Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tarixi dəyişən, yeni reallıqlar yaradan Müzəffər Sərkərdə

Tarixi dəyişən, yeni reallıqlar yaradan Müzəffər Sərkərdə

18.11.2020 [16:37]

27 sentyabr 2020-ci il – işğalçı Ermənistan dövlətinin və erməni hərbi-siyasi rəhbərliyinin məğlubiyyətə düçar və məcbur edildiyi günün başlanğıcı kimi tarixə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-nə qədər Ermənistan tərəfi bir neçə dəfə Azərbaycana qarşı hərbi təxribatlar törətmişdir. Onlar onilliklər boyu qüdrətli havadarlarına arxalanaraq təcavüzkar əməllərini arxayınlıqla, cəza almadan həyata keçirmiş, Xocalı qətliamı kimi bəşəri cinayətə imza atmış, həm də bunu heç vaxt gizlətməmişlər.

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərini azad etmək üçün sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı. Erməni tərəfi beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda silah-sursat yerləşdirməsinə baxmayaraq, saysız-hesabsız itkilər verərək məğlub oldu.

Əks-hücum əməliyyatlarının ilk günlərindən hərbçilərimiz döyüş meydanında üstünlüyə sahib oldular. Belə ki, hərb sahəsində çox sayda müasir silahların istifadəsi dövlətimizin faktiki imkanlarını əhəmiyyətli dərəcədə artırdı, eyni zamanda, potensial insan itkilərini məhdudlaşdırdı.

Ordumuzun dəqiqliklə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hər birimizdə həm də böyük minnətdarlıq hissi doğurdu. Məsələ burasındadır ki, xalqımız işğal olunmuş torpaqlarını belə geniş ərazidə, həm də bu qədər qısa zamanda geri qaytara, tarixi ədaləti öz gücü, iradəsi və imkanları ilə bərpa edə bilmişdir. Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmamışdır.

Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstərdik və artıq işğalçı Ermənistan indiyədək törətdiyi cinayətlərə görə layiqli cavabını aldı və almaqda davam edir. Qələbə sevinci ilə xalqımızı qüdrətli Sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız müjdələdi.

Bəli, Müzəffər Ali Baş Komandan ömrünün və fəaliyyətinin 17 ilinin tam, gecə-gündüz demədən bu müjdəni xalqa çatdırmaq üçün həsr etdi. Bu fəaliyyətin əksər qismi xalqa məlumdur – hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də xalq, ictimaiyyət və dünya görür.

Dünya gördü ki, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad edilməsi barədə dörd qətnaməsi var və bu qətnamələr təkbaşına heç bir dövlət müdaxilə etmədən, öz iqtisadi və hərbi gücünə, regional məsələlərin həllində güclü rolu olduğuna arxalanaraq Azərbaycan dövləti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əks-hücum əməliyyatları nəticəsində icra edildi. Budur, yeni reallıqlar.

Müasir güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı yaxşı başa düşür ki, üçüncü ölkənin dəstəyi olmadan yoxsul və dilənçi Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi.

Azərbaycanın uğuru təkcə qlobal texnologiya ilə deyil, həm də üstün taktikalar sayəsində baş verdi. Azərbaycan yeni hərbi strategiyadan istifadə etdi. Düşmən tərəfindən möhkəm bərkidilmiş müdafiə xətlərinə, istehkamlara intensiv və dəqiq artilleriya zərbələri endirildi. Beləliklə, bu yanaşma ilə canlı qüvvə itkisi azaldı və bir sıra gözlənilməz hallar aradan qaldırıldı. Düşmən itkilər verməkdə davam etdi. Belə də olmalı idi, çünki ermənilər ötən əsrin ortalarından qalan silah-sursatı istifadə edirdilər. Bu silahları onlar ödənişsiz əldə etmişdir. Ermənistan hərbi-siyasi hakimiyyəti dərk etməliydi ki, əvvəla, bu silahlar Azərbaycan ordusunun silahlanması ilə müqayisə oluna bilməz və dərk etməliydi ki, ödənişsiz əldə edilmiş, ötən əsrin ortalarından qalan silah-sursat müzəffər Azərbaycan Ordusunun arsenalında olan qabaqcıl texnologiya ilə darmadağın edilərək başlarına sovurulacaqdır. Hələ bu toz-dumandan təmizlənmək üçün Ermənistana uzun illər vaxt lazım olacaq.

Ermənistan siyasi rəhbərliyi, işğalçı ölkənin hakimiyyəti vətəndaşlarını qırğına verdi, bilərəkdən məhv olmasına göz yumdu. Hətta bu qırğının təşkilatçısı kimi durmadan çalışdı. Bilə-bilə ki, hərbi-texniki təchizat, iqtisadi imkanlar, potensial baxımdan Azərbaycan dəfələrlə üstünlüyə malikdir, hələ də erməni xalqı deyilən kütləyə bu ölkənin hakim dairələrinin yazığı gəlmir. Onlara aldadıcı məlumatlar verərək qələbə vəd edirdilər, halbuki bilirdilər ki, mütləq şəkildə qələbə Azərbaycana məxsusdur və bundan qaçılası deyil. Səbəb də öz hakimiyyətlərinin müddətini bir az daha uzatmaqdır.

Bu gün bütün dünya görür ki, Azərbaycan xalqının apardığı müharibə Vətən savaşıdır. İşğalçı Ermənistanın zəbt etdiyi ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Biz heç zaman müharibə istəməmişik. Heç kəsin torpağından gözümüz olmayıb.

Bu gün cəbhədə qazandığımız uğurların ən başlıca səbəbi müharibənin ilk günündən xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, dövlət–xalq–ordu birliyinin möhkəmlənməsidir. İllərcə düşmən tapdağı altında olan, şəhər, qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın işğaldan azad edilməsi Ermənistanın tam məğlub olmasının göstəricisi oldu.

Bütün bunlar əldə edilmiş 17 illik siyasi-iqtisadi tərəqqinin nəticəsi və bəhrəsi idi. Eyni zamanda, dövlət başçımız böyük siyasi uğurlara imza atdı. Uzun illər beynəlxalq qurumlarla müzakirə olunan, sülh danışıqlarında Ermənistanın təkidi ilə üçüncü tərəf kimi, qondarma “DQR”-in iştirak etməsi məsələsi və bir dövlət kimi tanınması cəhdləri, ümidləri puça çıxdı. Üç dəfə elan olunmuş atəşkəs rejiminə Azərbaycan Ordusu riayət etdi. Erməni ordusu isə ara vermədən daha şiddətli, qadağan olunmuş silahlarla mülki əhalini qırğına, əraziləri isə dağıntılara məruz qoydu. Nəticədə isə Ali Baş Komandanımız status-kvo vəziyyətini tam aradan qaldırdı. BMT-nin Azərbaycanın zəbt olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması haqqında dörd məlum qətnaməsi Ali Baş Komandanın iradəsi ilə müzəffər ordumuz tərəfindən icra olundu.

Azərbaycan xalqı bu Vətən müharibəsi dövründə dövlət və ordu ilə birlik, vəhdət təşkil etdi. Vətənə sadiqliyi, qan yaddaşından gələn, nəsildən-nəslə miras kimi ötürülən yurduna, torpağına bağlılığı, mərdliyi və dözümü ilə özünün böyüklüyünü bir daha göstərə bildi. Bu müharibədə dünya birliyi Azərbaycan Prezidenti İlham Əliyevi uzaqgörən dövlət başçısı və siyasi xadim, məharətli Ali Baş Komandan, sərkərdə, mahir diplomat, gözəl nitq qabilliyətinə malik şəxsiyyət kimi daha yüksək qiymətləndirdi.

Və biz artıq Böyük Qələbəmizin sevincini yaşayırıq. Böyük Qələbə sevincində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Türk xalqının Azərbaycana davamlı, qətiyyətli mənəvi, siyasi dəstəyi əvəzolunmazdır. Var olsun, Azərbaycan-Türkiyə birliyi!!!

Bəli, torpaqlarımız işğaldan azad edildi, şəhidlərimizin qanı bahasına. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qəhrəman əsgərlərimizə şəfalar diləyirik.

Sonda Ümummilli Lider Heydər Əliyevin "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri yada düşür. Ruhunuz şad olsun, Ulu Öndər. Layiqli davamçınız Prezident, Ali Baş Komandan, SƏRKƏRDƏ İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Azərbaycan!

Məmməd Müsəllimov,

Binəqədi rayon İcra və Probasiya

Şöbəsinin icra məmuru

l dərəcəli ədliyyə qulluqçusu 

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30