənəvi-əxlaqi keyfiyyətlərimə uyğundur
16:30
17 Dekabr
ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib
16:17
17 Dekabr
Ali Baş komandan: Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir
16:10
17 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
16:06
17 Dekabr
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
16:00
17 Dekabr
Azərbaycan və İran gömrükçüləri arasında bir sıra məsələlər müzakirə edilib
15:52
17 Dekabr
Azərbaycan Prezidenti: Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib
15:48
17 Dekabr
“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6