Saatlı rayonunda görülən işlər Dövlət Proqramlarının uğurlu icrasının əyani təzahürüdür
03.09.2011 [01:38]
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Saatlı rayonudur.
Azərbaycanın hər bir bölgəsində, eləcə də, Saatlı rayonunda görülən işlər Prezident İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının əyani təzahürüdür. ötən 3 il rayonun həyatında xüsusi ilə əlamətdar və yaddaqalan olub. Saatlı rayonunun inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən dövlətimizin başçısı bu müddətdə regionlara etdiyi səfərlər çərçivəsində 3 dəfə Saatlıda olub, görülən işlərlə maraqlanıb, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək sərəncamlar imzalayıb. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul verib, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırıb.
Böyük inamla demək olar ki, dövlət başçısının regionların inkişafına diqqət və qayğısı 2011-ci ilin birinci yarısında Saatlı rayonunda da əvvəlki illərdə əldə olunmuş nəticələrin qorunub möhkəmləndirilməsinə, daha genişhəcmli işlərin görülməsinə və sosialyönümlü layihələrin reallaşmasına əlavə imkanlar yaradıb. Bu ilin may ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyev rayona növbəti dəfə səfər edərək Heydər Əliyev meydanında Ulu öndərin abidəsini ziyarət edib, tikintisi başa çatmış Saatlı-Musalı-Məzrəli avtomobil yolunun, eyni zamanda, “Saatlı Aqroservis” filialının müasir baza kompleksinin açılışlarında iştirak edib, rayon sakinləri ilə görüşüb, görülən işlərlə maraqlanaraq əhali tərəfindən qaldırılan hər bir məsələnin həlli ilə bağlı dərhal göstərişlər verib. Dövlətimizin başçısı bölgəyə səfərindən dərhal sonra, 11 və 12 may tarixlərində rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı daha iki Sərəncam imzalayıb. Bu Sərəncamlara əsasən Saatlı rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlərə uyğun olaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat, Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində müsbət nəticələr əldə olunub
Qeyd etmək yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası Saatlı rayonunun da sosial-iqtisadi həyatında intensiv inkişafa zəmin yaradıb. Rayon İcra Hakimiyyəti dövlətin dəstəyindən, mövcud yerli potensialdan və daxili imkanlardan səmərəli istifadə etməklə 2009-2013-cü illərdə iqtisadiyyatın bütün sahələrində davamlı inkişafı təmin etməklə məhsul istehsalını artırmaq, emal və tədarük müəssisələri yaratmaq, yeni iş yerləri açmaq, əhalinin məşğulluğunu artırmaq və yoxsulluq səviyyəsini azaltmaq, kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz, su təchizatını yaxşılaşdırmaq, sosial layihələri yerinə yetirməklə vətəndaşların rifah halını yüksəltmək, bu işlərdə sahibkarlara dəstək olmaq və bununla da rayonu iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək vəzifələrini qarşıya qoyub.
Dövlət Proqramının icrasından ötən müddət ərzində Saatlı rayonu üzrə görülmüş işlərin təhlili və statistik hesabatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində müəyyən nəticələr əldə olunub. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında ümumi daxili məhsul istehsalının həcmi 62,8 faiz artaraq 76929,6 min manat olub. ümumi daxili məhsul istehsalının həcmi tikinti üzrə 11,1 dəfə, kənd təsərrüfatı üzrə 39,1 faiz, ticarət üzrə 34,5 faiz, nəqliyyat üzrə 8,4 faiz, sənaye üzrə isə 3,2 faiz artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 20,6 faiz artaraq 53741 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 19,5 faiz artaraq 8202 min manat təşkil edib. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,8 faiz artaraq 209 manat olub.
Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunub. Belə ki, 2011-ci ilin 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 milyon manat və ya 39,1 faiz çox məhsul istehsal edilərək kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 38,4 milyon manat təşkil edib. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür.
2011-ci ilin birinci yarısında 11 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 3655,9 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 15528 min manat olub ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 9,9 dəfə çoxdur. 6 ay ərzində rayonda 339 yeni iş yeri açılıb ki, bunun da 305-i daimi iş yerləridir. ümumiyyətlə, 2009-2010-cu illər və cari ilin 6 ayı ərzində 1815 yeni iş yeri açılıb ki, bunun da 837-i daimi iş yerləridir.
2011-ci ilin birinci yarısında pambıq zavodları ilə hüquqi və fiziki şəxslər də daxil olmaqla istehsalçılar arasında 6463 hektar sahədə pambıq toxumu əkilməsinə dair müqavilə bağlanıb. Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat nəqd pul vəsaiti verilib. “Saatlı Aqroservis” filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 3136,6 ton azot kübrəsi, 203,6 ton nitroammofoska və 219,3 ton superfosfat dərman preparatları satılıb, lizinq yolu ilə 1750 hektar sahədə şum aparılıb, 4200 hektar sahədə isə kombaynlarla biçin işləri görülüb.
Kənd təsərrüfatında yüksək məhsuldarlıq təmin edilib
Azərbaycan Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımının verilməsi kənd təsərrüfatının inkişafında əsaslı dönüş kimi qiymətləndirilə bilər. Saatlı rayonunda da kənd təsərrüfatında işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaradıb. Bu il bitkiçilik sahəsində məhsuldarlıq yüksək olmaqla ərzaq təhlükəsizliyinin təminatında əsas məhsul olan taxılın biçini optimal müddətdə və mütəşəkkil qaydada başa çatdırılıb. Belə ki, bu il 21991,5 hektar sahədən 71315 ton məhsul yığılıb. Bundan 19530,5 hektarı buğda olmaqla, 64646 ton buğda məhsulu, 2461 hektar arpa əkini sahəsindən 6669 ton arpa məhsulu yığılıb. Taxılçılıqda məhsuldarlıq hər hektardan 32,4 sentner olub. Müqayisə üçün deyə bilərik ki, ötən il hər hektardan məhsuldarlıq 29,4 sentner olub. Builki mövsümdə hər hektardan 33,1 sentner buğda, hər hektardan 27,1 sentner arpa məhsulu götürülüb.
Heyvandarlıq sahəsində də artım müşahidə olunub. 2011-ci ilin birinci yarısında 3399 ton ət, 17623 ton süd və 4563 min ədəd yumurta istehsal edilib. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 65636 baş, o, cümlədən, ana inək və camışların sayı 30972 baş, qoyun və keçilərin baş sayı 93908 baş olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 511 baş, qoyun və keçilərin baş sayı isə 63 baş artıb.
Sahibkarların fəaliyyətinə lazımi şərait yaradılıb
Sirr deyil ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin prioritet hesab etdiyi istiqamətlərdən biridir. Bu məqsədlə, dövlət həm sahibkarlığın inkişafına müvafiq şərait yaradıb, həm də təşviqedici tədbirlərlə, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi yolu ilə özəl sektorun inkişafını təmin edir. Son illər Saatlı rayonunda da sahibkarların fəaliyyətinə lazımi şərait yaradılıb. İş adamları, fermer və sahibkarlar tərəfindən yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması istiqamətində bütün təkliflərə rayon İcra Hakimiyyəti dəstək göstərməklə bu sahələrə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyinin edilməsinə də hərtərəfli kömək göstərib. Bu sahədə görülən ən mühüm işlərdən biri rayonun Gomuşçu kəndi ərazisində, magistral yolun kənarında tutumu 2000 ton olan və 1,5 hektar ərazini əhatə edən, smeta dəyəri 3,2 milyon manat təşkil edən soyuducu anbar kompleksinin tikintisidir. Soyuducu kameranın inşası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 milyon manat uzunmüddətli güzəştli kredit ayrılıb. Avadanlıqlar Türkiyə, Almaniya, İtaliya istehsalıdır. Kompleksdə görülən işlər tam başa çatdırılıb və istifadəyə verilib.
Təbii fəlakətin fəsadları qısa vaxt ərzində aradan qaldırılıb
Sirr deyil ki, cəmi bir il öncə təbii fəlakət Saatlı rayonuna da çox ciddi ziyan vurmuşdu. Hətta bir çoxları bu fəlakətin ağır nəticələrinin aradan qaldırılması üçün bir neçə il vaxt tələb olunacağı yönündə pessimist proqnozlar da səsləndirirdilər. Amma dövlətin iradəsi və görülən təxirəsalınmaz tədbirlər bu proqnozları alt-üst etdi. Selin ziyan vurduğu ərazilərdə məskunlaşan sakinlərin üzləşdiyi problemlər qısa vaxt ərzində tam aradan qaldırıldı, onlara dəymiş ziyanı dövlət ödədi. Təbii fəlakət Saatlı rayonunun da iqtisadiyyatına, əsasən də, kənd təsərrüfatının bitkiçilik sahəsinə, rayonun bir neçə yaşayış məntəqəsinin sakinlərinin fərdi təsərrüfatlarına, ev və tikililərinə, əkinlərinə ciddi ziyan vurub. Bu gün də hökumət qərarlarına uyğun olaraq dəymiş ziyanla bağlı əhaliyə göstərilən maliyyə yardımları ödənilməkdə davam edir, yeni fərdi evlər tikilir, təmir edilir və ya bərpa-gücləndirmə tədbirləri həyata keçirilir. ötən müddətdə əhaliyə dəymiş ziyanın həcminin müvafiq komissiya tərəfindən qiymətləndirilməsi əsasında rayon üzrə bu günə kimi 2 milyon 231 min manat kompensasiya ödənilib.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı istiqamətində təxirəsalınmaz tədbirlər görülür
Rayon rəhbərliyinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğac quraşdırılmasının başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılmasıdır. Kommunal sektorda vəziyyət müntəzəm olaraq təhlil edilir, rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilib, yerli icra strukturlarının aidiyyəti təşkilatlarla əlaqəli fəaliyyəti önə çəkilib. İlk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün bu xidmət sahələrində işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilib.
Artıq iki ilə yaxındır ki, rayonun elektrik şəbəkələrinin və yarımstansiyaların yenidən qurulması tədbirləri həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq ötən müddətdə Saatlı şəhəri ilə yanaşı, rayonun Mollavazlı, Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərində SİP kabel sisteminə keçirilməsi başa çatdırılıb. Sarıcalar və Qara Nuru kəndlərində bu işlərin görülməsi yaxın vaxtlarda nəzərdə tutulub.
Həmçinin, rayonun bütün kəndlərinin qazlaşdırılması məqsədilə də, müəyyən işlər görülməkdədir. Rayon İcra Hakimiyyətindən Nazirlər Kabinetinə bu məqsədlə olunmuş müraciətə Dövlət Neft Şirkətindən verilmiş cavabda 2011-ci ildə Saatlı şəhərinin qaz kəmərlərinin yenidən qurulması və 7 kəndin qazlaşdırılmasına başlanılması nəzərdə tutulduğu qeyd olunub ki, bu işlərə də ilkin olaraq 5273,7 min manat vəsait ayrılacağı bildirilir.
Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Saatlı şəhəri də daxil olmaqla respublikanın 22 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Cari ildə bu tədbirin həyata keçirilməsi ilə əlaqədar “Azərsu” ASC rəhbərliyinin məktubuna müvafiq olaraq tələb olunan həcmdə torpaq sahəsinin ayrılması üçün işlər görülüb, aidiyyəti mərkəzi icra orqanlarına məlumatlar verilib. Həmçinin, vurğulamaq yerinə düşər ki, ötən dövrdə yaşayış məntəqələrində içməli su qurğularından istifadə edilməsi, yenilərinin tikilməsi və şəhər əhalisini təmiz içməli su ilə təmin etmək üçün mövcud su qurğuları sisteminə nəzarətin gücləndirilməsinə başlıca diqqət ayrılıb, daxili imkanlar səfərbər edilib. Eyni zamanda, yaşayış məntəqələrində son illər istifadəyə verilmiş 19 sudurulducu qurğudan və inşa olunmuş bulaqlardan səmərəli istifadəyə və yaranmış nasazlıqların dərhal aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Yaxşı haldır ki, rayonun 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında iri tutumlu su anbarları inşa olunur.
Azərbaycanda təhsil sahəsinin inkişafı, bacarıqlı kadrların yetişdirilməsinə diqqət daim Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsi olub. ümummilli liderimiz deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Məhz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər, Onun təhsil sisteminin inkişafı üçün səyləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin tapşırıq və göstərişlərinə uyğun olaraq, təhsilin inkişaf proqramları hazırlanır, Azərbaycanın təhsil sistemi qabaqcıl Avropa standartlarına uyğunlaşdırılır, təhsil müəssisələri müasirləşdirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Məclisinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da fəaliyyəti danılmazdır. Onun birbaşa təşəbbüsü və Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə orta məktəb tikilib, ölkəmizin bir çox yerlərində təhsil müəssisələri yenidən qurulub, əsaslı təmir olunub. Bu işlər Saatlı rayonunda da geniş vüsət almaqdadır. Son illər Mircəlalkənd, Dədə Qorqud, Fətəlikənd, Məzrəli, Qaracalar, Sarıcalar, Genişkənd və digər məktəblərin əsaslı təmiri, bir sıra məktəblərin tipinin dəyişdirilməsi ilə bağlı əsaslandırılmış məktublar hazırlanaraq aidiyyəti üzrə müraciətlər olunub. ötən tədris ilinin əvvəlində Kamallı kəndində 200 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bundan əlavə, Novruzlu kəndi üçün salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən məktəb inşa edilib. 2013-cü il də daxil olmaqla qarşıdakı 3 ildə rayonda 7 yeni məktəb binasının tikintisi və 11 məktəbdə əsaslı təmir işlərinin aparılması Dövlət Proqramına daxil edilib.
Təbiidir ki, rayonda görülən belə yüksək işlər Saatlı ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Heç də təsadüfi deyil ki, rayon sakinləri bütün dövrlərdə Azərbaycan dövlətinə və dövlətçiliyimizə sədaqət göstərib, xalqımızın daha da yaxşı yaşamasını, dövlətimizin güclənməsini təmin edən siyasi kursu fəal müdafiə edirlər. Saatlı sakinlərinin Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi dövrdən bu yana keçirilən bütün seçkilərdə Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və bu kursu həyata keçirən insanlara səs verməsi də məhz bu fikri sübut edir. Saatlılılar, həmçinin, son illərdə rayonda görülən böyük işləri və əldə olunan müsbət nəticələri də yüksək qiymətləndirirlər. Rayon rəhbərliyi isə dövlətimizin yaratdığı imkanlardan istifadə edərək Saatlının gələcəkdə daha yüksək inkişaf etmiş və Azərbaycanın güclü aqrar-sənaye potensialına sahib olan bir mərkəzinə çevrilməsi üçün əməli fəaliyyəti davam etdirəcəyini vəd edir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39