Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Almaniya gerçəklikləri BMT tribunasında...

Almaniya gerçəklikləri BMT tribunasında...

11.04.2013 [17:13]

BMT-yə təqdim olunan hesabatda Almaniya kəskin tənqid edilib
Uzun müddətdir ki, dünya mediasında özünü “demokratiya”nın beşiyi hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Almaniyanın məhkəmə sisteminin, icraedici və qanunverici orqanlarının nümayəndələrinin illeqal hallara yol verməsinə, sırf irqi və milli kontekstdə ayrı-seçkilik sərgiləməsinə dair materiallar dərc olunmaqdadır. Məhz bu hal ona dəlalət edir ki, hər hansı bir ölkədə qanunlara müvafiq olaraq ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən Almaniyanın özündə insan hüquqları kobud surətdə pozulur, dini-etnik zəmində diskriminasiya hallarının sayı durmadan artır. Bəhs olunan ölkədə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin hər bir təbəqəsinin nümayəndələrinə sirayət etməkdədir.
“Demokratiya” və “insan haqları” pərdəsi arxasına sığınmış Almaniya
Beləliklə, bütün bu olaylar bütövlükdə Almaniyanın imicinə zərbə vurur. Dolayısıyla buradan belə bir nəticə çıxarmaq olur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən Almaniya kimi ölkələr müxtəlif dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər. Məhz bu cür fəaliyyətin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Bu isə ona dəlalət edir ki, konkret geostrateji maraqlar kontekstində çıxış edən bu cür ölkələr nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir.
Almaniyaya BMT tribunasından sərt tənqid
Yeri gəlmişkən, 22 aprel-3 may aralığında Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri İcmal Qrupunun işçi iclası keçiriləcək. Aprelin 25-də İnsan Haqları üzrə Şuranın 16/1 qətnaməsinin 5-ci bəndinə uyğun olaraq, Almaniyanın milli hesabatı dinləniləcək. Ekspertlərin fikrincə, hesabatın böyük rezonans doğuracağı gözlənilir. Belə ki, orada Almaniyada insan haqlarının pozulması ilə bağlı xeyli məlumatlar toplanıb. Hesabat artıq BMT-nın saytında yerləşdirilib.
Bu ölkədə İnsan haqları ilə bağlı bütün istiqamətlər üzrə ciddi problemlər var
Qeyd etmək lazımdır ki, sənəddə insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur. İlk növbədə bildirilir ki, Almaniya Federativ Respublikası hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan Beynəlxalq Konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də, yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər.
Qeyd olunur ki, Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır.
Miqrantlar işə düzəlmək istəyəndə, hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları kobud şəkildə pozulur. Xüsusilə də, əgər onlar alman dilini bilmirlərsə. Məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk miqrantlar bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Miqrant qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlmədən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkilikə qarşılaşırlar.
Cinayət və cəzasızlıq mühiti, yaxud polis zorakılığı Almaniyanın əsas gündəminə çevrilib
Yerli hüquq müdafiəsi təşkilatlarının verdiyi informasiyaya görə, polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır. Son zamanlar polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var.
Bundan başqa, Köln, Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq, qeyri-insani davranışlar haqqında məlumatlar var.
Hesabatda bildirilir ki, Almaniyada həyatın bütün sahələrində diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə müraciət edirlər. Polis zorakılığı haqda şikayətlər çoxalsa da, məsuliyyətə cəlb edilənlər azdır.
Diskriminasiya dövlət siyasətinin tərkib hissəsi kimi
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, sənəddə Almaniya hökumətinə məsləhət görülür ki, müsəlmanlara qarşı ayrı-seçkilik edən, onların Alman cəmiyyətinə inteqrasiyasına qarşı çıxan, ksenofobiya və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən maliyyələşdirilmələri dayandırılsın. Başqa sözlə, Almaniyada bu cür təşkilatlar hətta dövlətdən maliyyə vəsaiti alırlar.
Qeyd olunur ki, son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir.
Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar təxminən 23 faiz az əməkhaqqı alırlar.
Digər tərəfdən, Almaniyanın əlil insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur.
Həmçinin, sənədi olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq o zaman yaşayış icazəsi ala bilirlər ki, günahkarların əleyhinə ifadə vermiş olsunlar.
Uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb
Digər maraqlı məqam odur ki, uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb. Hüquqi boşluqlar ən dəhşətli cinayətlərdən biri olan uşaq pornoqrafiyasına qarşı gərəkli tədbirlərin görülməsinə imkan yaratmır. Azyaşlıların fahişəliyə cəlb edilməsi sahəsində də eyni vəziyyət mövcuddur.
Fahişəliyin leqallaşdırılması insan alveri hallarının çoxalmasına gətirib çıxarıb. Bu halların qarşısını almaq üçün lazımi tədbirlər görülmür. İnsan alveri qurbanlarının müdafiəsi lazımınca təmin olunmur.
Ali qanunverici orqan yalnız diskriminasiyaya xidmət edir
Bununla yanaşı, mövcud qanunlardan və qanunlardakı boşluqlardan bəlli olur ki, Almaniyada ali qanunverici orqan yalnız diskriminasiyaya xidmət edir. Belə ki, xroniki və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması üçün ölkədə heç bir qanun yoxdur. Həmçinin, ruhi xəstələrin saxlandığı yerlərdə onlara qarşı da qeyri-insan davranış hallarına aid faktlar var.
Bundan başqa, ölkədə HİV-ə yoluxmuş insanlara qarşı da diskriminasiya halları müşahidə olunur. Bu insanlar və ailələri təhqirlərə məruz qalır, çox vaxt həkimlər onların müalicəsindən imtina edirlər. Belə xəstələrin işdən qovulması halları da az deyil.
Dövlət siyasəti yoxsulluq və işsizliyi artırır
Hesabatda bildirilir ki, təqaüdlərin azalması səbəbindən insanlar arasında yoxsulluq səviyyəsi 2023-cü ilə qədər 13,4 faizdən 23,6 faizə qədər qalxacaq. Həmçinin, son illər ərzində işsizliyin də səviyyəsində ciddi artım qeydə alınıb. Bundan başqa, vurğulanır ki, Almaniya yaşayış minimumu haqqında qanuna da dəyişiklik etməlidir.
Hesabatda Almaniya hökumətinə müraciət edilir ki, bütün bu probemləri aradan qaldırmaq üçün təcili tədbirlərin görülməsinə başlansın.
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1853 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30