Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kamil Hüseynov: Vətən müharibəsində iştirak etmək mənim üçün böyük fəxrdir

Kamil Hüseynov: Vətən müharibəsində iştirak etmək mənim üçün böyük fəxrdir

04.02.2021 [09:16]

“Vətən müharibəsində iştirak etmək mənim üçün böyük fəxrdir. Biz torpaqlarımızın erməni işğalında qalmasına razı ola bilməzdik. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində işğalçıları məğlub etdi, onları müqəddəs torpaqlarımızdan qovdu”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətən müharibəsi iştirakçısı, qazi leytenant Kamil Hüseynov deyib.
Qeyd edək ki, 1994-cü ildə Ağstafa şəhərində anadan olan Kamil Dursunəli oğlu Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb, 2015-ci ildə həmin universitetin mühəndis ixtisasını bitirib. Ötən il sentyabrın 27-də işğalçı Ermənistan növbəti hərbi təxribata əl atandan sonra digər vətənpərvər oğullar kimi o da düşmənə qarşı ön cəbhədə döyüşüb. Kamil ehtiyatda olan zabit kimi Vətən müharibəsinə yollanıb, Tərtər-Çaylı istiqamətində döyüşlərə qatılıb. O, Çaylı-Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin ön xəttini yararkən güllə yarası alıb.
Vətən müharibəsinin iştirakçısı bildirib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhuna malik gənc nəsil yetişib: “30 ilə yaxın idi ki, siyasi danışıqlar aparılsa da, erməni tərəfi müxtəlif bəhanələrlə münaqişənin həllini uzadırdı. Ermənilər elə bilirdilər ki, nəsillər dəyişdikcə, azərbaycanlılar Qarabağı unudacaq, öz torpaqlarını azad etmək istəməyəcəklər. Ancaq çox yanılırdılar. Vətən müharibəsi ermənilərə göstərdi ki, daha çox yeni nəslin nümayəndələri bu müharibədə iştirak etdi və müqəddəs torpaqlarımız işğaldan azad olundu. Çünki bu gün hər bir gəncdə Vətən eşqi çox yüksəkdir. Biz gənclər Ali Baş Komandanımızın “İrəli!” əmrini gözləyirdik. Sentyabrın 27-də bu əmr verildikdən sonra on minlərlə gənc könüllü surətdə döyüşlərdə iştirak etmək istəyini bildirirdi. Bunun üçün çağırış məntəqələrində uzun növbələr yaranırdı. Bu gənclərimizin yüksək vətənpərvərliyindən xəbər verirdi. Nəticədə, bütün xalqımız qələbə sevincini yaşadı”.
“Qürur duyuram ki, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsində mənim də payım var. Bu gün ölkədə şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində böyük qayğı göstərilir. Yaralandıqdan sonra mən hərbi hospitala aparıldım, həkimlərimiz şəfa tapmağım üçün əllərindən gələni etdilər. Mən göstərilən diqqətə görə, hər kəsə təşəkkür edirəm”, - deyə, qazi söyləyib.
Onu da qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Kamil Hüseynov “Suqovuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30