Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Uşaqlar ilk ayda yalnız ana südü ilə qidalanmalıdır

Uşaqlar ilk ayda yalnız ana südü ilə qidalanmalıdır

15.01.2020 [15:27]

Uşaqlar ilk ayda yalnız ana südü, 2 yaşına qədər isə qismən ana südü ilə qidalanmalıdır. Həkim-pediatrların sözlərinə görə, təəssüf ki, bəzi analar müxtəlif səbəblərlə əlaqədar olaraq körpələrə süni qidalar da verməyə çalışırlar.
Bildiriblər ki, süni uşaq qidalarından çox istifadə edilməsi körpələrdə vitamin çatışmazlığına səbəb olur. Belə ki, uşaqları inək və keçi südü kimi yanlış qidalarla qidalandırmaq bir tərəfdən onların tələbatını ödəmir, digər tərəfdən tərkibində qida inqridiyentləri kifayət qədər olmur. Nəticə etibarilə, həm uşaq, həm də bəzən yetkin yaşlarda bəzi xəstəliklərin meydana çıxmasına səbəb olur.
O da vurğulanıb ki, süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartlara, sanitar-gigiyena qaydalarının norma və tələblərinə cavab verməlidir. İstehlakçılar həmin məhsulların yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşdırmanı yoxlamalı, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar. “Ana südünə oxşar” və ya “ana südünün əvəzedicisi” ifadələrinin yazılması yolverilməzdir, çünki ana südü tərkibinə görə unikaldır.
Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionuna ciddi fikir verməli, qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp və balqabaqla daha çox qidalanmalıdır. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq da vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal, tonuslandırıcı dərman preparatları və polivitaminlər tətbiq edilir. Ana südünün artırılması üçün bir sıra təbii üsullardan istifadə edilməsi də yaxşı nəticə verir.

Paylaş:
Baxılıb: 1458 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31