Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hikmət Hacıyev: Vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq

Hikmət Hacıyev: Vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq

09.12.2020 [09:53]

Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur. Yaxınlarımızda bu xəstəliyin doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir. Vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq. Elə insanlar var ki, koronavirus xəstəsi olduqlarını bilə-bilə sərbəst şəkildə küçələrdə gəzir və virusu yayırlar. Həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar xəstəliyi ağır keçirə və hətta həyatını itirə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, koronavirus xəstəsi olub evi tərk edən insanlarla bağlı 266 cinayət işi açılıb. Bu cür cinayətə görə üç ilə qədər həbs cəzası tətbiq edilə bilər.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31